İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə9/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   5   6   7   8   9   10   11   12   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
42 
42 
Zənnimizcə,  Sadiq  bəy  gizlədilən  məqamlar  barədə 
yazanda sənətin məhz əqidəvi məsələlərindən danışırmış. 
Bu  barədə  məlumatları  isə  şərq  ədəbiyyatından,  şərq 
tarixinə dair mənbələrdən zərrə-zərrə, damcı-damcı yığıb 
ümumiləşdirmək lazım gəlir.  
Ən  əvvəl  isə  qeyd  etmək  lazımdır  ki,  müsəlman-şərq  
rəssamları  bütün  islam  ölkələrində  olduğu  kimi,  öz 
təhsillərini  dini  tədris  müəsisələrində  alırdılar  və  öz 
sənətlərində  də  islam  ideologiyası,  islam  ehkamları, 
islami ədəbiyyatından gələn rəmzlər böyük yer alırdı.    
Gölgənin  olmamasını  təxminən  belə  izah  etmək  olar  – 
işıq  şərq  islam  mədəniyyətində  Allahın  rəmzidir. 
Məlumdur  ki,  hətta  Allahı  işıq  parçası  kimi  təyin  edən 
İşraqilik  adlı    fəlsəfi  cərəyan  da  olmuşdur.  Belə  olan 
halda  kölgə  də  iışığın  əksinə  olaraq  şeytanın,  qara 
qüvvələrin rəmzi kimi qəbul edilirdi. Bu baxımdan əsərdə 
hansısa predmetin kölgəsini çəkmək şeytanıın təzahürünü 
göstərmək kimi qəbul olunub.     
Perspektivsizlyin  də  müəyyən  əqidəvi  səbəbləri  olub. 
Əgər  rəssam  arxadakı  obyektlə  irəlidəki  obyekti  eyni 
ölçüdə  təsvir  edirsə,  əslində  həqiqəti  olduğu  kimi 
göstərmiş  olur.  Axı  uzaqakı  insanın  kiçikliyi  bizim 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
43 
43 
43 
gözümüzün  qüsurudur.  Əslində  rəssamın  gözündən  bir 
metr aralı olan isnanla otuz metr aralıda olan insan eyni 
ölçüdədir.  Şərq  rəssamları  belə  fikirləşirdilər  ki,  tutalım 
əgər biz arxadakı insanı irəlidəkindən bir neçə dəfə kiçik 
çəksək, onda həmin şəxsin haqqını tapdalamış oluruq. Bu 
isə böyük günahdır. 
Təbiətin yalnız yay və yaz fəsillərinin təsvir olunması da, 
əbəs  deyildi.  Rəssamlar  allahın  yaratdığı  gözəlliyin  ən 
çiçəkli,  ən  gözəgələn  dövrünü  təsvir  edirdilər.  Allahın 
yaratdığı gözəlliyi təsvir etmək isə Allahın öz gözəlliyini 
təsvir  etməyə  bərabər  tutulurdu.  Əlbəttə  ki,  «hər  bir 
xilqətə  xaliqin  bir  zərrəsi  var»  fikri  boş  söz  deyildi  və 
şərq rəssamları bunu çox gözəl başa düşürdülər. 
Konkret  insan  portretlərinin  obyektə  oxşadılmamasının 
da  səbəbləri  barədə  yazımızın  birinci  hissəsində 
yazmışdıq. 
Beləliklə, şərq  miniatür sənətinin bir çox  məqamları var 
ki,  bunlar  sırf  islam  dini  əqidəsiylə  izah  edilə  bilər,bu 
baxımdan  bu  sahəni  araşdırmağa  çalışan  alim  mütləq 
islam  ehkamlarından,  islam  fəlsəfəsindən  və  şərq 
ədəbiyyatından  da  xəbərdar  olmalıdır,  əks  halda 
araşdırmalar natamam olacaq. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
44 
44 
 
Anri Matissin balıqları 
 
İstər  klassik  şərq,  istərsə  də  qərb  mədəniyyəti  hər  biri 
ayrılıqda  avtonom  inkişaf  etsə  də,  müəyyən  bir  dövrdən 
sonra biri birinə qarşılıqlı təsirlər göstərmişlər. 
Müsəlman  şərqi  ilə  xristian  Avropası  arasında  ticarət 
əlaqələri  durmadan  inkişaf  edirdi  və  bu  prosses  tədricən 
mədəniyyətlərin  kontaktına  da  gətirib  çıxarırdı.  Adda-
budda  da  olsa,  Qərb  rəssamlarının  tabloları  islam 
ölkələrinə  gəlib  çıxır,  müsəlman  müniatürləriylə  zəngin 
olan  kitablar,  yaxud  xalçalar  tacirlər  tərəfindən  qərb 
ölkələrinə aparılırdı. 
Misalçün,  İntibah  dövrünün  qərb  rəssamlarının  bir  çox 
əsərlərində interyerdə şərq xalçalaraınnı təsvirini görmək 
mümkündür. 
Şərq ölkələrinə gəlib çıxar qərb təsviri sənət nümunələri 
də öz işin görürdü, şərq rəssamları bu əsərlərə baxır, ilk 
baxışdan  onlara  yad  olan  bu  sənət  nümunələri  hiss 
olunmadan onların sənətinə də təsir göstərirdi. 
Məhz  bu  səbəbdən  17-ci  əsrin  sonlarından  başlayaraq 
istər  Təbriz,  istərsə  də  İstanbul  miniatürlərində  yavaş-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
45 
45 
45 
yavaş  kölgələr  peyda  olmağa  başladı,  rəssamlar 
perspektiv  qanunlarına  riayət  etməyə  cəhd  etməyə, 
arxadakı obyektləri irəlidəkilərə nisbətən kiçik çəkməyə, 
çəkdikləri insanları real naturaya oxşatmağa başladılar, 
Qərb  rəssamlığına  şərq  miniatür  sənətinin  təsiri  isə  bir 
qədər  gec,  özünü  göstərdi.  Bunun  səbəbi  isə  bu  idi  ki, 
şərqdə  ayrıca  tablolar  demək  olar  ki,  çəkilmirdi,  əsərlər 
kitab  səhifələrini  bəzəməkçün  hazırlanırdı,  beləliklə, 
şedevr miniatürlər kitabxanalarda yataraq  geniş tamaşaçı 
kütləsindən  kənarda  qalırdı.  Yalnız  19-cu  əsrin 
sonlarında,  Avropada  klassik  rəssamlığın  tənəzzülü 
dövründə, sənətkarlar yeni formalar, yeni təsvir vasitələri 
axtarmaqçün  başqa  mədəniyyətlərin  nümunələrindən 
bəhrələnməyə  başladılar.  Avropanın  paytaxtlarında  gah 
Afrika, gah Hindu, gah Uzaq Şərq ( Yapon, Çin), gah da 
Müsəlman  incəsənəti  nümunələrindən  ibarət  sərgilər 
açılırdı. Məhz bu dövrün impressionist rəssamlarında gah 
Hindu,  gah  Afrika,  gah  Çin-yapon,  gah  da  Müsəlman 
incəsənətinin izlərini görmək mümkündür.   
Anri  Matiss  və  onun  kimi  bir  çox  impressionist 
rəssamların  işıq-kölgə  qanunundan,    perspektiv 
qaydalarından  imtina  edərək  üç  ölçülü  məkandan  iki 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə