www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
170
170
Hələ, Ömər Faiqdən öncə Ə.Hüseynzadə, Ə.Ağaoğlu,
Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə və başqa aydınlarımız bu məsələyə
toxunaraq türklərin milli kimliklərini dini kimliklə eyniləşdir-
diklərini, bunun yanlış olduğunu dəfələrlə yazmışdılar. Ancaq
çar Rusiyasının Azərbaycanı işğal altında tutduğu bir əsrə yaxın
müddətdə apardığı antitürk siyasətinin nəticəsi olmalı idi ki,
millətin özünüdərki prosesi kifayət qədər ağrılı keçirdi. Milli
şüuru çar Rusiyasının ideoloqları tərəfindən zədələnən Azərbay-
can türklərinin əksəriyyəti özlərini «müsəlman» olaraq qəbul
edirdilər. Ancaq bununla kifayətlənməyib milli kimliklərini
«persiyan», «sünni», «şiə», «tatar» kimi göstərənlər də tapılırdı.
Ö.Faiq doğru yazırdı ki, halbuki Təbrizin şiəsi, Osmanlının
sünnisi, Qafqazın müsəlmanı hamısı türk oğlu türkdürlər. Ancaq
Qafqaz türkü İran türkünə «ac tat», Tiflis türkü isə «persiyan»
gözü ilə baxır. Nəticədə də İran türkləri uşaqlarını fars
məktəbində oxudub özlərinə «şiə-fars» rəngi verirlər [165, 235-
236]. Mütəfəkkirə görə, türklər İslam qeyrətini o qədər çəkmişlər
ki, artıq bu qeyrətlə öz varlığını və adını da itirmişlər: «Hə, ey
türk! İstər darıx, istər qarıx, yaxandan əl çəkəcək deyiləm. Sən
hər şeyi öyrənmək istədiyin halda niyə bircə zadı – yəni özünü
bilmək istəmirsən, niyə öz varlığından, öz vücudundan, öz soy
və nəslindən xəbərin yox? Niyə sənə «Kimsən?» dedikləri vaxt
həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki,
mən türkəm? Niyə deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən,
babılıqdan əvvəl sən türk idin. İndi də türksən və bundan sonra
türk qalacaqsan» [165, 238].
Çünki türklük nə dinlə, nə də dinsizliklə bağlı deyildir.
Bu, bir milli kimlik, öz soyunu və kökünü tanımaqdır. Türklər
isə, hələ İslamdan öncə həm milli kimlkilərini - türklüklərini,
həm də dini kimliklərini - Tanrıçılığı yaxşı anlamışlar. Bu
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
171
mənada, türklər dünyanın köklü və inanclı millətlərindən biridir.
Ancaq ötən min illiklər ərzində başqa millətlərə yurdumuzda və
ürəyimizdə yer verərək türklüyümüzdən uzaqlaşdığımız
zamanlar da az olmamışdır. Nemanzadənin təbrincə desək: «Ey
özünü itirir, unudur dərəcədə müsafirpərvərlik, özgələrə hörmət
göstərən türk, yaxşı yadına sal ki, sənin ruhun, sənin qanın, sənin
düşüncən, sənin varlığın hənuz sənin özündə ikən sən bugünkü
kimi dilsiz, yazısız yəni milli nişanəsiz deyildin. Ey sadə ürəkli
türk, dünən, bu gün öz varlığını, öz mədəniyyətini göstər bilib,
indi sənə «köhnə barbar» gözü ilə baxıb bugünkü
mədəniyyətlərin haqsızlıqlarına görə incimə» [165, 239].
100 il bundan əvvəl digər Azərbaycan mütəfəkkirləri
kimi, Nemanzadə də türkləri ayılmağa, tərpənməyə və milli
qüruru uğrunda mübarizəyə səsləyirdi: «Ey türk, zamanımız
özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalsaq,
qorxuram ki, gec ayıldığımız vaxt sağalıb yigitcə yaşamaya
vücudumuzda qüvvət və taqət qalmamış ola. Ey türk, keçmiş-
lərdən ibrət al, hələ vücudun sağlam ikən, yaşamağa istedadın
var ikən, fürsət əldə ikən əsil vücudunu tanı, qədrini anla. Ey
türk, yaxşı bil ki, bugünkü məhşərin suri-israfili elmə, milli
ittihada dəvət ediyor» [165, 239-240]. Onun fikrincə, indinin
siyasi fəlsəfəsi tərəqqiyi millətçilikdə görür. Bu mənada,
Nemanzadə açıq şəkildə yazırdı ki, insanda dini əqidədən sonra
ikinci yeri millətəpərvərlik tutur. Çünki millətpərvərlik ictimai
fəlsəfənin baş, özünü tanımaq fəlsəfəsi millətini bilmək elmidir.
Göründüyü kimi, sovet dövründə “mollanəsrəddinçi”,
hətta marksist-leninçi kimi qələmə verilən Ö.F.Nemanzadə heç
vaxt milli-dini dəyərlərdən kənara çıxmamış, hətta 1918-1920-ci
illərdə Azərbaycan Cümhuriyyətinin varlığını müdafiə etmişdi.
Bu dövrdə qələmə aldığı «Milliləşmək» və digər məqalələrində
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
172
172
Azərbaycan türklərinin dövlətinə, dilinə, mədəniyyətinə sahib
çıxmasının vacibliyindən söz açan Nemanzadə hesab edirdi ki,
ilk növbədə milli dilin-türk dilinin qorunub-saxlanması lazımdır:
«Tarix bizə göstərir ki, bir millətin cahangirliyi, hökuməti hətta
yeri-yurdu da əlindən alınsın, madam ki, milli ədəbiyyatı var, o
millət məhv edilməz. Dili kəsilməyən millətin vücudu kəsilməz,
ədəbiyyatı yaşayan millət heç vaxt ölməz» [165, 246].
Nemanzadə hesab edir ki, Qərbdə fransız dili hansı əhəmiyyətə
malikdirsə, türk dili də Yaxın Şərqdə bir o qədər böyük
əhəmiyyət daşıyır: «Türk dilinin Yaxın Şərqdəki hakimiyyətinə
şahidlər axtarmaq lazım deyil, onunla danışan 60-70 milyonluq
böyük bir kütlənin şahidliyindən daha möhkəm nə ola bilər?»
[165, 247].
Azərbaycan türkçülüyü ideyasını müdafiə edən Yusif
Vəzir Çəmənzəminli ilk növbədə, diqqətini Azərbaycan
türklərinin millət kimi özünü dərk etməsi, müstəqil ədəbi
dilinin formalaşması və milli istiqlal məsələsinə diqqəti
yönəltmişdir. Milli özünüdərklə bağlı Çəmənzəminli yazırdı
ki, türklərin təbiətində heç vaxt kölələlik, yazıqlıq, qorxaqlıq
kimi mənfi cəhətlər olmayıb. Türklük həmişə dağ kimi
qüvvətli və qaya kimi möhkəm, fikirləri gün kimi parlaq,
niyyətləri ulduzlar kimi yüksək olmuşdur [30, 652]. Bununla
yanaşı, Çəmənzəminli etiraf edirdi ki, Azərbaycan türkləri başqa
türk tayfaları, yəni türkmənlər, qırğızlar və s. ilə müqayisədə yad
millətlərdən (fars və b.) daha çox özlərini qorumaq məcburiy-
yətində qaldıqları üçün müəyyən qədər dilini, etnik mənşəyini
unutmaq təhlükəsi ilə qarşılaşıblar. Onun fikrincə, bundan
qurtulmaq üçün: 1) dilimiz saflaşmalı; 2) ədəbi dil el ədəbiy-
yatından götürülməli; 3) musiqimiz türkləşməli; 4) qadınlara
hüquqlar verilməli; 5) türk məktəblərinin sayı artırılmalı; 6) fars
Dostları ilə paylaş: |