www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
116
116
mübarizə aparırdı» [129, 44]. M.Qasımov və digər
tədqiqatçıların bu məsələdə haqlı olmaları şübhəsizdir.
Onların bu cür mülahizələr səsləndirməsinə səbəb o idi ki,
Məmmədquluzadə islamçıları və türkçüləri tənqid etməklə
kifayətlənməmiş, eyni zamanda bəzi məsələlərdə bolşeviklərin
ideyalarını müdafiə etmişdir. 1905-ci ildə bolşeviklərə aid bir
qəzetdə «Binəsiblər» və «Xeyir-dua» kimi məqalələrində
Məmmədquluzadə İran fəhlələrinə tövsiyə edirdi ki, onlar da
rus fəhlələr kimi, dini və etnik mənsubiyyyəti bir kənara
qoyaraq istismarçılara qarşı birləşməlidirlər: «Qoy məzlum,
bədbəxt İran zəhmətkeş xalqı bu şüarı oxusun: «Bütün
ölkələrin proletarları birləşin!». Qoy oxusunlar və
birləşsinlər» [148, 128]. Bu məqalələrdəki marksist ruhlu
fikirləri əldə əsas tutan akademik F.Q.Köçərliyə görə,
C.Məmmədquluzadə «Molla Nəsrəddin»i sosial-demokratiya
səviyyəsinə yüksəldə bilməsə də, onun şüarlarını, ideyalarını
təbliğ etmişdi [122, 46, 72].
Bizcə, həmin dövrdə İslamlıq və Türklük əsaslı birliyin
tərəfdarı olmamasına baxmayaraq, C.Məmmədquluzadə
marksizm-leninizmə də dərindən bağlana bilməmişdir. Hətta,
1917-ci il fevral burjua inqilabından sonra o, marksizm-
leninzmlə milli-demokratizm arasında tərəddüd göstərmişdir.
Belə ki, 1917-ci ildə yazdığı «Cümhuriyyət» məqaləsindəndə
o, xalq hakimiyyətinin, yəni demokratik respublikanın
prinsiplərindən və azadlıqlarından (etiqad, yığıncaq, birləş-
mək, danışmaq, siyasi partiyalar yaratmaq və s.) bəhs etmişdir
[148, 190-191].
Hətta, o, bu dövrdə Azərbaycan xalqının milli birliyi və
istiqlaliyyəti uğrunda mübarizə aparan M.Ə.Rəsulzadəyə
üzünü tutaraq yazırdı: «İndi də Bakıda seçki məcəlləsi düşüb
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
117
ortalığa və Məhəmməd Əmin Rəsulzadə həmişəki kimi çalış-
vuruş, çalış-vuruş nə var, nə var, mən millətin əlindən
yapışacağam. Çox əcəb, yapış, vuruş qəzet yaz, nitq söylə, o
şəhərə get, yenə yaz, yenə yaz, yenə danış, amma, - bu işlərin
iki nəticəsi var: biri budur ki, atalar demişkən «el üçün
ağlayanın gözü kor olar», nə qədər çalışırsan çalış, yenə
axırda sənə qalacaq haman yazmaq, yazmaq və hələ çox
danışsan və ata və analarından xəbəri olmayan müsəlman
qardaşların arzusu yerinə yetsə – bəlkə dustaqxanalarda millət
yolunda çəkdiyin günləri yenə ziyarət etmək» [106, 215].
C.Məmmədquluzadə daha sonra sözlərinə belə davam edir:
«İkinci nəticəsi budur ki, indi sən, əzizim doğrudur ki,
çalışırsan və bu çalışmaqdan da söz yox millətə də az-çox
mənfəət gətirirsən və özünə də şöhrət qazanırsan, buna sözüm
yox – amma burası var ki, sənin bu çalışmağın mənə xoş
gəlmir, səbəb budur ki, əvvəlla mənim məsləkimə ziddir
(çünki həqiqi millətçilik, həqiqi vətənpərvərlik, həqiqi
islamçılıq
olan
yerdə
yalançı
islamçılığa,
yalançı
vətənpərvərliyə və millətçiliyə yer qalmır – F.Ə.) və ikincisi
mənim fitrətim ilə düz gəlmir ki, sən millətçi olub şan və
şöhrət qazanasan, mən də kənardan durub baxım» [106, 216].
C.Məmmədquluzadə doğru olaraq qeyd edirdi ki, sözün
həqiqi mənasında millətin arasından M.Ə.Rəsulzadə kimi bir
şəxsiyyət tapılıb milli ideoloqa çevrilirsə, gözü götürməyənlər
müxtəlif
yollarla
onu
ləkələməyə
çalışacaqlar.
C.Məmmədquluzadənin dili ilə desək: «Yox belə ola bilməz,
mən səni qoymaram məqsədinə çatasan, mən səni peşman
elərəm, mən səni sındıraram, mən səni yox elərəm və bundan
da asan iş mənim üçün yoxdur, bir istəkan su içməkdən
asandır. Məhz lazımdır saqqalımı qaraldıb daxil olum mollalar
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
118
118
məclisinə və bir ovqat yalandan məsciddə görsənim və sonra
orada-burada səs buraxım ki, Məhəmməd Əmin Rəsulzadə
istəyir yeddi cüzini çıxardıb atsın» [106, 216]. Deməli,
C.Məmmədquluzadə bu dövrdə anlamışdır ki, millətin nicatı
onun öz əlindədir və bunu həyata keçirmək üçün millətin
həqiqi rəhbərə ehtiyacı var. Dövründə belə bir rəhbərin
Rəsulzadənin olmasına şübhə etməyən C.Məmmədquluzadə
müsəlmanları-türkləri onu ləkələməyə deyil, əksinə müdafiə
etməyə çağırmışdı.
C.Məmmədquluzadə 1917-ci ildə qələmə aldığı «Azər-
baycan» məqaləsində də açıq şəkildə Azərbaycan türkçülüyü
ideyasını müdafiə etmişdir. O artıq yazırdı ki, vətəninin adı
Azərbaycan, millətinin və dilinin adı isə türkdür [149, 4]. Bizə
elə gəlir ki, milli-demokratik ideyaya rəğbətin davamı olaraq
o, «Anamın kitabı» (1920) pyesində həmvətənlərinə milli
qürur, vətənpərvərlik hissi oyatmağa çalışmışdır. Bu əsərində
C.Məmmədquluzadə Azərbaycan türk ailəsində böyümüş üç
qardaşın Rusiya, İran və Osmanlı Türkiyəsi tərbiyəsi altında
milli köklərindən, milli adət-ənənələrindən, milli dilindən
uzaq düşməsinin, yəni ruspərəst, iranpərəst və osmanlıpərəst
olmalarının səbəblərini göstərmişdir. Maraqlıdır ki, qardaşlar
milli köklərindən uzaq düşsələr də, çar senzoru onları min il
yuxuda olan camaatı hökumət əleyhinə birləşidirb, müstəqil
Azərbaycan hökuməti əmələ gətirməkdə şübhəli bilir [146,
462]. Əsərin sonunda Gülbaharın qardaşlarının Rusiya, İran
və Osmanlıya aid kitablarını yandıraraq, «anamın kitabı» -
«milli kitabı» saxlamasında milli özünüdərkə, müstəqil və
milli Azərbaycan dövlətinin qorunmasına bir çağrış var [146,
475].
Dostları ilə paylaş: |