İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 3,32 Mb.
Pdf görüntüsü
səhifə31/192
tarix26.09.2018
ölçüsü3,32 Mb.
#70534
1   ...   27   28   29   30   31   32   33   34   ...   192

www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

95 


zadə  və  başqaları  olmuşdur.  Onlar  hər  hansı  millətin  həyatında 

dinin  mühüm  və  vacib  rolunu  qeyd  etməklə  yanaşı,  Qərb 

mədəniyyətinə  çatmaq  kimi  başa  düşülən  müasirləşməyin 

əhəmiyyətini  doğru  anlamışlar.  Beləliklə,  «müasirlik»  ideya 

xəttinin  bu  yöndə  formalaşmasında  A.A.Bakıxanov,  H.Zərdabi 

və  başqaları  müəyyən  rol  oynamış,  XX  əsrin  əvvəllərində 

Ə.Ağaoğlu, 

Ə.Hüseynzadə, 

Ə.Topçubaşı, 

N.Yusifbəyli, 

M.Ə.Rəsulzadə  və  başqaları  isə  onu  inkişaf  etdirməyə 

çalışmışlar.  

Fikrimizcə,  Ə.Ağaoğlu,  Ə.Hüseynzadə  və  başqaları 

qərbçilik, avropalaşmaq ideyaları milli-dini ideyaların müqayisə-

si  zamanı,  üstünlüyü  türkçülüyə  və  islamçılığa  verirdilərsə, 

ancaq  onlardan  fərqli  olaraq  Əlimərdan  bəy  Topçubaşı  (1865-

1934)  nisbətən  liberal-demokratik  dəyərlərə,  habelə  Rusiya 

türklərinin  birliyinə  və  onların  milli-mədəni  muxtariyyətinə 

yönlətmişdir.  Bu  baxımdan  «Kaspi»,  «Həyat»  və  başqa 

qəzetlərdə  Rusiya  müsəlmanlarının  hüquqlarını  müdafiə  edən 

Topçubaşının  «Ümummilli  haqq  istəyi»  layihəsində  (1905) 

iştirakı  da  diqqəti  cəlb  edir.  Bu  layihəyə  görə,  türklərə-

müsəlmanlara  da  ruslarla  eyni  siyasi,  mədəni,  dini  hüquq 

verilməli, 

onlara 

aid 


bütün 

məhdudiyyətlər 

aradan 

qaldırılmalıdır.  Bir  sözlə,  layihədə  Qafqazda  yerli  idarələrin 



yaradılması və onların müstəqil olması, Qafqaz müsəlmanlarının 

şəxsiyyət  və  ərazi  toxunulmazlığı,  türk  dilində  məktəblərin 

olması,  fikir,  mətbuat  azadlığı  verilməsi  tələb  olunurdu    [52, 

113].  


Dövlət Dumasında «Müsəlman fraksiyası»nın rəhbəri olan 

Ə.Topçubaşı  1905-1907-ci  illərdə  mövcud  olmuş  «Rusiya 

Müsəlmanları  İttifaqı»  Partiyasının    yaranmasında  fəal  iştirak 

etməklə  yanaşı,  onun  nizamnaməsini,  proqramını  şəxsən 




www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

         



Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)

 

96 



96 

hazırlamışdır.  Topçubaşı  tərəfindən  hazırlanan  proqramda 

məhkəmə,  siyasi  məqsədlər,  fəhlə  məsələləri,  məhəlli 

muxtariyyət,  dini  qaydalar,  maliyyə  işləri,  dövlət  quruluşu  

haqqında fikirlər öz əksini tapmışdır. Bu proqramda açıq şəkildə 

qeyd  olunurdu  ki,  «İttifaq»ın  siyasi  məqsədi  Rusiya 

müsəlmanlarını  əməli  işdə  birləşdirməkdir.  Rusiyanın  dövlət 

quruluşunu  Konstitusiyalı  monarxiya  kimi  görmək  istəyən 

Topçubaşı yazırdı ki, bu idarə üsulunda vəkillər monarxa nəzarət 

edərlər. Xalq vəkilləri isə, bir məclis – Dövlət Duması olmaqla, 

ümumi,  gizli,  bərabərlik  prinsipi  ilə  seçiləcək,  müsəlmanların 

vəkilləri əhalinin ümumi sayına mütənasib olacaqdır [52, 150]. 

Əhalinin  sayına  və  ərazinin  böyüklüyünə  görə  fərqlənən 

millətlərə  milli-mədəni  muxtariyyət  verilməsi  müəddəasını  irəli 

sürən Ə.Topçubaşı proqramın 34-35-ci maddələrində qeyd edirdi 

ki,  vilayətə  aid  məsələlərin  hamısı  muxtariyyət  idarələrinin 

səlahiyyətlərinə görə, vilayət məclislərində müzakirə edildikdən 

sonra dövlətin icraiyyə orqanları tərəfindən həyata keçirilməlidir. 

Vilayətdə  hər  hansı  bir  millət  çoxluq  təşkil  edərsə  bu  vilayətin 

idarələrində həmin millətin dili ümumi dil olmalıdır. Rus dili isə 

ümumdövlət dili olmaq şərtilə mərkəzi idarələrdə, dəniz və quru 

qoşunlarında  işlədilməlidir.  Proqramın  36-cı  maddəsində  isə 

Topçubaşı  yazırdı:  «Bütün  xalqlar  mədəni,  siyasi  hüquq 

baxımından  bərabər  olmaqla  yanaşı,  dövlətin  əsas  qanunları 

xalqların  hamısını  mədəni  hüquqlarla  təmin  etməlidir,  yəni  hər 

dildə və hər məhəlli dialektdə danışmaq, məktəb, mədrəsələr inşa 

etmək,  uşaqları  tərbiyə  etmək,  dil  və  ədəbiyyat  cəmiyyətləri, 

müəssisələri  yaratmaq  xüsuslarında  millətlərin  hər  birinə  tam 

azadlıq  verilir»  [52,  152].  Topçubaşı  tərəfindən  hazırlanan  bu 

proqram daha çox Rusiya türklərinin maraqlarına uyğun liberal-

demokratik səciyyə daşımış, demək olar ki, burada islamçılıq və 



www.elmler.net

 - 


Virtual İnternet R

esurs M

ərkəzi

 

            Faiq Ələkbərov              Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə) 

97 


türkçülük ideyaları çox az yer tapmışdır. H.Baykaranın fikrincə, 

buna səbəb onun Ə.Ağaoğlu ilə müqayisədə islamçılıq ideyasına 

son  dərəcədə  bağlı  olmaması  idi:  «Ə.Topçubaşıda  Ə.Ağayevin 

geniş və dərin teosentrik panislamizmi yox idi. Sanki o, belə bir 

ideyanın  müvəffəqiyyətlə  başa  çatmayacağını  qabaqcadan  hiss 

etmiş  və  anlamışdı.  Bu  məqsədlə  o,  1905-ci  il  inqilabının 

gətirdiyi  azadlıq  nemətlərindən  Azərbaycan  xalqı  üçün  əlindən 

gələn qədər daha çox pay qoparmaq istəyirdi» [52, 112].  

Ümumiyyətlə,  H.Baykara  hesab  edirdi  ki,  Ə.Topçubaşı 

Ə.Ağaoğlu  və  Ə.Hüseynzadədən  fərqli  olaraq,  islamçılıq  və 

türkçülük kimi «utopik axınların heç birində iştirak etməmişdir. 

Dərin bilikli hüquqşünas və siyasətçi olan Əlimərdan bəy, həyatı 

boyu  realist  və  uzaqgörən  bir  şəxs  kimi  tanınmışdır.  «Rusiya 

Müsəlmanları  İttifaqı»  türklərin  tarixində  ilk  dəfə  birlik  fikrini 

irəli sürmüşdür» [52, 160]. Ancaq H.Baykaranın qeyd etməsi ki, 

Ə.Topçubaşı  ümumiyyətlə,  islamçılıq  və  türkçülük  axınlarında 

iştirak  etməmişdir,  doğru  deyildir.  Sadəcə,  Topçubaşı  Ağaoğlu 

və Hüseynzadə ilə müqayisədə milli ideyanı mücərrəd və ümumi 

mahiyyət  daşıyan  nə  «islam  birliyi»,  nə  də  «Osmanlı 

türkçülüyü»  olaraq  qəbul  etməmiş,  onu  daha  çox  Rusiyanın 

əsarəti  altında  olan  türk  etnoslarının  azadlıq  hərəkatında  və  bu 

hərəkatın əldə edəcəyi milli-mədəni muxtariyyətlər çərçivəsində 

görmüşdür.  Bu  isə  daha  çox,  liberal-demokratizmə  əsaslanan 

milli baxış idi.  

Bu  baxımdan  M.Ə.Rəsulzadə  və  M.B.Məmmədzadə  də 

hesab  edirlər  ki,  Rusiya  türkləri  arasında  ilk  dəfə  milli-mədəni 

muxtariyyətdən  və  başqa  hüquqlardan  çıxış  edən,  dini-ruhani 

idarə  birliyi  bayrağı  altında  millətçi  bir  proqramın  tətbiqinə 

girişən    başda  Ə.Topçubaşı  olmaqla  milli  liberal-demokratlar 

olmuşdur  [180,  25;  154,  27].  Y.Akçuraoğlunun  fikrincə  də, 




Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   192




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə