İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə34/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   30   31   32   33   34   35   36   37   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

104 



104 

Eyni  xətt  «din  islahatı»  adı  altında  da  aparılır,  «İslam 

birliyi»ni parçalamaq üçün ayrı-ayrı təriqətlərin inkişafına geniş 

şərait  yaradılırdı  (biz  bu  gün  də  həmin  xəttin  davam 

etdirilməsinin  şahidləriyik).  Belə  ki,  çar  Rusiyasının  şərqşünas-

ları  İslam  dininin  əsasını  təşkil  edən  Quranı  və  Sünnəni  bir 

kənara  qoyaraq,  ayrı-ayrı  təriqətlərlə  bağlı  tədqiqatlar  aparır  və 

əsərlər, jurnallar nəşr edirdilər.  Onlar bu işə Mirzə Kazım bəy 

kimi Azərbaycan türk mütəfəkkirini də cəlb etməklə məsələnin 

əsil  mahiyyətini  gizlətməyə  çalışırdılar.  Məsələn,  Axundzadə  

«əlifba  və  din  islahatları»  uğrunda  çalışdığı  bir  zamanda, 

M.Kazım  bəy  türk  dilinin  ayrı-ayrı  ləhcələri  və  ənənəvi  İslam 

dininə  aidiyyəti  olmayan  ayrı-ayrı  təriqətlərlə  bağlı  əsərlər 

yazmışdır.  Çar  Rusiyası  maraqlı  idi  ki,  burada  yaşayan  türk-

tatarların  vahid  millət  (türk-tatar:  azərbaycanlı,  başqırt,  özbək, 

qazax və b.), vahid dil (türk dili: Azərbaycan, tatar, qazax və s.), 

vahid din inancları (İslam dini: sünni, şiə, bəhai, vahabi, şeyxilik 

və  b.)  aradan  qaldırılsın  və  parçalansın.  Bu  mənada,  çar 

Rusiyasında sünni və şiə ayrımçılığı açıq şəkildə təbliğ olunurdu. 

Çar ideoloqları bu işə Axundzadə, Mirzə Kazım bəy kimi yerli 

aydınları da cəlb etməyə çalışırdı.  

Məsələn,  Axundzadə  XVIII  əsr  fransız  maarifçilərinin 

(J.J.Russo,  F.Volter  və  b.),  təsiri  altında  hesab  edirdi  ki, 

müsəlman dünyasının geriliyinin yeganə səbəbkarı İslam dinidir. 

Bu mənada, xristian dinində olduğu kimi (protestantizm, lüteran-

çılıq  və  b.),  hökmən  İslam  dinində  də  islahatlar  aparmaq 

lazımdır.  Eyni  zamanda,  o,  Qərb  mədəniyyətinin  təsiri  altında 

konstitusiyalı  dövlətin  yaranmasının,  dinin  dövlətdən  ayrı 

olmasınının zəruriliyni yazmışdır [21, 268].  

Fikrimizcə,  Axundzadə  dini  dünyagörüşdə,  dini  şüurda 

yeniləşmələr  edilərək  yalançı  ruhaniləri  və  din  xadimlərini  ifşa 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

105 


etməkdə haqlı olsa da, ancaq dövrünün antiislam, antitürk ruhlu 

rus, fars, erməni ideoloqlarının təsiri altında İslam dini ilə bağlı 

həqiqətəuyğun  olmayan  mülahizələr  irəli  sürməklə  doğru 

etməmişdir.  Bu  isə  Axundzadənin  dini  şüurda  etmək  istədiyi 

yeniləşmələri  yarımçıq  qoymuşdu.  Başqa  sözlə,  o,  dini  dünya-

görüşdə yeniləşmənin aparılmasının vacibliyini doğru müəyyən-

ləşdirsə  də  (din  dövlətdən  ayrı  olmalıdır  və  s.),  ancaq  ümumi-

likdə  müsəlman  dünyasının  bütün  problemlərini  yalnız  İslam 

dini  ilə  bağlamaqla  ciddi  yanlışlıqlara  yol  vermişdi.  Özəlliklə, 

onun  dövrünün  antiislam,  antitürk  ruhlu  rus,  fars,  erməni 

ideoloqlarının  təsiri  altında  olması  Axundzadəni  sözün  həqiqi 

mənasında Şərqin Lüteri, Russosu olmağa imkan vermədi.  

Doğrudur,  Axundzadənin  özündən  əvvəlki  mütəfəkkirlər-

dən fərqli olaraq İslam-Türk mədəniyyətindən çox Rus-Avropa-

Qərb mədəniyyətini önə çəkməsi o dövr üçün bütövlükdə yenilik 

idi.  Çünki  Axundzadəyə  qədər  Şərq-İslam,  o  cümlədən, 

Azərbaycan  türk  mütəfəkkirlərinin  (Füzuli,  Nəsimi  və  b.) 

dünyagörüşlərində əsasən İslam-Türk və bunların əsasında Şərq 

mədəniyyəti  üstünlük  təşkil  edirdi.  Onlar  həmişə  klassik  Şərq-

İslam-Türk mədəniyyətinə əsaslanmış, ancaq yeri gəldikcə Qərb 

mədəniyyətinə  də  müraciət  etmişlər.  Sadəcə,  onların 

dünyagörüşündə  Qərb  mədəniyyətinin  ideallaşdırılmasına  və 

İslam-Türk mədəniyyətinin inkarına demək olar ki, rast gəlinmir.  

Qeyd edək ki, İslam-Türk-Şərq mədəniyyətinin tənəzzülü, 

Rus-Qərb-Avropa-Xristian  mədəniyyətinin  tərəqqi  dövründə 

olmasını  M.F.Axundzadədən  öncə  A.A.Bakıxanov  və 

M.Ş.Vazeh  də  görmüşdür.  Xüsusilə,  Mirzə  Şəfi  Vazehdə  dinə 

radikal münasibətin bəzi cizgiləri özünü büruzə vermişdir [223

a



46]. Maraqlıdır ki, Vazehin belə bir mövqe tutması məsələsinin 



başında da Axundzadə gəlir. Azundzadə iddia edirdi ki, müəllimi 


www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

106 



106 

olmuş Vazeh söhbətlər əsnasında onu dini elmləri öyrənməkdən 

imtina  etməyi,  başqa  elmləri  öyrənməyi  tövsiyə  etmişdir  [21

a



217].  Vaxtilə  sovet  ədəbiyyatında  həm  bu  faktordan,  həm  də 

Vazehin  yalançı  din  xadimlərini  tənqid  etdiyi  şeirlərindən  çıxış 

edilərək  o,  din  əleyhdarı  kimi  təqdim  olunmuşdur.  Halbuki 

birincisi,  onun  yaradıcılığında  bütövlükdə  konkret  İslam  dini 

əleyhinə  hər  hansı  bir  fikir  yoxdur.  İkincisi,  Vazeh  heç  vaxt 

Axundzadə 

kimi 

Avropa-Qərb-Xristian 



mədəniyyətini 

idellaşdırmamışdır.  

Vazehlə müqayisə də Bakıxanov Şərqin tənəzzülü Qərbin 

tərəqqisi  məsələsində  Axundzadədən  tamamilə  fərqli  xətt 

seçmişdir. Halbuki bu məsələ Bakıxanovu Axundzadədən heç də 

az rahatsız etməmişdir. Məhz bu narahatçılığın və bundan çıxış 

yolunun  axtarılmasının  nəticəsi  idi  ki.  Bakıxanov  Rusiya  və 

Avropaya  səyahət  etmiş  Şərqin  nədən  «geri»,  Qərbin  nədən 

«irəli» getməsini gözləri ilə görmək istəmişdir və görmüşdür də. 

Bu  zaman  Bakıxanov  müsəlman  ölkələrindəki  problemlərdən 

çıxış  yolu  kimi  Rus-Avropa-Qərb  mədəniyyətini  seçməkdənsə, 

Türk-İslam-Şərq 

mədəniyyətinin 

klassik 


ənənələrini 

dirçəltməkdə  görmüşdür  [50

a

,  200].  Bu  mənada,  o,  Şərq 



mədəniyyətinin  tənəzzülünə  səbəb  olan  yalançı  ruhaniləri,  aşiq 

və  məşuqdan  yazan  şairləri  kəskin  şəkildə  tənqid  etmişdir. 

Ancaq  bütün  hallarda  İslam-Türk-Şərq  mədəniyyətinə  qarşı 

çıxmamış, tərsinə İslama və Türklüyə aid əsərlər yazmışdır. 

Ancaq  Axundzadə  bütün  sələflərindən,  o  cümlədən 

Bakıxanovdan fərqli olaraq müsəlman xalqlarının geriliyinin və 

tənəzüllünün  əsas  səbəbkarı  kimi  İslam  dinini  görmüşdür. 

Bununla  da,  onun  İslam-Türk  mədəniyyətinin  mahiyyyətindən 

uzaqlaşması  məsələsində  mövqeyi  doğru  olsa  da,  bütövlükdə 

islamiyyəti  və  milli  adət-ənənələri  ifrat  şəkildə  tənqid  etməsi 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə