İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə6/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   2   3   4   5   6   7   8   9   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
28 
28 
yuxarıdan aşağı baxır və hansı bir məqsəddən ötrü onlarla 
ittifaqa girməyi özləri üçün əskiklik hesab edirdilər.  
Məhz  bu  səbəbdən  Səmərqənd  hakimi  Abdulla  xan 
vilayətdəki  ən  istedadlı  iki  rəssamı  səfirliyin  tərkibində 
Hindistan  hökmdarı  Cahangirə  hədiyyə  göndərmişdi. 
Məqsəd  də  bu  idi  ki,  Cahangir  Səmərqənddə  bu  cür 
rəssamların, 
nəqqaşların 
yetişdiyini 
görsün 
və 
yarımköçəri  özbəklərin  inkişaf  edərək  yüksək  mədəni 
səviyyəyə çatmasını anlasın. 
Məhz  bu  hədiyyədən  sonra  Moqol  hökmdarı  Cahangir 
Səmərqənd hakimi Abdulla xanla ittifaq bağladı və onlar 
birlikdə Səfəvilər dövləti üzərinə hücumlar təşkil etməyə 
başladılar.  Zəifləmiş  Azərbaycan-Qızılbaş  dövləti  bu 
hücumların  qarşısını  kəsə  bilmədi,  beləcə  şərq  əyalətləri 
Səfəvilərin  əlindən  çıxdı.  Qəndəhar,  Herat  Moqolların, 
Məşhəd və Mazandaran isə Abdulla xanın əlinə keçdi. 
Bu  hadisənin  ən  parodoksal  cəhəti  isə  bundan  ibarət  idi 
ki, Səfəvi dövlətinə qarşı ittifaqın bağlanmasına müəyyən 
mənada  xidmət  etmiş  hər  iki  məşhur  rəssam  …əslən 
bizim  torpaqlardan  idilər  və  məşhur  Təbriz  miniatür 
məktəbinin davamçıları idilər. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
29 
29 
29 
 
 
Yenə də Behzad 
 
 
İndi  isə  haqqında  danışdığımız  hadisədən  yarım  əsr 
əvvələ qayıdaq.  
Təbriz. Şah İsmayılın hakimiyyətinin son illəri. 
Şərq  rəssamlarının  ustadı  sayılan  Heratlı  Kamaləddin 
Behzad nəhayət ki Xorasandan Təbrizə gəlir. 
On  il  əvvəl  Herat  dövləti  özbək  Şeybani  xan  tərəfindən 
süquta  uğradıldıqdan  sonra  Heratın  bir  çox  nəqqaşları, 
xəttatları,  rəssamları    Herat  Şahzadəsi  Bədi-əz-zaman 
mirzəylə  birlikdə    Təbrizə,  Şah  İsmayılın  yanına  pənah 
gətirmişdilər.  Lakin  Behzad  gəlməmişdi,  vətəndə 
qalmışdı  və  onun  bu  dövrdə  çəkidiyi  ən  məşhur  rəsm 
Şeybani xanın şəkliydi.  
Kamaləddin Behzadın niyə görə bütün bu müddət ərzində 
çəkdiyi mənəvi və maddi sıxıntılara baxmayaraq vətəndə 
qalmasını  şərq  tarixçilərinin  hərəsi  bir  səbəblə 
əlaqələndirir.  Kimsə  Behzadın  öz  vətəni  Herata  həddən 
artıq  bağlanmasını  yazır,  kimlərsə  məzhəbcə  sünni  olan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
30 
30 
Behzadın 
şiə 
Şah 
İsmayılın 
sarayında 
yaxşı 
qarşılanmayacağından  qorxduğunu  bildirirdilər.      Bir 
qism  alimlərsə  yazır  ki,  Behzad  Şah  İsmayılın  düşməni 
olan  Şeybani  xanın  şəklini  çəkdiyinə  görə  Şahın  onu 
bağışlamayacağını güamn edirdi. 
Lakin  zənnimizcə  ən  düzgün  fikir  bundan  ibarətdir  ki, 
Kamaləddin  Behzad    artıq  formalaşmış  olan  və  Sultan 
Məhəmməd,  Ağa  Mirək  və  sair  kimi  ustad  rəssamlar 
yetirmiş Təbriz miniatür məktəbində  bir növ artıq adam 
olmaqdan  qorxurdu.  Başqa  sözlə  desək  Heratda 
birincilərin  birincisi  olan  Behzad  Təbrizdə  sıradan  bir 
rəssam olmaqdan çəkinirdi. 
Lakin Behzadın qorxuları əbəs idi. O , nəhayət ki, özündə 
cəsarət  tapıb  Təbrizə  gəldikdə  Şah  İsmayıl  və  onun  
əyanları tərəfindən gözləmədiyi hörmət və etiramı gördü. 
Şah 
İsmayıl 
Behzadın 
sünniməzhəb 
olmasına 
baxmayaraq onu saray kitabxanasının rəisi ( kitabdar) və 
sarayın  sənət  müfəttişi  kimi  yüksək  bir  mənsəbə  təyin 
etdi.  Bundan  sonra  Təbrizdə  hazırlanan  bütün  kitablar, 
çəkilən  bütün  şəkillər  yalnız  Behzadın  düzəlişlərindən 
sonra şaha təqdim olunurdu. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
31 
31 
31 
Həmin  vaxtda  Təbriz  miniatür  məktəbinin  ən  dahi 
yetirməsi  olan  Sultan  Məhəmməd    Şah  İsmayılın  oğlu 
Təhmasib  mirzənin  tərbiyəçisi  təyin  olunmuşdu  və  gənc 
şahzadəyə xəttatlıq, nəqqaşlıq və təsviri sənətin sirrlərini 
öyrədirdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
32 
32 
 
Bir dibçəkdə iki gül 
 
 
Behzadın  Təbrizdə  Kitabdar  olduğu  illərdə    bəzi  şərq 
səlnaməçiləri  Saray  kitabxanası  barədə  danışarkən  «Bir 
dibçəkdə  iki  gül»  ifadəsini  işlədirdilər.  Onlar  iki  gül 
dedikdə Behzadla Sultan Məhəmmədi nəzərdə tuturdular. 
Həqiqətən də həmin illərdə Təbriz kitabxanasında bu iki 
rəssamın  birgə  səyi  nəticəsində  hazırlanan  kitablar  şərq 
mədəniyyətinin incilərindən hesab olunur. 
Şərq  incəsənətini  araşdıran  alimlərin  ən  çox  mübahisə 
obyekti  Kamaləddin  Behzadla  Sultan  Məhəmməd 
arasındakı  münasibətlər  olub.  Bir  çox  alimlər  bu  iki 
rəssam  arasında  gizli  rəqabətin,  qısqanclığın,  qarşılıqlı 
antipatiyanın, çoxsaylı saray intriqalarının  oluğunu qeyd 
edir.  Ən  çox  belə  rəylər  tanınmış  rus  şərqşünasları 
B.Zaxoderin  və  Q.Puqaçenkovun  və  sairlərinin 
əsərlərində  özünə  yer.  Bütün  bu  fikirlər  isə  yalnız  bir 
tarixi  fakta  əsaslanır:  Şah  İsmayılın  vəfatından  və 
Təhmasib  mirzənin  taxta  çıxmasından  sonra  yeni  şah 
Kamaləddin  Behzadı  kitabxana  rəisliyindən  azad  edərək 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə