www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
167
konkret Azərbaycan türkçlüyünü də təbliğ etmişdir. O,
«Azərbaycan bayrağına» şeirində Türküstandan, Turandan, üç
boyalı türk bayrağından, türklərin soykökündən, türk ellərinin
birliyindən söz açmışdır: «Qayi xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi. Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!» [58, 127]. Milli istiqlala və
türkçülüyə bağlı olan Cəfər Cabbarlı «Azərbaycan bayrağına»
adlı şeirində üç boyalı-üç mənalı Azərbaycan türk bayrağının
fəlsəfi-ideoloji izahını belə vermişdir: «Bu göy boya Göy
Moğoldan qalmış bir türk nişanı, Bir türk oğlu olmalı! Yaşıl
boya islamlığın sarsılmyan imanı, Ürəklərə dolmalı! Şu al boya
azadlığın, təcəddüdün fərmanı, Mədəniyyət bulmalı. Səkkiz uclu
şu yulduz da səkkiz hərli OD YURDU!» [55, 63]. Eyni zamanda
Cabbarlı Azərbaycan türkçülüyünün Turanın bir hissəsi olmasını
da heç vaxt yaddan çıxarmır: «Yürəyində bir dilək var, o da
doğru kəsilsin, O gün olsun bir göy bayraq Turan üstə açılsın»
[55, 63-64].
Siyasi-ideoloji ədəbiyyatda Milli İstiqlal ideyasının
formalaşmasında Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə,
Əlabas Müznib və başqaları mühüm rol oynamışlar. Məsələn,
Üzeyir Hacıbəylinin fikrincə, Qafqaz müsəlmanlarının etnik
mənşələri türk, dilləri türk dili olduğu halda, özlərini və dillərini
«müsəlman» kimi qələmə vermələri doğru deyildir. Çünki
«müsəlman» adında nə millət, nə də dil var; müsəlman İslam
dinini qəbul etmiş bir adam deməkdir [30, 567]. Beləliklə,
ərəb və fars təəssübündə olmayan Azərbaycan türklərinin
etnik mənşəcə türklüklərində qaldıqlarını bildirən Hacıbəy-
linin sözlərinə görə, Azərbaycan türkləri ilk növbədə türk
dilini qorumalı, onun tərəqqisinə və islahına çalışmalıdırlar:
«...bir millətin də ki dili batdı, onda o millət özü də batar,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
168
168
çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb onun
dilidir» [30, 568]. Ü.Hacıbəylinin ana dili məsələsi ilə bağlı
mülahizələri isə nə Osmanlı Türkiyəsinə, nə də Osmanlı
türkcəsini müdafiə edən Ə.Hüseynzadə və başaqlarına qarşı
yönəlmişdir. Sadəcə, Ü.Hacıbyəli bu məsələ ilə bağlı hesab
edirdi ki, bəzilərinin ana dilini inkişaf etdirmək əvəzinə,
osmanlı şivəsini bəyənməyib onlarla mübahisə açması doğru
deyildir: «Biz türk dili üzrə böyük bir padşahlıq təsis etmiş
olan osmanlılardan, fars və rus tərcümələri altında bilkülliyyə
xarab olub türklük ruhunu itirmiş olan dilimizi təzədən
öyrənmək əvəzinə hələ osmanlıları bəyənməyib sırf cahil
olduğumuz bu məsələ üstə onlar ilə mübahisəyə də cəsarət
edirik» [93, 209].
Beləliklə, Rusiya müsəlmanları arasında ayrıca milli
kimliyə və milli dilə sahib Azərbaycan türklərinin müstəqil
millət olduğunu müdafiə edən Ü.Hacıybəli, bu mənada
Qafqaz türklərinin milli bir ictimai təşkilatın yaranmasını
zəruriliyindən də bəhs etmişdi. Üzeyir bəy hesab edirdi ki,
artıq millət yolunda ümumi və təkrarçı sözlərdən işə keçməyin
vaxtıdır [93, 73-74]. Hacıbəyliyə görə, Rusiya millətləri
arasında sayına görə ikinci olan türklər arasında milli birliyin
olmaması doğru deyildir. Onun fikrincə, türklər arasında milli
birliyin olmamasının nəticəsidir ki, Dövlət Dumasında Rusiya
türklərini, o cümlədən Azərbaycan türklərini siyasi sima kimi
tanımırlar. O, bundan çıxış yolu kimi, Rusiya türklərinin bir
millət kimi meydana çıxmasının vaxtının çatdığını yazırdı:
«Hal-hazırda əsil bunun vaxtıdır ki, biz öz-özümüzə məhəl
qoyaq, millətimizin qədrini bilək, müsəlman millətinin içini
və çölünü o cürə düzəldək ki, biz də bir millət olub millətlər
arasına girməyə laiyq olaq» [93, 85-86]. Azərbaycan
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
169
türkçülüyü ideyasının nəticəsi olaraq milli istiqlalın əldə
edilməsini təbii qarşılayan Hacıbəyli «Bir yaş» məqaləsində
yazırdı ki, Azərbaycan Türk dövlətinin istiqlalı «türk irqində
sağlam bir milliyyət hissi oyatdı, millət nə olduğunu
milliyyətini unutmuş türklərə bildirdi: Onlara – sən əvvəl-
əvvəl bir türksən dedi və «türkəm» dedirtdi» [91].
Ü.Hacıbəylidə olan bu milli ruhu inkar edə bilməyən sovet
müəllifləri SSRİ dövründə yazırdılar ki, 1920-ci ilin aprel
işğalına qədər Ü.Hacıbəyli marksizmə yiyələnə bilməmiş,
«bəzi digər demokratik ziyalılar kimi, müsavatçıların «milli
istiqlaliyyət» pərdəsi altında apardıqları hiyləgər millətçilik
siyasətinin həqiqi mənasını düzgün başa düşməmişdi.
Müsavatçıların hakimiyyəti illərində o, dərin mənəvi böhran
keçirir, millətçilik təsiri altında ciddi ideya-siyasi səhvlərə yol
verirdi» [120, 7]. Sovet müəlliflərinin Ü.Hacıbəylidə «ciddi
ideya-siyasi səhvlər» kimi qələmə aldığı məsələlər, əslində
onun vətəninə, millətinə, dininə və istiqlalçılığa bağlılığı idi.
Azərbaycan türkçülüyünün formalaşmasında müəyyən
rol oynayan Ömər Faiq Nemanzadə «Mən kiməm?!» (1917)
məqaləsində günümüz üçün də aktual olan bir çox maraqlı
məsələlərə toxunmuşdur. O yazırdı ki, hər kəs öz millətini
tanıyıb onun uğrunda mübarizə apardığı bir zamanda biz öz
millətimizi sevmək belə deyil, onun quru adını da bilməyib
ortada çaşıb qalmışıq: “Kim olursa olsun, insan bir nəfər, bir
millət və ya fikri-əməl uğrunda vaxt can yandırır ki, ona o
zaman aşiq olur ki, onu yaxından tanıyıb ürəkdən sevsin,
yoxsa quru və yalançı göstərişlərlə arada məhəbbət, eşq deyil,
bayağı dostluq belə olmaz. Mən iddia etmək deyil, uca səslə
bağırıram ki, biz özümüzü tanımırız, biz öz millətimizin boş
adını belə bilməyiriz» [165, 233-234].
Dostları ilə paylaş: |