İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə23/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   19   20   21   22   23   24   25   26   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

71 


ideoloji  türkçülüyün  nəzəri  əsaslarını  işləyib  hazırlayan 

Y.Akçuraoğlu qeyd edirdi ki, irq üzərinə dayalı bir türk siyasi 

milliyyəti  meydana  gətirmək  fikri  çox  yenidir;  indiyə  qədər, 

başda  Osmanlı  olmaqla  heç  bir  türk  dövlətlərində  bu  fikir 

olmamış,  son  zamanlarda  İstanbulda  meydana  çıxan  türk 

milliyyəti arzu edən kadrlar isə siyasi olmaqdan daha çox elmi 

mütəxəssislər (Ş.Sami, N.Asim, V.Çələbi və b.) olmuşdur [22, 

189].  «Nə  olursa  olsun,  irqə  dayalı  bir  siyasi  milliyyət  icadı 

fikri  meyvələrini  verir»  deyən  Yusif  bəy  açıq  şəkildə 

«Osmanlı  milləti»  ideyasını  rədd  edir  və  əsas  diqqəti 

türkçülüyə  (Türk  birliyinə)  və  islamçılığa  (İslam  birliyinə) 

yönəldirdi.  Bunlar  arasında  hansına  üstünlük  verilməsi 

məsələsində  müəyyən  qədər  tərəddüdlərinə  baxmayaraq, 

Yusif bəy sonda belə qənaətə gəlir ki, bir çox səbəblərdən türk 

dünyası,  o  cümlədən  Osmanlı  Türkiyəsi  üçün  də  (xristian 

dövlətlərinin İslam birliyini istəməməsi və s.) İslam birliyi ilə 

müqayisədə  Türk  birliyi  daha  realdır  [22,  192].  Ancaq  o,  bu 

zaman  «türklük  siyasəti»  ilə  «Türk  birliyi»ni,  «İslam  

siyasəti»  ilə  «İslam  birliyi»ni  birbirilə  qarışdırmışdır. 

Akçuraoğlu  sonralar  özü  də  etiraf  edirdi  ki,  həmin  anayışlar 

fərqli  mənalar  daşıyır.  Belə  ki,  Osmanlı  dövlətinin  öz 

daxilində  Türklük  və  İslam  siyasəti  yürütməsi,  onun  xaricdə 

«panturanizm»  və  «panislamizm»  tərəfdarı  olması  demək 

deyildir [22, 193]. 

Qeyd  edək  ki,  Krım  türklərindən  Həsən  Səbri 

Ayvazov  da  Y.Akçuraoğlu  və  Ə.Hüseynzadə  kimi,  siyasi-

ideoloji  türkçülükdən  çıxış  edərək  türklərin  birliyini  və  ortaq 

türk  dilinin  yaranmasını  müdafiə  etmişdir.  Bu  fikirlərini 

Bakıda  nəşr  olunan  milli  mətbuatda  («Həyat»,  «Füyuzat»  və 

b.) irəli sürən Ayvazov yazırdı ki, türklər ilk növbədə, millət və 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

72 



72 

din  əsasında  birləşməlidir.  «Nədən  bu  hala  qaldıq?»  əsərində 

Ayvazov  açıq  şəkildə  bəyan  edirdi  ki,  türklərin  nicatı  nə 

sosializmdə, nə də ona oxşar yad bir cərəyanda deyil, mütərəqqi 

ruhlu  İslam-Türk  birliyindədir  [31;  87

a

,  188].  Bu  baxımdan 



Ayvazov da  Ə.Hüseynzadə  kimi, ortaq türk  dilinin  yaradılması 

fikrini  müdafiə  etmişdir.  Məsələn,  o  yazırdı  ki,  İslam-Türk 

birliyindən  çıxış  edən  «Rusiya  Müsəlmanları  İttifaqı»nda  bir 

araya  gələnlərin  türkcədən  daha  çox  rus  dilində  danışmaları 

doğru deyildir: «Qafqaslı bir türk krımlı bir türk ilə, kazanlı bir 

bir  müsəlman,  türküstanlı  bir  müsəlman  ilə  görüşdükcə 

yekdigərini  anlayacaq  qədər  ana  lisanlarını  bilməmək  doğrusu, 

böyük  bir  eyb  və  şeyndir…  Halbuki  hər  şeyimizin  əsli,  əsası, 

təməli  lisandır,  lisan  birləşməyincə,  qəlblər  heç  birləşməz, 

qəlbələr  birləşməyincə  də  meydana  bir  şey  gətiriləməz!»  [31; 

87

a

,  190].  Beləliklə,  Ayvazovun  fikrincə,  milliyyət  çox 



müqəddəs  olduğundan  səadəti  də  milliyyət  ilə  birlikdə  arzu 

etmək  lazımdır;  ancaq  bununla  yanaşı  milliyyəti  islamiyyət  ilə, 

islamiyyəti  insaniyyət  ilə  sevmək  gərəkdir.  Bu  baxımdan 

avropalaşmağa,  sosial-demokratlara  qoşulmağa  meyil  etməyən 

Ayvazov  türk-müsəlman  dünyasının  nicatını  İslam-Türk-Şərq 

məfkurəsinin  sintezində  axtarmışdı:  «İctimaiyyəti  milliyyətdə, 

milliyyəti  insaniyyətdə,  ədalətdə,  insaniyyəti  mədəniyyətdə, 

mədəniyyət  və  səadəti  də  vətəndə,  islamiyyətdə  arayınız»  [87

a



352]. 



Azərbaycan  türkləri  arasında  islamçılıqla  yanaşı,  siyasi-

ideoloji türkçülüyə meyil edən ilk ziyalılardan biri Əhməd bəy 



Ağaoğlu olmuşdu. Bir qədər də dəqiqlşədirsək, Ağaoğlu «İslam 

millətçiliyi»  uğrunda  mübarizədə  türklüyü  onun  əsas 

silahlarından  biri  kimi  görmüşdür.  Bu  baxımdan  «Kaspi», 

«Həyat»  və  «İrşad»  qəzetlərində  dərc  olunan  məqalələrində  o, 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

73 


ruslaşdırmaya, farslaşdırmaya, o cümlədən erməni millətçiliyinə 

qarşı  çıxaraq  milli  mənsubiyyət  məsələsinə  geniş  yer  vermiş, 

türk  adət-ənənələri  və  mədəniyyətini  təbliğ  etmiş,  sünni-şiə 

ayrılıqlarına  qarşı  olmuş,  milli  hüquq  və  azadlıqlarından  bəhs 

etmişdir.  Ağaoğlu  özü  ruslaşdırma  siyasətinə  qarşı  «İrşad» 

qəzetinin  tutduğu  məsləki  belə  izah  edirdi:  birincisi  rus 

hökumətinə  qarşı  mücadilə  edərək  türk  ünsürünün  siyasi 

hüquqlarını  təmin  etmək,  ikincisi  türk  ünsüründə  birlik  fikrini 

yaratmaq [22, 228].  

Çünki  Ə.Ağaoğlu  hesab  etmişdir  ki,  çar  Rusiyasının 

hakimiyyəti  altında  ən  çox  əzilən  müsəlmanlar,  o  cümlədən 

onların böyük əksəriyyətini təşkil edən türk-tatar xalqlarıdır. Ona 

görə  də  ilk  növbədə,  türklər  bir  araya  gəlməli  və  haqsızlığa, 

ədalətsizliyə  qarşı  öz  etiraz  səslərini  ucaltmalıdırlar.  Bu 

baxımdan, Ə.Ağaoğlu hesab edirdi ki, artıq özümüzü cansız, ölü 

portretlərin  yerinə  qoymaqdan  əl  çəkməli,  işləməli,  özümüz 

özümüzün qeydinə qalmalı, ehtiyaclarımız barədə düşünməli və 

onun  təmin  edilməsi  üsullarını  öyrənməliyik.  Başqa  sözlə, 

Rusiyada həyata keçirilən islahatlardan maksimum yararlanmaq, 

yeni  həyat  formaları  arasında  başımızı  itirməmək,  həmin 

formalara ağlabatan tərzdə uyğunlaşmaq, ətrafımızdakı xalqların 

səviyyəsinə çatmaq və özümüzə layiqli yer tumaq lazımdır [106, 

44]. 

Ə.Ağaoğlunun bu tezislərində açıq aşkar milli əlamətlər 



öz  əksini  tapmışdır.  Çünki  o,  Rusiyadakı  müsəlman  türklərini 

dini və etnik kimliyi nəzərə almaqla, birləşməyə çağırır və əsas 

yükü  ziyalıların  çiyninə  qoyurdu.  İlk  növbədə  ziyalılar  bütün 

qüvvələrini cəmləşdirməli, gecə-gündüz yorulmaq bilmədən işlə-

məli  və  ölkə  yeni  həyata  qədəm  qoyduğu  andan  etibarən  buna 

hazır  olmalı  idilər.  Çünki  ziyalılar  «öz  xalqlarının  taleyini 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə