İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə30/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   26   27   28   29   30   31   32   33   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
124 
124 
ziyadə  simic  olublar.  İndi  elə  İçərişəhərin  özünün  JEK 
müdirlərinin  hərəsinin  Şirvanşahlar  sarayındın  üç-dörd 
dəfə  böyük  villası  var.  Hamısı  da  «Yevroremont».  Mən 
hələ icra hakimlərini, polis rəislərinin, nə bilim nazirləri 
və s. adamları demirəm. Bu adamların yanında o vaxtkı 
Şirvan  şahları  müxalifət  qəzetlərinin  redaktorları  qədər 
kasıb görünürlər. 
Lakin  bir  məsələ  də  var,  ola  bilər  ki,  o  vaxtkı 
Şirvan şahları nə kasıb olublar, nə də simic. Sadəcə, əsl 
müsəlman  kimi  dünya  malında  gözləri  olmayıb,  cahü-
cəlal  sevməyiblər,  yəni,  gözü  tox  olublar.  Yox,  əgər 
indikilər  kimi  olsaydılar,  bütün  İçərişəhər  camaatını, 
arıq-köklüyünə  baxmadan  qaladan  qırağa  köçürdüb, 
içərini  eyləyərdilər  şahın  şəxsi  malikanəsi,  daha 
doğrusu, iqamətgahı,  qala divarlarından Şirvanşahların 
yekə-yekə  şəkillərini  asıb  altında  yazardılar:  Xalq  «ŞŞ» 
deyir.  (ŞŞ,  yəni  Şirvan  Şah).  Camaatı  da,  məcbur 
edərdilər  ki,  bürclərə  yaxın  gələndə  mütləq  Salavat 
çevirsinlər  (bu  yerdə  lap  çox  gopa  basdım,  deyəsən,  o 
vaxtlar müsəlman aləmində adam şəkili  çəkməyə icazə 
vermirdilər).  
Bəli, Şirvanşahlar bunu edə bilsələr də, etmədilər, 
çünki bayaq dediyimiz kimi əsl müsəlman olublar. 
Bəzi alimlər belə rəy irəli sürür ki, bizə saray kimi 
təqdim olunan bina əslində Seyid Yəhya Bakuvi adlı bir 
sufinin  xanəgahı  olub,  Şirvanşahlar  sarayı  isə  hardasa 
dənizin içindəymiş. Dənizin içində deyəndə, camaat düz 
başa  düşməz,  elə  bilər  ki,  saray  suyun  altında 
yerləşibmiş,  padşahlar  da  amfibiya  imişlər.  Yox 
qətiyyən,  saray  indiki  buxtanın  içində  olub,  sadəcə,  o 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
125 
125 
125 
vaxtlar su xeyli daldaydı, indi suyun altında qalan saray 
o vaxt dəniz sahilindəydi.    
O  vaxtlar  Bakı  ətrafında  meşəliklər,  dağlar  da 
vardı (meşə deyəndə  Fatmayı, Novxanı üzümlüklərini, 
dağ  deyəndə  isə  Patamdart,  Şubanı  yüksəkliklərini 
nəzərdə tuturam). Deyilənə görə, Abşeronun ucqarları - 
Pirallahı,  Zirə,  Gürgan,  Şahdili  tərəflər  sıx  cəngəllik 
olubmuş. O ki qaldı Şahdilinə (indi həmən yerə «Şaxovı 
kosa»  deyirlər)  buranın  adı  da  çox  maraqlıdı. 
Vertolyotdan  baxanda  Abşeron  yarımadası,  doğurdan 
da,  hansısa  naməlum  məxluqun  (bəlkə  də  elə 
Şirvanşahın)  başına,  Zirə  kəndi  tərəfdən  dənizin 
içərisinə uzanan nazik torpaq zolağı isə dilinə oxşayır.  
Kimsə soruşa bilər ki, eləysə Pirallahı adası da bu 
məxluqun  (bəlkə  də  Şirvanşahın)  buynuzuna  oxşayır, 
bəs  nəyə  görə  oranın  adını  Şahbuynuzu  qoymayıblar? 
İlk  baxışdan  məntiqi  sualdır,  həqiqətən  də  Pirallahı 
adasına  Şahbuynuzu  adını  qoysaydılar  daha  düzgün 
olardı. Lakin bir məsələ var. Əgər belə olsaydı, camaata 
elə  gələrdi  ki  Şirvanşahın  arvadı  ona  xəyanət  edir,  kişi 
buynuz  çıxardıb.  Bu  da  ki,  həqiqətə  uyğun  deyil.  O 
vaxtın  arvadları  namusu,  abırı  hələ  göy  əsgiyə  büküb 
dənizə 
atmamışdılar. 
Beləliklə, 
Şirvanşaha 
şər 
atmamaqçün Şahbuynuzu sözünü kənara qoyublar. 
O  ki  qaldı,  ümumiyyətlə,  buynuz  məsələsinə, 
Bakı  tarixinə  buynuz  atanlar  həmişə  çox  olubdu.  Ən 
birinci  buynuz  atanların  cərgəsində  İmadəddin  Nəsimi 
də  var  idi.  Şübhəsiz  ki,  söhbətin  hürufilərdən  getdiyini 
anladınız.  On  dördüncü  əsrdə  Bakı  şəhəri  hürufilərin 
mənzil-qərargahına  dönmüşdü.  Bizim  şəhər  o  vaxtlar 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
126 
126 
İslam  aləminin  bir  növ  ucqar  bir  guşəsi  sayıldığından 
cənub padşahlarına zidd gedən bir çox adamlar (yəni o 
vaxtın müxalifəti) qaçıb Bakıda gizlənirdilər.   
Teymurləngin əlindən qaçan hürufi dərvişləri də, 
o  vədələrdə,  Bakıda  o  qədər  çoxalmışdılar  ki,  az  qala 
bütün  şəhər  əhlini  və  kənardan  gələn  qonaqları  yoldan 
çıxartmağa  nail  olmuşdular.  Deyilənə  görə,  «Allahü-
əkbər» pıçıldayaraq qala qapısından içəri girən adamlar, 
bir-iki gündən sonra qaval çala-çala, «Fəzl həqq», «Ənəl-
həqq»  qışqıra-qışqıra  bayıra  çıxırdılar,  bığ-saqqal 
qırxdırmağı  da  tərgidib  olurdular  hürufi.  Bədii  dillə 
desək  içəri  «adam»  girən,  «allah»  olub  çıxırdı.  Bakı 
dönmüşdü  Allah  istehsal  edən  «konveyer»ə,  Fəzlüllah 
Nəimi  ilə  İmadəddin  Nəsimi  Bakıda  «avtoritetlər»ə, 
yaxud  «karanovonnı  vor  zakonlar»a    çevrilmişdilər. 
Qanuni  hökümət  qalmışdı  bir  qırağa,  hamı  onların 
sözüylə  oturub-dururdu.  Şəhər  hakimi  də,  qazısı  da  bu 
iki 
«avtoritet»ə 
toxunmurdular, 
qorxurdular. 
Fikirləşirdilər,  xətirlərinə  dəyərik,  sonra  hirslənib 
çoxsaylı  allahlarını  buraxarlar  canımıza,  onlar  da  taxta 
qılınclarını itiliyib soxarlar < nə isə... 
Bir müddət vəziyyət dəyişmir. Lakin günlərin bir 
günü  hürufilərin  Bakıda  (o  vaxtlar  Badkubə  deyirdilər) 
«bezpredellik»  eləməsi  xəbəri  gedib  çatır,  Nəsiminin 
diliylə desək,  «Divi-əzəm»in, yəni ən böyük divin, yəni 
Teymurləngin qulağına.  
Teymurləng  də  öz  «territoriyasında»  «çujoy 
avtoritetlərin» 
peyda 
olub 
«zakon 
talkavat» 
eləməyindən çox narahat olur, qəzəblənir, obşyakı yığıb 
hər  şeyi  onlara  danışır,  bir  yerdə  tədbir  töküb  qərara 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə