İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə7/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   2   3   4   5   6   7   8   9   10   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
33 
33 
33 
onun  yerinə  öz  tərbiyəçisi  Sultan  Məhmmədi  təyin 
etmişdi.  
Məşhur  Azərbaycan  alimi  K.Kərimov  isə  Sultan 
Məhəmmədə  həsr  etdiyi  elmi  araşdırmada  bu  hadisəni 
fanatik  şiə  olan  şah  Təhmasibin  sünniməzhəb  Behzadı 
saray  kitabxanasının  rəisi  görmək  istəməməsi  ilə  izah 
edir.  Zənnimizcə    on  yaşlı  Təhmasibdən  belə  dini 
fanatizm  gözləmək  düz  olmaz.    Əgər  şahzadənin 
tərbiyəçisi  hansısa  şiə  alimi  olsaydı,  buna  hardasa  haqq 
qazandırmaq  olardı,  lakin  rəssam,  nəqqaş  Sultan 
Məhəmmədin  yetirməsi  olan  şahzadədən  bu  qədər  dini 
fanatizm axtarmaq absurd fikirdir.    
Bu hadisələr barədə nəticə çıxararkən məncə iki şəxsin – 
Behzadın  və  yeni  hökmdarın  yaşını  nəzərdən  qaçırmaq 
olmaz. 
Behzad  Təbrizə  gələndə  arqıt  yaşı  keçmiş  qocaydı  və 
yaradıcılığının əsas və məhsuldar hissəsi arxada qalmışdı.  
Şah İsmayıl bu dahi sənətkara hörmət əlaməti olaraq onu 
saray  kitabxanasının  rəisi  təyin  edəndə  Behzadın  etirazı 
mümkünsüz idi. Lakin məlumdur ki, Şah İsmayılın saray 
kitabxanası  çox  böyük  bir  yaradıcılıq  müəsisəsi  idi, 
burada  yüzlərlə  xəttat,  nəqqaş,  rəssam,  ləvvah,  cildçi  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
34 
34 
sair  sənətkarlar  çalışır,  il  ay  ərzində  yüzrələ  kitab 
hazırlanırdı.  Bütün  bu  gərgin  prosseslərə  nəzarət  etmək 
təbii  ki,  yaşı  keçmiş,  ömrünün  son  on  ilinə  ağır 
məhrumiyyətlər düşmüş, cismən və ruhən sarsılmış qoca 
sənətkar üçün o qədər də asan deyildi və ola bilər ki, Şah 
İsmayıla  nəsə  deməyə  üzü  gəlməyən  Behzad,  onun 
ölümündən  sonra  yeni  şahdan    bu  ağır  vəzifədən  azad 
edilməyini xahiş etmişdi.  
İkinci bir məsələ isə yeni şahın - Şah Təhmasibin yaşıdır. 
Qeyd  edək  ki,  atasının  ölümü  vaxtı  Təhmasib  mirzənin 
cəmisi on yaşı vardı və öz uşaq təfəkkürü ilə düşünən bu 
yeni  şah  çox  güman  ki  öz  müəllimi  olan  Sultan 
Məhəmmədi tez bir zamanda mükafatlandıraraq, bir növ, 
xəcalətindən  çıxmaq  fikrinə  düşmüş  və  onu  Behzadın 
yerinə  kitabxanaya  rəis  təyin  etmiş,  Sultan  Məhəmməd 
də etiraz etməyə cürət etməmişdi. Şahın əmri o dövrlərdə 
Allahın hökmü kimi qəbul olunardı. 
Bütün bu rəyləri irəli sürməkdə məqsədimiz odur ki, qərb 
şərqşünaslarının bildirdiyi kimi islam aləminin iki böyük 
sənətkarı arasında gərgin münasibətlər, paxıllıq, qibtə çox 
güman ki, onların elə öz uydurmalarıdır. Bircə tarixi faktı 
(  Behzadın  mənsəbinə  Sultan  Məhəmmədin  təyin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
35 
35 
35 
olunmasını)    əsas  götürərək  müsəlman  şərqinin  iki  dahi 
rəssamını bir-birinə düşmən elan etmək düzgün yanaşma 
deyil.  Düşünürük  ki,  onların  arasında  çox  sıx  sənət 
əlaqələri, isti münasibətlər olmuşdur.  
Axı  Behzad  Təbrizə  gəlməmişdən  on-on  beş  il  öncə 
Sultan Məhəmməd artıq Şah İsmayılın  yanında çalışırdı, 
ildən  ilə  öz  yüksək  sənətiylə  şahın  hörmətini  daha  çox 
qazanırdı.  Şah  İsmayılın  ona  isti,  doğma  münasibəti 
Sultan  Məhəmmədə  öz  varisinin  tərbiyəsini  etibar 
etməsindən  məlum  olur.  Əgər  Sultan  Məhəmədlə  Şah 
İsmayıl arasında bu cür yaxın münasibətlər vardısa, onda 
Behzadın  Təbrizə  gəlməyindən  çox-çox  əvvəllər  də 
Sultan  Məhəmməd  özünün  saray  kitabxanasının  rəisi 
təyin  olunmasına  nail  ola  bilərdi.  Əlbəttə  əgər  Sultan 
Məhəmməd bu vəzifəni tutmaq istəsəydi. Amma görünür 
ki istəməyib və bu dahi sənətkarı başqa bir dahi sənətkara 
qarşı intriqalarda, paxıllıqda suçlamaq yersizdir. 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
36 
36 
 
Hər səhifədə bir dünya 
 
Sultan  Məhəmədin  başçılıq  etdiyi  Təbriz  miniatür 
məktəbinin 
şərq-islam 
incəsənətinə 
ən 
böyük 
töhfələrindən biri dinamik kütləvi səhnələri əks etdirmək 
ənənəsi 
olmuşdu. 
Əvvəlki 
şərq 
rəssamlarının 
şəkillərindən  fərqli  olaraq  Sultan  Məhəmmədin 
miniatürlərində  («Şahzadə  Sam  mirzənin  məclisi», 
«Peyğəmbərin meracı» , «Cərgə ovu», «İşrət məclisi» və 
s) və onun tələbələrinin şəkillərində kitab səhifəsi boyda 
olan  kiçik  bir  əsərdə  üç-beş  yox,  onlarla  obraz  əks 
olunurdu.    
Həm  də  sadəcə  dekorativ  şəkildə  yox,  çox  canlı,  çox 
kaloritli bir formada. Bu əsərlərə baxanda insana elə gəlir 
ki,  rəssam  qızğınlıqla  dolu  həyatın  bir  anını  kağız 
üzərində dondurmağa nail olub. 
Bəlkə  kimlərsə  bunu  o  qədər  də  böyük  nailiyyət  hesab 
etməz.  Axı adət etdiyimiz klassik qərb rəssamlarında  da 
kütləvi səhnələrə çox rast gəlmişik. Lakin qərb rəssamları 
belə  kütləvi  səhnələri  neçə  metr  eni-uzunu  olan 
monumental  tablolarda  əks  etdiriblər,  lakin  Sultan 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə