İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə35/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   31   32   33   34   35   36   37   38   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

107 


səhv idi. Üstəlik, Axundzadənin islamiyyəti tənqid edərkən onun 

ilk  yayıcıları  ərəbləri,  inkişaf  etdirənləri  türkləri  və  türk 

dövlətlərini  hədəf  seçməsi  bunun  əvəzində  farsları-zərdüştləri-

sasaniləri müdafiə etməsi birmənalı deyildir. 

Deməli, təqribən eyni əsrdə yaşamış bu aydınların hər ikisi 

başa  düşürdülər  ki,  cəmiyyətdə  yeniləşmə  lazımdır.  Sadəcə, 

Bakıxanov bu yeniləşməni klassik Türk-İslam-Şərq mədəniyyət-

inə üz tutmaqda, yalançı ruhaniləri ifşa etməkdə gördüyü halda, 

Axundzadə Rus-Avropa-Qərb mədəniyyətində və birbaşa  İslam 

dininin özündə görmüşdü. Bir növ Axundzadə həm Qərb mədə-

niyyətindən  və  filosoflarından  təsirlənərək,  həm  də  çar  Rusiya-

sının  ideoloqlarının  və  masonların  təsiri  altında  «inqilabçı» 

olmaq  qərarına  gəlmişdi.  Məhz  bu  «inqilabçılığı»n  nəticəsi  idi 

ki,  Axundzadə  «Kəmalüdövlə  məktubları»nı  yazdı  və  orada 

əsasən  İslam  dinini,  müəyyən  qədər  də  Türk  adət-ənənələrini 

tənqid  etmişdir.  Onun  yaratdığı  obrazlar  (Hacı  Qara,  Dəvriş 

Məstəli  şah,  Xırs  Quldurbasan  və  b.)  cəmiyyətin  şüurunda 

özünüaşağılama  kompleksinin  yaranmasına  səbəb  oldu.  Məlum 

oldu  ki,  Azərbaycan  cəmiyyətində  demək  olar  ki,  insanların 

əksəriyyəti  avam,  nadan,  hiyləgər,  boşboğaz,  yalançı,  xəsis  və 

sair  kimi  xüsusiyyətlərə  malikdir.  Guya,  bunun  da  əsas 

günahkarı İslam dini və milli adət-ənənələrdir. Həmin aşağılayıcı 

tiplərin  və  obrazların  şüurlarımıza  yeridilməsi  mənfiliyə  də  yol 

açmışdı.  Bu  mənada,  Axundzadə  ilə  başlayan  qərbyönlü 

yeniləşmə hərəkatı ikili xarakter daşımış, onun müsbət cəhətlərlə 

yanaşı, mənfi tendensiylar da kifayət qədər olmuşdur. 

Axundzadəsayağı yeniləşmənin müsbət cəhəti isə odur ki, 

İslam-Türk-Şərq  mədəniyyətinin  lazımsız  yerə  ideallaşdırılması 

tənqid hədəfinə çevrildi. Hər halda, dini və mili adət-ənənələrdən 

uzaqlaşaraq ideallaşdırma xəstəliyi müsəlman ölkələrinin tənəz-




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

108 



108 

zülünə gətirib çıxartmışdır. Artıq XIX əsrdə İslam dini xurafat və 

mövhumat  kimi  başa  düşülür,  milli  adət-ənənələr  gerilik  və 

vəhşilik  kimi  qələmə  verilirdi.  Həmin  dövrdə  millətin  qabaqcıl 

şəxslərindən hesab edilən din xadimlərinin əksəriyyəti xurafat və 

mövhumatla  məşğul  olur,  şairlər  isə  şeirlərini  əsasən  aşiq  və 

məşuqa,  yar və şəraba həsr edirdilər. Belə bir dövrdə tənəzzülə 

uğramaqda  olan  İslam-Türk-Şərq  mədəniyyətinin  mənəvi 

zəlzələsinə (bunu Ağaoğlu XX əsrin əvvəllərində elə bu cür də 

ifadə etmişdir) və tənqidinə doğrudan da ciddi ehtiyac var idi. Bu 

mənada,  dini  və  milli  dəyərlərə  münasibətdə  Axundzadənin 

həddən  artıq  radikallığı  cəmiyyətin  şüuruna  mənfi  təsir 

göstərməklə  yanaşı,  digər  tərəfdən  bir  silkələnməyə  (mənəvi 

zəlzələyə)  də  səbəb  oldu.  Bu  mənada,  Axundzadəsayağı 

yeniləşmənin  doğurduğu  mənəvi  zəlzələni  də  qiymətləndir-

məmək  mümkün  deyildir.  Beləliklə,  Axundzadə  milli-dini 

məsələlərin  tənqidində  təhrifə  və  ifratçılığa  yol  versə  də,  ümu-

milikdə  cəmiyyyətdə  yeniləşmə  hərəkatına  təkan  vermiş,  yeni 

nəslin qarşısında qərbyönlü də olsa, bir üfüq açmışdır.  

Axundzadənin  müəllif  olduğu  yeniləşmə  hərəkatının  əsas 

mənfi  cəhəti  bunu  tamamilə  qərbləşməklə  bağlaması,  bunun 

əvəzində  İslam-Türk  mədəniyyətini  ifrat  şəkildə  tənqid  etməsi 

idi. Bu mənada, XIX əsrin sonu – XX əsrin əvvəllərində Axund-

zadənin əsasən islamiyyət, müəyyən qədər də türkçülük ruhuna 

zidd  olan  «Kəmalüdövlə  məktubları»  ictimaiyyətə  məlum 

olmasa  da,  ümumilikdə  onun  İslam  dininə  fərqli  yanaşması 

hamıya məlum idi. Çünki Axundzadənin əlifba və din islahatları 

istiqamətində  başladığı  qərbləşmə  ideyası  mahiyyət  etibarilə 

islamiyyət  və  türkçülüyə  zidd  idi.  Bu  mənada,  Axundzadənin 

Rus-Avropa-Qərb 

mədəniyyətini 

ideallaşdırması, 

bunun 

əvəzində  İslam-Türk  mədəniyyətini  ifrat  şəkildə  tənqid  etməsi 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

109 


ondan  sonra  gələn  aydınlarımızın  dünyagörüşlərində  ciddi 

ziddiyyətlərə yol açıdı. Hər halda, bunun mənfi cəhətləri müsbət 

amillərdən  heç  də  az  təsirli  olmadı.  Yazıqlar  olsun  ki,  sovet 

dövründə  mütərəqqi  hadisə  kimi  qələmə  verilən  bu  məqsədli 

«islahatlar»a münasibət hazırda da əsasən dəyişməmişdir. 

Özəlliklə,  Axundzadənin  yaradıcılığının  ruhunu  təşkil 

edən  cəmiyyəti  dinsizləşdirmə  yolu  idi  ki,  sonralar  onun  bu 

xəttini  «şərqi-rus»çular,  «mollanəsrəddinçi»lər,  «hümmətçi»lər 

(1917)  davam  etdirdilər.  Ümumilikdə  Axundzadə  kimi,  onların 

tutduqları xətt də Rus-Avropa-Qərb xəttinə bağlı olduğuna görə 

çar  Rusiyasının  maraqlarına  uyğun  gəlirdi.  «Şərqi-Rus»un  və 

«Molla Nəsrəddin»nin əsas simaları uyğun olaraq M.A.Şahtaxtlı 

və  C.Məmmədquluzadə  idi  ki,  onların  hər  ikisi  xüsusilə  İslam 

dininə münasibətdə radikallığı ilə seçilmişlər. 



«Şərqi-Rus» və M.A.Şahtaxtlı. Maraqlıdır ki, XIX əsrin 

sonu – XX əsrin əvvəllərində Azərbaycanda İslam dini və Türk 

birliyinin  əleyhinə  çıxanlar  SSRİ  ədəbiyyatında  ya  «molla-

nəsrəddinçi»lər  kimi  «inqilabi-demokratizm»in,  yaxud  da 

M.A.Şahtaxtlı  kimi,  xırda  burjua  demokratizmin  nümayəndəsi 

kimi qələmə verilmişdi [29, 83]. Məhəmməd Ağa Şahtaxtlı hələ, 

«Şərqi-Rus»  nəşr  olunmamışdan  illər  öncə  bir  neçə  məsələdə 

Rus-Avropa-Qərb  mədəniyyətinə  bağlılığını  büruzə  vermişdir. 

Onun qərbpərəstliyi-ruspərəstliyi aşağıdakı məsələlərdə öz əksini 

tapmışdır:  

1)

 

Əlifba islahatı; 



2)

 

Azərbaycan  türklərinin  adının  azərbaycanlı  və  dilinin 



Azərbaycan dili adlanması; 

3)

 



İslam dininin ruhuna zidd yazıları. 

Əlifba  məsələsində  Axundzadənin  yolunu  davam  etdirən 

Şahtaxtlı  yeni  əlifba layihəsi  hazırlamış  və bir müddət bununla 



Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə