İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə19/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   15   16   17   18   19   20   21   22   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

59 


birdir,  hamı  eyni  bir  Atanın  (Allahın  –  F.Ə.),  sevən  bir  Atanın 

övladlarıdır,  fərq  yalnız  Ona  itaət  edənin  dərəcəsindədir.  Bu 

ideya  Quranda  ümumi  müddəa  şəklində  deyil,  aydın  və  rəsmi 

şəkildə ifadə edilmişdir: «müsəlmanlar qardaşdırlar»» [251].  

Q.Mustafayev  yazırdı  ki,  «İslam  millətçiliyi»ni  irəli 

sürməklə Ə.Ağaoğlu və digər milli-burjua ziyalılar açıq şəkildə 

olmasa da, üstüörtülü olaraq dini-millətçilik yolunu birinci plana 

çəkir  və  müsəlmanları-türkləri  dini  millətçiliyin  bayrağı  altında 

toplamağa çalışmışlar: «Burjua millətçiləri Azərbaycan xalqının 

maarif və mədəniyyəti yolunda maarifçilərin mübarizəsini islam 

maarifi  və  mədəniyyəti  uğrunda  mübarizə  istiqamətinə 

yönəltməyə  çalışır,  onların  köməyi  ilə  islam  dini  ilə  elmi 

barışdırmaq, «islam mədəniyyətini» «qərb mədəniyyətinə» qarşı 

qoymaq,  islamı  müasirləşdirmək,  islam  ruhaniliyini  çarizmin 

təsirindən  xilas  edib,  islam  millətçiliyi  axınına  cəlb  etmək 

istəyirdilər»  [159, 97].  Bizcə, sosial-demokratların, o  cümlədən 

bolşeviklərin kommunizm utopiyası kimi, mütərəqqi islamçıların 

da bəzən «İslam birliyi» ideyasını siyasiləşdirmələrində qeyri-adi 

heç  nə  yoxdur.  Başqa  sözlə,  sosial-demokrtalar  kommunizm 

ideyasına  hansı  şəkildə  yanaşırdılarsa,  bir  qədər  fərqli  şəkildə 

islamçılar  da  «İslam  birliyi»  ideyasının  gerçəkləşməsinə  bir  o 

qədər ümid bəsləyirdilər.  

Digər tərəfdən o fikirlə də razılaşmaq olmaz ki, Ə.Ağa-

oğlu  və  digər  milli  aydınlarımız  İslam  mədəniyyətini  Qərb 

mədəniyyətinə qarşı qoymuşdular.  Doğrudur,  yuxarıda da qeyd 

etdiyimiz  kimi,  bu  cür  mühafizəkar  ziyalılarımız  olmuşdur, 

ancaq  hər  iki  mədəniyyətin  ortaq  nöqtələrindən  çıxış  edən 

mütəfəkkirlərmiz də var idi. Ə.Ağaoğlu da məhz belə bir mövqe 

tutaraq  İslam  mədəniyyəti  ilə  Qərb  mədəniyyətinin  bir-birini 

inkar  etmədiyini  vurğulamışdır:  «Birləşmə  mənasında  keçmişə 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

60 



60 

qayıtmağı təbliğ edən panislamizm, eyni zamanda müsəlmanlar 

arasında  müasir  həyatın  köklü  və  biryolluq  dəyişdirilməsində 

təkid edir… Bu, vaxtilə yalnız müsəlmanların malı olan iqtisadi, 

siyasi  və  mədəni  fütuhatlar  sahəsindəki  təkiddir…  Bir  sözlə, 

Avropa ağıl tərzi və yeni müsəlman meyli möcübincə islamçılıq 

ideyalarında  panislamizm  və  yevropeizm  anlayışı  sinonimi 

xarakteri kəsb etmişdir» [251]. O, bununla da Avropada mövcud 

olan  demokratik  dəyərlərin  –  siyasi,  vicdani,  mənəvi  və  s. 

azadlıqların islama zidd olmadığını əksinə, bu amillərin Quranda 

öz  əksini  tapdığını  göstərmişdir.  Q.Mustafayevə  görə,  bununla 

da  «ictimai-tarixi  hadisələrə  idealist-dini  mövqedən  yanaşan 

Ə.Ağayev  özü-özünü  inkar  edir.  O,  bir  əli  ilə  dində  yeniliyin 

zəruriliyini  yazır,  digər  əli  ilə  onu  pozur»  [159,  89].  Bizcə, 

Ağaoğlu bir çoxlarından fərqli olaraq  İslam dininin demokratik 

dəyərlərə  zidd  olmadığını,  bu  dəyərlərin  həmişə  İslamda 

olduğunu və bu  gün də  olmasını önə çəkməklə öz-özünü inkar 

deyil, əksinə təsdiq yolunu tutmuşdur.  

Gördüyümüz  kimi,  Azərbaycanda  milli  ideyalardan  biri 

olan islamçılığa münasibət 100 il bundan əvvəl olduğu kimi bu 

gün  də  öz  aktuallığını  qoruyub  saxlayır.  Doğrudur,  dinə 

münasibət  Konstitusiyada  açıq  şəkildə  öz  əksini  tapmışdır. 

Ancaq  bununla  yanaşı,  dinə  münasibətdə  cəmiyyət  daxilində 

müəyyən  problemlər  hələ  qalmaqdadır.  Bu  xüsusilə,  özünü 

müxtəlif təbəqələrin dinə-İslama fərqli münasibətlərində büruzə 

verirr.  Məsələn,  bəziləri  hesab  edirlər  ki,  milli  ideyalardan  biri 

kimi  İslama daha çox önəm  verilməlidir. Çünki  İslam millətlər 

və  etnoslar  arasında  heç  bir  fərq  qoymur.  Başqa  sözlə, 

«müsəlmanlar  qardaşdırlar»  prinsipi  irəli  çəkilərək  milli 

ideologiyanın  aparıcı  ideya  xəttinə  çevrilməlidir.  İlk  baxışda, 

bunun  doğru  olduğu  qənaətinə  gəlinə  bilər.  Ancaq  məsələnin 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

61 


mahiyyətinə  dərindən  nüfuz  etsək  görərik  ki,  İslam  dini  bir 

ölkədə yaşayan müxtəlif etnosları birləşdirən amil təsiri bağışlasa 

da,  o  son  nəticə  olaraq  dövlətin  işlərinə  qarışanda  vəziyyət 

tamamilə başqa rəng ala bilər. Necə ki, əsrlər boyu dinin dövlət 

üzərində  nüfuz  etdiyi  dövrlərdə  həmişə  ciddi  problemlər 

yaşanmışdı.  Yəni  bu  zaman  istər-istəməz  din  xadimləri  İslam 

dininin  nüfuzundan  istifadə  edərək  dövlətin  siyasi-ideoloji 

həyatında aparıcı mövqeyə sahib olmuşlar. Hətta, orta əsr bir sıra 

müsəlman və xristian dövlətlərində hakimiyyət başçıları istəmə-

dikləri  halda,  din  xadimlərinin  təzyiqi  ilə  bir  sıra  ağılasığmaz 

qərarlar  qəbul  etməyə  məcbur  olmuşlar.  Özəlliklə  də,  bu, 

dünyəvi  elmləri  təbliğ  və  müdafiə  edən  alimlər  üçün  faciəli 

aqibətlə nəticələnmişdir. 

Ona  görə  də  əvvəlcə  xristian,  daha  sonra  bir  çox 

müsəlman  ölkələri  dini  dövlət  siyasətindən  ayırmaq  qərarı 

vermişlər. Bu mərhələ Avropa da daha uğurla və sürətlə həyata 

keçdiyi  halda,  müsəlman  dünyasında  bu  proses  həm  uğursuz, 

həm  də  ləng  şəkildə  getmişdir.  Çox  təəssüf  ki,  bu  gün  də 

müsəlman  dünyası  həmin  məsələlərdə  böhran  yaşamaqdadır. 

Hətta,  işin  maraqlı  tərəfi  odur  ki,  dini  dövlətdən  ayırmış  bəzi 

müsəlman  ölkələrində  əks  proses  getməkdədir.  Yəni  bəzi 

müsəlman  ölkələrində  dinlə  dövlətin  bir  araya  gəlməsi  istisna 

olunmur. 

Hər  halda,  bu  bir  faktdır  ki,  müsəlman-türk  dünyasında 

ilk dəfə dini dövlətdən ayıran Azərbaycan Cümhuriyyəti (1918-

1920)  olmuşdur.  Özü  də  həmin  dövrdə  Azərbaycan 

Cümhuriyyətinin  başçıları  bu  siyasəti  çox  uğurla  həyata 

keçirmişlər. Yəni onlar milli ideya kimi bir tərəfdən türkçülüyə 

öncüllük vermiş, digər tərəfdən islamçılığı dini-əxlaqi dəyər kimi 

gənc  dövlətin  əsas  sütunlarından  biri  olaraq  qəbul  etmişlər. 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə