İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə17/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   13   14   15   16   17   18   19   20   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

53 


inqilab»  ideyasını  irəli  sürürdü.  O,  «yaşıl  inqilab»  dedikdə, 

müsəlman  xalqlarının,  o  cümlədən  türklərin  oyanmasını, 

inkişafını  və  birliyini  nəzərdə  tuturdu:  «Yaşıl  deyiriz,  çünki  öz 

müsəlmanlarımızdır.  Zümrüd-yaşıl  işıqlı  islamiyyə  qəndillərini 

yandırmaq  qeyrətində  bulunanlarımızdırlar»  [109,  185]. 

Hüseynzadəyə  görə,  məhz  müsəlmanların  İslam  qanunlarına 

əməl  etməmələrinin  nəticəsidir  ki,  Şərqin  müsəlman 

məmləkətləri  dərin  bir  ətalət,  zülmət  və  cəhalət  içindədir:  «O 

ətalətin,  o  zülmətin  müdhiş  və  mühib  girdabları,  təlatümləri 

vardır.  Cismaniyyat  və  maddiyyata  möhtac  olmayan  girdab  və 

təlatümləri vardır» [28, 109]. Onun fikrincə, islamiyyət daxilində 

nifaqa  və  təfriqəyə  səbəb  müsəlman  məmləkətlərindəki 

monarxiya, Şərq bürokratiyası, sünni-şiə qarşıdurması və bundan 

istifadə  edən  Avropa  dövlətləri,  oradan  əsən  zəhərli  yellərdir 

[109, 270].  

Ancaq  artıq  sünni  və  şiə  məsələsinin  müsəlmanlar  ara-

sında  əhəmiyyətinin  qalmadığını  deyən  Hüseynzadə  yazırdı  ki, 

İslam dini xristianlığa bənzəmədiyi üçün bu dinə tapınan xalqları 

vahid kütlə kimi birləşdirməyə qabildir [109, 270]. Bu mənada, 

yalnız  İslam  və  Qurana  əsaslanan  ideya  müsəlman  xalqlarını 

tərəqqiyə  apara  bilər,  bunlardan  kənarda  hər  hansı  bir  təlim,  o 

cümlədən  millətçilik-nasiyonalizm  müsəlman  millətləri  üçün 

çıxış  yolu  ola  bilməz.  Beləliklə,  mütərəqqi  islamçılıq  xəttini 

seçməsinin nəticəsi idi ki, Ə.Hüseynzadə bir tərəfdən «panislam-

izm» və «pantürkizm» devizini əldə bayraq edərək guya, xristian 

dünyasını  (Rusiya  və  Avropanı)  təhlükə  gözlədiyini  iddia  edən 

rus, erməni milətçilərinə, digər tərəfdən milli-dini ideyaların sinfi 

mübarizənin, beynəlmiləl inqilabın əleyhinə olduğunu irəli sürən 

marksist-leninçilərə qarşı mübarizə aparmışdır. 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

54 



54 

20-ci  əsrin  əvvələrində,  xüsusilə  1900-1910-cu  illərdə 

Azərbaycan  türkləri  arasında  mütərəqqi  islamçılığın,  «İslam 

millətçiliyi»nin  tanınmış  ideoloqu  Əhməd  bəy  Ağaoğlu  da 

Ə.Hüseynzadə  kimi,  mühafizəkar  islamçıları  həddən  artıq 

yeniləşməyə  qarşı  çıxmaqda  ittiham  etmişdir.  Çünki  onlar  belə 

fikirləşməyə  başlamışdılar  ki,  müsəlmanların  bütün  fəlakətləri 

onların  köhnə  adət-ənənələrdən  üz  çevirmələri  ilə  bağlıdır. 

Ağaoğlu  yazırdı:  «Əxlaq  pozğunluğu,  özbaşınalıq,  keçmişə 

sayğısızlıq  və  sərbəst  düşüncə  də  məhz  bunun  sayəsində  mey-

dana  çıxmışdır.  Buradan  da  onlar  (mühafizəkarlar  –  F.Ə.)  belə 

nəticəyə  gəlirlər  ki,  xilas  yolu  nə  Avropada,  nə  də  həyatın 

məntiqinin  axtarılmasındadır.  Sadəcə,  şəfaverici  keçmişə 

qayıtmaq lazımdır. Bu keçmiş öz ecazkar qüvvəsi ilə müsəlman 

aləmini  xilas  edəcəkdir»  [5,  333].  Bu  baxımdan,  o,  müsəlman-

ların mövhumat, cəhalət içində qalaraq yeniləşməkdən tamamilə 

imtina etmələrinin də doğru olmadığı qənaətində idi.  

Ancaq  Ə.Ağaoğlu  Ə.Hüseynzadədən  fərqli  olaraq, 

əcnəbilər  tərəfindən  ortaya  atılmasına  baxmayaraq,  bir  müddət 

«panislamizm»i  («pan»  yunanca  hamısı,  bütövlük  mənasını 

verir)  İslam-Türk-Şərq  dünyasının  oyanışı  və  inkişafı  uğrunda 

mübarizə  aparan  qüvvələrə  verilmiş  müsbət  bir  məfhum  kimi 

qəbul etmişdi: «Ağıllı ünsürlər hər iki ifrat cərəyanı birləşdirəcək 

və  hər  iki  tərəfi  razı  sala  biləcək  elə  bir  yol-ideya  yaratmaq 

istəyirlər  ki,  ifrat  mütərəqqiçilərin  xəyal  etdikləri  kimi,  nə 

mücərrəd-zəminsiz, nə də köhnəpərəstlik kimi zəmanənin ruhu-

na və dövrün tələbinə zidd olsun… Bu panislamizmdir» [250; 5, 

332]. Onun fikrincə, “panislamizm” isə özünün daxili məzmunu-

na  görə  geriyə  dönməkdir.  Köhnəliyə  qayıtmaq  yox,  daha 

inamla,  daha  qüvvətlə  irəliyə  getmək  üçün  geriyə  dönməkdir 

[251]. Ancaq bütün hallarda Ə.Ağaoğlu «panislamizm» dedikdə, 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

55 


bütün «İttihadi-İslam» tərəfdarlarını deyil, yalnız onun mötədil-

orta mövqedən çıxış edən «ağıllı ünsürlər»ini nəzərdə tutmuşdu. 

Bunu sonralar Ə.Ağaoğlunun «panislamizm» anlayışına dəyişən 

münasibəti də göstərir. O, sonralar bu anlayış ətrafında Avropa, 

o cümlədən Rusiya millətçilərinin yaratdığı mənfi obrazı aradan 

qaldırmaq  üçün  qeyd  edirdi  ki,  «müsəlmanlar  qardaşdırlar» 

prinsipini irəli sürən İslam dini müsəlmanlar arasında qardaşlığa, 

ittifaqa  və  ittihada  əsaslanır:  «Fəqət  bu  ittihad  və  ittifaqımız 

avropalıların  ixtirası  və  onları  təqlid  yolu  ilə  Rusiya  erməni-

lərinin  də  istilah  etdikləri  «panislamizm»  deyildir.  Yəni  bizim 

«ittihadımız»  slavyan  milləti  arasında  mövcud  olan 

«panslavizm»  fikri  kimi  ümumislamları  da  bir  dövlətə  ilhaq 

etmək və yaxud bir nöqtəyə ictima edərək, aləmi-xristianiyyəyə 

qarşı qiyam etmək fikri deyildir» [7]. Hətta, Ağaoğlu qeyd edirdi 

ki, müsəlmanlar arasında belə bir əsaslı fikir və ictimai mərkəz 

olardısa  da,  bu  məsləkə  xidmət  etməklə  iftixar  edərdi.  Bu 

baxımdan,  o,  müsəlmanların  bir  xəyaldan  ibarət  bulunan 

«panislamizm»  fikrini  bir  kənara  qoyub,  heç  olmazsa  İslam 

dininin qanunlarına əməl etməyə çağırırdı.  

M.B.Məmmədzadə,  M.Ə.Rəsulzadə,  və  H.Baykaranın 

mülahizələrinə  görə,  Azərbaycan  türkləri  arasında  ilk  dəfə 

Ə.Ağaoğlu islamçılığa daha çox üstünlük vermiş, geniş və dərin, 

nəzəri  şəkildə  «İslam  millətçiliyi»ni  təbliğ  etmişdir.  Onların 

fikrincə,  1900-1910-cu  illərdə  Ağaoğlu  bir  müsəlman  ziyalısı 

kimi  əsasən,  İslamda  islahatlar  aparmaqla  müsəlman 

millətlərinin  tənəzzüldən  qurtarıb  tərəqqisinə  və  yüksəlişinə 

çalışmışdır  [52,  112;  154,  40-41].  Bu  isə  o  anlama  gəlir  ki, 

M.Ə.Rəsulzadənin  təbrincə  desək,  həmin  dövrdə  «milliyyət-

pərvərliyin ən adlı-sanlı mürşidləri, başda Ağaoğlu Əhməd bəy 

olmaqla, islamçılıqla türkçülüyü çox da ayırmır, türklük namına 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə