İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə18/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   14   15   16   17   18   19   20   21   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

56 



56 

deyil,  müsəlmanlıq  namına  mübarizə  aparırdılar.  Milli 

hərəkatımızın  adı  «panislamizm»  idi.  Bu  yalnız  rusların  xətası 

deyildi.  Özümüz  də  islamiyyəti  milliyyət  məfhumu  yerində 

işlədirdik» [184].  

Fikrimizcə,  bütün  hallarda  «panislamizm»in  siyasiləş-

məsi,  yəni  «İslam  millətçiliyi»  nəzəriyyəsinin  yaranması  milli 

məsələnin  gündəmə  gəlməsi  üçün  təkanverici  rol  oynamış, 

həmin  ideyanın  əsasında  siyasi  türkçülük  (türk  birliyi)  və  daha 

sonra  etnik-milli  türkçülük  (Azərbaycan  türkçülüyü)  təşəkkül 

tapmışdır.  Şübhəsiz,  islamçılıqdan  türkçülüyə,  türkçülükdən 

Azərbaycan  türkçülüyünə-azərbaycançılığa  gedən  yol  təkamül 

nəticəsində baş vermişdir. Bu baxımdan, Ağaoğlu həmin dövrdə 

«İslam millətçiliyi» uğrunda mübarizə aparsa da, türkçülüyə də 

meyil  etmiş  və  bununla  da,  Azərbaycan  milli  ideyasının  - 

azərbaycançılığın  meydana  gəlməsinə  zəmin  hazırlayanlardan 

biri olmuşdur. Ə.Ağaoğlunun elmi-rasional islamçılıqdan kənara 

çıxıb siyasi islamçılığa – «İslam millətçiliyi»nə meyil etməsində 

ən başlıca amillər Qafqazda ruslaşdırma, farslaşdırma siyasəti, o 

cümlədən  1905-1906-cı  illərdə  çar  Rusyasının  təhriki  ilə  planlı 

şəkildə  baş  verən  erməni-türk  münaqişəsi  olmuşdur.  Bütün 

bunlar  bir  daha  göstərir  ki,  Ağaoğlu  islamçılığın  elmi-nəzəri 

əsaslarının  yaranmasından  sonra  bu  hərəkatın  siyasiləşməsinin 

tərəfdarı  olsa  da,  dövründə  baş  verən  hadisələr  onun  özünü  də 

Türkiyədəki  «Gənc  türklər»  kimi,  daha  tez  siyasi  islamçılığa  – 

«İslam millətçiliyi»nə üz tutmağa sövq etmişdir.  

Bütövlükdə,  Ağaoğlu  1900-1910-cu  illərdə  siyasi-

ideoloji  ruhlu  «İslam  millətçiliyi»  nəzəriyyəsi  ilə  bağlı  iki 

məsələyə diqqət yetirilməsini zəruri sayırdı: 1) İslam dünyasının 

fəlakətlərinin  səbəbləri  obeyktiv  təhlil  edilməli  və  islam 

millətlərinin qurtuluş yolu ruhanilərin təbliğ etdiyi İslamda deyil, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

57 


mütərəqqi  ruhlu  İslamda  axtarılmalı;  2)  dini  kimliklə  (İslamla) 

milli kimlik (Türklük) isə bir-birinə nəinki ziddir, hətta bir-birini 

tamamlayır.  

Ağaoğlunda «İslam milətçiliyi» nəzəriyyəsinin yaranma-

sında  «İttihadi-İslam»  konsepsiyasını  irəli  sürən  Cəmaləddin 

Əfqaninin  mühüm  təsiri  olmuşdur.  Əvvəlcədən  qeyd  edək  ki, 

Əfqaninin  milliyyətə,  millətə  baxışı  Rəsulzadə  üzərində  hansı 

təsiri buraxmışdırsa da, Ağaoğlu üzərində də İslama münasibəti 

eyni məna kəsb etmişdir. Ə.Ağaoğlu yazırdı ki, Əfqani «müsəl-

man  xalqlarını  ilkin  İslama  qayıtmağa,  ləyaqətsiz  hökmdarlara 

qarşı  açıq  mübarizəyə  qoşulmağa  çağırırdı.  Eyni  zamanda  o, 

ruhaniləri amansızcasına tənqid edir, onların  «boş dialektika və 

sxolastikasını»  məsxərəyə  qoyur,  onların  riyakarlığına  və 

həyasızlığına  gülürdü…  Bütün  ölkələrin  müsəlmanları  onun 

səsində  nə  isə  tanış,  eyni  zamanda  yeni  çalarlar  hiss  edirdilər» 

[28,  136].  Əfqaninin  bu  ideyalarını  müsbət  dəyərləndirən 

Ağaoğlunun  fikrincə,  Şərqdə  nümunəvi  ictimai  xadim  olan  bu 

şəxs,  eyni  zamanda  özünün  gələcək  davamçılarının  fəaliyyəti 

üçün proqram  tərtib etmiş  və bu davamçıların inkişaf  etdirməli 

olduqları ideyaları göstərmişdir.  

Q.Mustafayevə  görə,  Ağaoğlu  «İslam  birliyi»nə  həsr 

etdiyi  yazılarında  Əfqaninin  fikirləri  ilə  razılaşdığını  bildirmiş, 

eyni  zamanda  «İslam  şərqinin  böhrandan  çıxmasının  yolunu 

«islamın  bərpasında»,  islam  millətçiliyində  görmüşdü»  [159, 

93].  Doğrudan  da,  «Müsəlman  xalqlarının  vəziyyəti»  (1903-

1904)  silsilə  məqalələrində  İslam  dünyasının  yarımcan 

vəziyyətdə olması fikrini qəbul edən Ağaoğlu yazırdı ki, taleyin 

zərbələrindən  sarsılıb  məyus  olmuş  müsəlmanlar  indi  gəzib  bu 

fəlakətin  onların  üzərinə  haradan  gəldiyini  axtarır  və  vəziyyəti 

düzəltmək haqqında fikirləşirlər. Halbuki müsəlmanların islahat 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

58 



58 

dövrünü keçmələrinin vaxtı çoxdan çatmışdır [250]. Müsəlman-

ların  qəflət  yuxusundan  oyadacaq  müsəlman  islahatçısının 

yolunu gözləyən Ağaoğlunun fikrincə,  hər bir müsəlman milləti 

ilkin  İslama əməl etməklə  yanaşı, Qərb mədəniyyətinin müsbət 

dəyərlərini  də  mənimsəməli  və  Avropa  millətləri  kimi  inkişaf 

etməlidirlər.  Çünki  İslam  dini  bədbinlik  deyil,  nikbinlik  və 

tərəqqipərvərlik  dinidir.  O  yazırdı:  «Nə  Quran,  nə  də  şəriət 

özlüyündə tərəqqinin düşməni deyildir; özlərini İslam ideyasının 

daşıyıcıları  hesab  edən  şeyxlər  və  üləmalar  bəd  məqsədlərlə 

oradakı  fikirləri  təhrif  edib,  onları  mədəniyyətin  barışmaz 

düşmənlərinə çevirmişlər» [6, 50].  

Bizcə,  Ağaoğlu  «İslam  millətçiliyi»nin  elmi-nəzri  əsas-

larını  «Panislamizm  və  onun  xarakteri»  məqaləsində  vermişdi: 

«İslam  ayrı-ayrı  xalqların:  ərəb,  türk,  fars,  zənci,  tacik  və 

sairələrin  özünəməxsus  fərdi  etiqadlarındakı,  adət-ənənə-

lərindəki,  hətta  dil  və  geyimlərindəki  fərqi  aradan  qaldırmış  – 

niverləmiş, sözün tam mənasında onları fatehlərin assimilyasiya-

sına  məruz  qoymuşdur.  Hal-hazırda  müsəlman  xalqlarının 

lüğətində  millət  məfhumuna  uyğun  olan  bir  istilah  axtarmaq 

yersiz olar. Çünki onların hamısı bu mənanı ifadə edən ümumi 

bir istilahı – ərəbəcə «millət» sözünü işlədirlər. Bu istilah isə irqi, 

qövmi,  etnik,  hətta  əxlaqi  birliyi  deyil,  hər  şeydən  əvvəl  dini 

birliyi  ifadə  edir»  [251].  Bu  mənada,  onun  fikrincə, 

«panislamizm» ideyası İslam dininin özündə, onun nəzəriyyə və 

tarixində  ehtiva  edilmişdir:  «Quran,  hər  cür  millətçiliyə 

düşməndir. Ümumbəşərilik demək olan İslam milli əlahiddəliyi, 

irqi  ayrı-seçkiliyi,  silki  xurafat  və  ənənələri  zəiflətməyə  çalışır. 

İslama görə, ona iman gətirən bütün insanlar qardaşdırlar, hamı 

Allah və Quran qarşısında bərabərdir.  Nə türk, nə ərəb, nə fars, 

nə  hindu,  nə  zənci,  nə  ağ  var:  hamı  müsəlmandır,  bərabər  və 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə