İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə20/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   16   17   18   19   20   21   22   23   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

62 



62 

Bununla  da,  Azərbaycan  milli  ideyasının  aparıcılığı  türkçülüyə 

verilsə də, islamçılıq dini etiqad və inancı kimi onunla bir bütöv 

halına  gətirilmişdir.  Beləliklə,  bir  növ  din  ideyası  ilə  millilik 

ideyası  Azərbaycan  milli  ideologiyasının  ayrılmaz  tərkib 

hissələrinə  çevrilmişlər.  Burada  isə  islamçılığın  milli 

ideologiyanını  sütunlarından  biri  kimi  toxnulmazlığı  qalmaqla 

dövlətin  varlığında  millilik  ideyasının  (türkçülüyün)  şəksiz 

liderliyi qəbul edilmişdir.  

Fikrimizcə,  bu  gün  İslama-islamçılığa  münasibət  məhz 

bu  prinsiplər  əsasında  olmalıdır.  Çünki  milli  dövlətin 

müstəqilliyi  üçün  bundan doğru bir xətt ola  bilməz. Hər halda, 

Birləşmiş  Millətlər  Təşkilatına  adından  da  göründüyü  kimi,  bu 

beynəlxalq  quruma  üzv  olanlar  dini  inanclarına  görə  deyil,  ilk 

növbədə milli kimlik baxımından təmsil olunurlar. Yəni, burada 

əsas  meyar  «millət»lə  bağlıdır.  Deməli,  Azərbaycan 

Respublikasında  da  milli  ideyalar  arasında  millilik  (türklük) 

ideyasının  öncüllüyü  əsas  şərtdir.  Bu  həm  millətin  varlığının 

təsdiqi,  həm  də  demokratik  dövlət  quruculuğu  ilə  birbaşa 

bağlıdır. 



Türkçülük,  onun  mahiyyəti  və  əsas  istiqamətləri. 

Milli  fəlsəfi  fikir  tariximizdə  milli  ideyalardan  biri  və  birincisi 

turklükdür  –  milli  kimlikdir,  milli  özünüdərkdir,  milli  özünü-

təyindir. Bu mənada, Azərbaycan milli ideologiyasının əsas milli 

ideyası türklükdür, Azərbaycan türk milliyyətçiliyidir, Azərbay-

can  türk  millətidir.  Türkçülük  olmadan  Azərbaycan  milləti, 

Azərbaycan  dövləti,  azərbaycanlılıq  heç  bir  məna  kəsb  etməz. 

Çünki  müəyyən  bir  coğrafiyada  çoxluq  təşkil  edən  etnosların 

vahid  dildə  danışmaları,  adət-ənənələrə  sahib  olmaları, 

mədəniyyətə  və  tarixi  keçmişə  sahib  olmaları,  iqtisadi  çıxarları 

olmalıdır  ki,  bununla  da  özlərini  milliyyət  və  millət  kimi 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

63 


tanısınlar. Özəlliklə, müstəmləkə halına gətirilmiş, zaman-zaman 

milli-mənəvi  dəyərlərinə  qəsd  edilmiş  bir  millət  üçün  yenidən 

milli özünüdərk, milli özünütəyin əsas və vacib ideyalardan biri-

dir.  Fikrimizcə,  istisna  hal  olaraq,  yalnız  bu  cür  milli  ideya  – 

milli özünəməxsusluq, milli özünütəyin yetərli ola bilər ki, digər 

ideyaların  yardımı  olmadan  belə  milli  ideologiyaya  çevrilsin. 

Ancaq bunun çox zor olmasını da söyləmədən keçmək mümkün 

deyildir.  Buna  başlıca  səbəb  də  milli  özünəməxsusluğun, 

milliliyin  əksər  hallarda  mürtəce  millətçilik-şovinizm  kimi 

yozulmasıdır. Bu mənada, müstəmləkə halında olan bir millətin 

milli  özünəməxsusluqdan  çıxış  edərək  milli  azadlıq  uğrunda 

mübarizə  aparması  nə  qədər  müsbət  sayılırsa,  artıq  müstəqillik 

əldə  etmiş  millətin  həmin  ideyanı  eynilə  uyğulamağa  davam 

etməsi bir o qədər də mənfi qəbul edilir.  

Ona  görə  də  XX  yüzilin  əvvəllərində  milli  azadlıq 

hərəkatı  uğrunda  mübarizə  aparan  Azərbaycan  xalqının  əsas 

milli  ideyasının  türkçülük  olması  nə  qədər  təbiidirsə,  1930-cu 

illərin  sonlarından  etibarən  Sovetlər  Birliyi  dövründə,  eləcə  də 

hazırda müstəqil Azərbaycan Respublikasında məsələnin bu cür 

qoyuluşuna  birmənalı  baxışın  olmaması  da  anlaşılandır.  Bu 

baxımdan  biz,  araşdırıdığımız  dövrdə  Azərbaycan  Cümhuriy-

yətinin  yaranmasında  və  inkişafında  türkçülüyün  oynadığı 

əvəzsiz  rolu  indiki  zamanın  baxışından  deyil,  dövrünün 

tələblərinə  və  şəraitinə  görə  dəyərləndirmişik.  Həmin  dövrün 

əsas  tələbi  də  ondan  ibarət  idi  ki,  müstəmləkədən  azad  olmaq 

istəyən  bütün  millətlər  kimi  Azərbaycan  türklərinin  də  məhz 

milli  özünütəyindən  –  türkçülükdən  çıxış  etməkdən  başqa  bir 

yolu  yox  idi.  Çünki  türkçülük  çar  Rusiyasının  müstəmləkəsi 

halına  gətirilmiş  Qafqaz-Azərbaycan  müsəlmanlarının  yeni  bir 

dövlət qurmağın əsas xətti idi. Ən azı ona görə ki, Qafqaz müsəl-




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

64 



64 

manlarının,  o  cümlədən  Azərbaycan  müsəlmanlarının  böyük 

əksəriyyəti nə qədər İslama-müsəlmanlığa bağlı olursa-olsunlar, 

nə  qədər  marksizm-leninzmə  rəğbət  göstərirlər  göstərsinlər  ilk 

növbədə,  özlərini  türk  kimi  tanıyır  və  türk  mədəniyyətinə  aid 

edirdilər.  Eyni  zamanda,  yalnız  Qafqaz  deyil,  çar  Rusiyasının 

müsəlman  əhalisinin  böyük  əksəriyyəti  də  türk-tatar  xalqları 

adlanan bir türk millətinə,  yaxud da türk irqinə aid edilirdi. Bu 

baxımdan  çar  Rusiyasında,  o  cümlədən  Qafqazda  yaşayan 

müsəlmanların  milli  azadlıq  hərəkatı  uğrunda  mübarizədə  əsas 

milli ideya olaraq türkçülüyü qəbul etmələri çox təbii idi.  

Xüsusilə  də,  din  ideyasının  heç  cürə  özünü  doğrulda, 

yəni qeyri-müəyyən «İslam birliyi» ideyasının gerçəkləşə bilmə-

yəcəyi  bir  dövrdə  Azərbaycan  milli  ideyası  kimi  türkçülüyün 

aparıcı yer tutması başa düşüləndir. Doğrudur, ilk dövrlərdə türk-

çülük də islamçılıq, «İslam birliyi» ideyası kimi ümumi xarakter 

daşımış, bəzi türk ideoloqlar bunun əsasında Turan imperiyasını 

dirçəltmək  haqqında  mülahizələr  belə  yürütmüş,  hətta  Ənvər 

paşa  kimi  hərbi  sərkərdələr  silah  gücünə  bunu  reallaşdırmağa 

çalışmışlar. Bütün bunlara baxmayaraq, fikrimizcə, türkçülük din 

ideyasından - «İslam birliyi»ndən fərqli olaraq milli ideologiya-

nın  formalaşmasında  əsas  rol  oynayaraq  Azərbaycan 

Cümhuriyyətinin yaranmasında həlledici rola malik olmuşdur. 

Əslində  burada  heç  bir  fikir  ixtilafından,  ziddiyyətdən 

söhbət  gedə  bilməz.  Milli  aydınların  əsas  məqsədi  birdir: 

müsəlman-türk  aləminin  qurtuluşu.  Bu qurtuluş  yolunda isə  bir 

qədər  fərqli  taktikaların  seçilməsi,  fərqli  mülahizələrin 

səslənməsi  təbiidir.  Digər  tərəfdən  bütün  türklər,  o  cümlədən 

müsəlman  türkləri  üçün  bir  neçə  minilliklər  din  və  millət 

(şamanlıq  və  türklük,  Göy  Tanrıçılıq  və  türklük,  islamlıq  və 

türklük  və  b.)  demək  olar  ki,  eyni  mahiyyət  daşımışdır.  Bu 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə