İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə2/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   2   3   4   5   6   7   8   9   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 



Bəli,  hamı  belə  deyirdi  və  ilk  baxışdan  mövhumat  kimi 
görünsə  də,  hamı  buna  inanırdı.  Məhz  bu  səbəbdən  də 
şərq rəssamların miniatürlərinə baxanda insanların üzdən 
hamısınnı  biri  birinə  oxşadığını  görürsən.  Yəni  bütün 
obrazlar  elə  bil  maska  taxıb.    Heç  bir  rəssama  insanı 
həqiqətdə olduğu kimi çəkməyə icazə verilmirdi. 
Behzad  isə  əvvəllər  öz  tələbələrinə  öyrətdiyi  əsas 
qaydanın  əleyhinə  çıxsa  da,  cidd-cəhdlə  Şeybani  xanın 
təsvirini məhz özünə oxşar çəkməyə çalışırdı. Çəkə-çəkə 
gözünün  qarşısına  doğma  Heratın  dağılmış  küçələri, 
sarayları,  yandırılmış  kitabxanaları    gəlirdi.  Uzun  illər 
boyu  Behzadın  himayədarı  olan  Herat  hökmdarı  Sultan 
Hüseyn  Bayqara,  onun  vəziri  məşhur  şair  Mir  Əlişir 
Nəvai  bütün  varlıqlarını  Heratın  çiçəklənməsinə  həsr 
etmişdilər,  gözəl  saraylar,  kaşanələr  tikdirmişdilər,  usta 
sənətkarları,  qələm  sahiblərini  Herata  dəvət  edib,  bu 
şəhəri 
Türk-İslam 
mədəniyyətinin 
mərkəzinə 
çevirmişdilər.    Kamaləddin  Behzad  isə  Heartda  saray 
kitabxanasının rəisi idi. 
Lakin  hökmdarla  vəzirin  ölümündən  cəmisi  bir  neçə  il 
sonra  Buxara  çöllərindən  gələn  bu  yarıvəhşi  köçəri 
tayfalar  bir  ayın  içində  bütün  yaradılanları  yandırıb 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
10 
10 
dağıdır  və  Şeybani  xan  bir  müddət  sonra  Kamaləddin  
Behzada öz şəklini sifariş verir. 
Behzad  da  razılaşır,  çəkməyə  başlayır  və  Şeybani  xanı 
özünə  oxşadır.  Yəqin  ki  qəsdən  belə  edir,  Şeybani  xana 
qarşı qiyama qalxmağa gücü çatmadığından ona məhz bu 
yolla  intiqam  alır,  ümid  edir  ki,  şəkli  ona  oxşatmaqla 
zülmkar  xanın  ruhunun,  gücünün,  əzəmətinin  bir 
hissəsini, bəlkə də böyük bir hissəsini əlindən almış olur. 
Uzun  əziyyətdən  sonra  Behzad  Şeybani  xanın  şəklini 
çəkib qurtarır. Saray əyanları təəccüb içindədirlər. Kağız 
üzərindən  onlara  elə  bil  Şeybani  xanın  özü  baxır.  İlk 
dəfədir ki, belə şəkil görürlər. Pıçıltılar eşidilir: Oxşayır. 
Elə  bil  eynən  özüdü.  Belə  də  şəkil  olarmı?  Lap  elə  bil 
şeytan əməlidir. 
Şeybani xan özündən razı halda gülümsünür. Əlbəttə, ona 
desələr  də  inanmaz  ki,  adi  bir  nəqqaş  fırçası  onun 
ruhunun bir hissəsini, əzəmətini əlindən ala bilər. 
Şeybani  xan  təəccüblənən  əyanları  seyr  edir.  Şəklin 
özünə  oxşamasında  da  qeyri-adi  heç  nə  görmür:  Əgər 
mən islam dünyasının yeni xəlifəsiyəmsə, deməli şəklim 
də  başqalarından  fərqlənməlidir,  əgər  başqalarının  şəkli 
özlərinə o qədər də oxşamırsa, mənimki oxşamalıdır.    


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
11 
11 
11 
Kimlərinsə ürəyində qorxu əmələ gəlir. Bəziləri isə bəlkə 
də  Behzadın  əsl  niyyətini  anlayırlar:  Şeybani  xanın 
ruhunun  bir  hissəsini  ondan  qoparıb  bu  kağıza 
köçürtmək, onun gücünü azaltmaq… 
Nə  qədər  qəribə  görünsə  də,  Kamaləddin  Behzadın 
səyləri  hədər  getmədi.  Şeybani  xanın  şəklinin 
çəkilməsindən  il  yarım  sonra,  Mərv  ətrafında  özündən 
razı,  lovğa  Şeybani  xan  Səfəvi  hökmdarı  Şah  İsmayılla 
üz üzə gəldi və ..məğlub oldu. Bu Mavərənnəhrin özbək 
hökmdarı və  Çingiz xan nəslini yenidən dünynanın başı 
üzərinə qaldıracağını elan edən Şeybani xanın ilk və son 
məğlubiyyəti idi. 
Kamaləddin 
Behzad 
isə 
Şeybani 
xanın 
bu 
məğlubiyyətində onun da payı oluğunu düşünürdü. Bəlkə 
də haqlı idi. 
 
 
       
      
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
12 
12 
 
Çəyirtkə hücumu 
 
 
İslam  dininin  ilkin  dövrlərdə  rəssamlığa,  heykəltaraşlığa 
mənfi  münasibəti  hamıya  məlumdur.  Səbəb:    insanların 
yenidən 
əski 
inanclarına, 
yəni 
bütpərəstliyə, 
çoxallahlılığa qayıtması qorxusu. 
Bu  səbəbdən  islamın  ilk  illərində  yaranan  möhtəşəm 
müsəlman  mədəniyyətində  nə  rəssamlığa,  nə  də 
heykəltaraşlığa  yer  yox  idi.  Heykəltaraşlıq  sənətinin 
üstündən  ədəbi  olaraq  xətt  çəkildi.  İyirminci  əsrə  qədər 
bu sənət növü islam ölkələrində  sadəcə  mövcud  deyildi. 
Lakin rəssamlıq uzun illər keçdikdən və islam artıq neçə 
əsrlər  boyu  ərzində  insanların  şüuruna  həkk  olduqdan 
sonra sonra yaranmağa, formalaşmağa başladı.  
On  üçüncü  əsrdə  bütün  müsəlman  şərqinin  üstünü  qara 
buludlar aldı. Uzaq şərqdən gələn  monqol tayfaları artıq 
parçlanmış,  biri  biriylə  yola  getməyən  və  məhz  bu 
səbəbdən  də  zəifləmiş  müsəlman  hökmdarlarını 
taxtlarınan    süpürüb  atmağa  başladı.  Xarəzmşahlar, 
Səlcuqlar.  Atabəylər  və  ən  nəhayət  öz  miskin  varlığının 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə