İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə5/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   2   3   4   5   6   7   8   9   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
23 
23 
23 
saraylarında  məhz  bu  cür  sənət  ocaqları  yaratmaq 
niyyətinə düşürdülər.  
1514-cü il. Çaldıran döyüşündə Şah İsmayıla qalib gələn 
Sultan  Səlim  Təbrizi  ələ  keçirir,  lakin  burada  çox  qala 
bilmir,  bir  müddət  sonra  geri  çəkilməli  olur,  lakin 
Təbrizdən  geri  çəkilərkən  özüylə  minlərlə  sənətkarı  - 
nəqqaşları,  xəttatları,  cildçiləri  ailələriylə  bərabər  aparır 
və  zaman  keçdikcə  özünəməxsus  koloriti  olan  İstanbul 
miniatür məktəbi formalaşır. 
1555-ci  il.    On  il  hökmranlıq  etdikdən  sonra  əyanların 
qiyamı  nəticəsində  ölkəsindən  qovulub  Səfəvilər 
sarayında  sığınacaq  tapan  Moqol  hökmdarı  Humayun, 
şah Təhmasibin qızılbaşlarının köməyiylə öz ölkəsindəki 
düşmənlərini  məğlub  edib  yenidən  taxta  çıxır.  Lakin 
Hindistana qayıdarkən Səfəvi şahı Təhmasibin icazəsiylə 
Mir  Seyid  Əli,    Əbdüssəməd  Məşhədi  kimi  Təbriz 
rəssamlarını da özüülə Dehliyə aparır və nəticədə qədim 
hind  rəssamlığı  ilə  müsəlman  miniatür  rəssamlığının 
sintezində  fəaliyyət  göstərən  Moqol  miniatür  məktəbi 
yaranır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
24 
24 
Belə  demək  olarsa,  bütün  islam  aləmindəki  miniatür 
məktəblərinin  başında  əsasən  Təbrizdən,  Qəzvindən 
çıxan azərbaycanlı rəssamlar dururdu. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
25 
25 
25 
 
Hər nəqşədə min cahan… 
 
 
Hər nəqşədə min cahan sığışdı, 
Hər səhfə üç asiman üçündür. 
 
 
 
Miniatür sənəti tarixindən bəzi cizgilər 
 
İkinci yazı 
 
 
Yetdi ol halətə zəfim ki, çəkər təsvirim 
Hər zaman daireyi- heyrətə min nəqqaşi.   
                                                         M. Füzuli. 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
26 
26 
 
İki nəqqaşa dörd vilayət 
 
 
Dehliyə istiqamət götürən Karvan Səmərqənddən çıxanda 
şəhərin  kamal  sahibləri  həsrətlə  ah  çəkir,  təəssüflə  köks 
ötürürdülər;  Budur,  Mavərənnəhrin  iki  böyük  nəqqaşı, 
rəssamı  bizləri  əbədi  tərk  edir.  Kimlərsə  Hökmdar 
Abdulla  xanın  hərəkətinə    haqq  qazandırırdılar;  Əlbəttə, 
Hindistan  moqollarına  göstərmək  lazımdır  ki,  yüksək 
sənətə  qiymət  verən  təkcə  onlar  deyil,    Şeybani  xanın 
özbəkləri  də  ən  ali  sənətləri  də  əxz  etmiş,  sənətkarların 
qədrin  bilən,  sənətə  hər  cür  şərait  yaradan  maarifpərvər 
millətdilər. 
Lakin  əsl  sənət  xiridarları  itkinin  nə  qədər  böyük 
olduğunu 
anlayırdılar. 
Budur, 
sənətkar 
kimi 
Səmərqənddə  yetişən,  Mavərənnəhr  təsviri  sənətinin  ən 
yüksək,  ən  istedadlı  nümayəndələri  olan,  onlarla  kitabı 
əvəzsiz rəsm əsərləriylə bəzəyən  iki rəssam, iki nəqqaş – 
Murad  Səmərqəndi  və  Nadir  Məhəmməd  əbədi  olaraq 
vətəndən  ayrılır.  Bu  iki  sənətkarı  Səmərqəndin  özbək 
hökmdarı  Abdulla  xan    Hindistanın  Moqol  şahı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
27 
27 
27 
Cahangirə hədiyyə göndərirdi. Həm də bu addım konkret 
siyasi məqsədlər güdürdü. 
Hadisənin  mahiyyətinə  varmaqçün  kiçicik  də  olsa  tarixi 
arayış vermək yerinə düşər. 
16-cı əsrin əvvəllərində Şah İsmayıl tərəfindən  yaradılan 
böyük Səfəvi qızılbaş dövləti həmin əsrin 80-ci illərində 
xeyli zəifləmişdi.  
Bundan  təbii  ki  ilk  növbədə  qonşu  dövlətlər  istifadə 
etmək  fikrinə  düşmüşdülər.  Qərbdə  Osmanlı  döləti 
Azərbaycan  ərazilərinə  aramsız  hücumlar  edir,  şərqdən 
isə  Orta  Asiyada  hakim  olan  özbəklərlə  Hindistanda 
hökmdarlıq 
edən 
Moqolların 
gözlərini 
Səvəfi 
torpaqlarına dikmişdi. 
Səmərqənd  hakimi  Abdulla  xan  bir  neçə  dəfə  Xorasana 
hücum etsə də, qızılbaşların təzyiqinə davam gətirməmiş, 
yenidən  geri  çəkilməyə  məcbur  olmuşdu.  Məzh  bu 
səbəbdən  özünə  müttəfiq axtaran xanın nəzəri Hindistan 
hökmdarı Cahaqgirə yönəlmişdi. Lakin Zahirəddin Babur 
kimi  bir  şair-hökmdarın  davamçıları  olan  və  yüksək 
sənətə  rəğbətləri  isə  seçilən  Moqollar  yarımköçəri, 
mədəniyyətsiz  tayfalar  hesab  etdikləri  özbəklərə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə