İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə8/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   4   5   6   7   8   9   10   11   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
37 
37 
37 
Məhəmmədin  başçılıq  etdiyi  Təbriz  rəssamları  əlli 
nəfərlik  kütləvi  səhnəni  19-27  sm  ölçüsü  olan  bir  kitab 
səhifəsinə sığışdırırdılar. Belə demək olarsa, bir səhifəyə 
bir dünyanı yerləşdirməyə nail olurdular. 
Misalçün,  Sultan  Məhəmmədin  çəkdiyi  «Şahzadə  Sam 
mirzənin  məclisi»  yaxud  «Cəgə  ovu»  rəsmlərinə  nəzər 
salaq.  Hər  şəkildə  əllidən  çox  insan  obrazı,  heyvan 
təsvirləri    görürük.  Heç  kim  sadəcə  quru  formada  təsvir 
edilməyib.  Hamı  hərəkətdədir,  kimsə  ox  atır,  kimsə  at 
çapır, kimlərsə mübahisə edir, kimsə meyvə satır və sair. 
Heyvanların da hamısı çox dinamik şəkildə təsvir olunub, 
hər şey canlıdır, hətta ətrafdakı cansız predmetlər, dağlar, 
daşlar , ağaclar sanki dil açıb danışır.      
Bu  əsərlərin  rəng  həlli  də  çox  rəngarəng,  valehedicidir. 
İnsan saatlarla gözünü bu miniatürlərdən ayıra bilmir, hər 
obrazı, hər predmeti ayrı-ayrılıqda oxuyur, göz qarşısında 
sanki tarix canlanır. 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
38 
38 
 
 
Gözlərdən çəkilən işıq 
 
Məşhur  türk  yazıçısı  Orxan  Pamuk  orta  əsr  İstambul 
rəssamlarının  həyatından  bəhs  edən  «Mənim  adım 
qırmızı»  romanında  qeyd  edir  ki,  şərq  rəssamları 
ömürlərinin  sonlarına  yaxın  mütləq  kor  olurdular, 
gözlərindən  işıq    çəkilirdi  və  qoca  rəssamın  kor  olması 
onun  sənətinin  yüksək  keyfiyyətinin  göstəricisi  kimi 
qəbul olunurdu. Məhz bu səbəbdən əlli yaşdan sonra kor 
olmayan  rəssamlar  özləri  qəsdən  gözlərini  kor  edirdilər 
ki, bir sənətkar kimi hörmətləri qalxsın.  
Təbii ki, Orxan  Pamuk bir  yazıçı olaraq mübaliğəyə  yol 
verib, lakin həqiqətən də kiçik ölçülü əsərdə onlarla canlı 
obrazı  yerləşdirmək  üçün  nə  qədər  göz  nurunun  sərf 
olunduğunu təsəvvür etmək çətin deyil.  
Təbriz  məktəbinin  nümunələrində  kütləvi  səhnələr  çox 
gözəl kompaisiya həlli ilə də seçilir. İlk baxışdan adama 
elə  gəlir  ki,  orazlar  kağız  üzərinə  necə  gəldi  səpələnib. 
Lakin  diqqət  yetirdikdə  buradakı  qanunauyğunluqları 
görməmək  mümkün  deyil.  istənilən  bir  obrazı  götürsək, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
39 
39 
39 
şəkilin sanki birdən birə boşaldığının şahidi olarıq. Məhz 
bu,  uğurlu  kompazisiya  həllinin  göstəricisi  kimi  qəbul 
oluna bilər. Heç bir detal artıq deyil, hər şey öz yerində, 
hamı öz işində, hərəkətindədir.  
Bütün bunlarla bərabər Təbriz məktəbində böyük portret 
janrında da əsərlər yaradılırdı. Əlbəttə burada böyük sözü 
də  nisbidir.  Böyük  dedikdə  bir  kitab  səhifəsini  nəzərdə 
tuturq.  Əgər  hərəkətdə  olan  insanı  bütün  xarakteri, 
davranışı,  dinamikası  8-10  mm  ölçünə  çəkilirsə, 
bununçün rəssam əvvəlcə  həmin təsviri böyük ölçülərdə 
məşq  etməli,  yalnız  sənətini  yüksək  səviyyəyə 
qaldırandan sonra kütləvi səhnələrə keçməlidir.  
Təbriz  miniatür  nümunələri  müsəlman-şərq  tarixini, 
məişətini,  etnoqrafiyasını,  insanların  həyat  tərzini,  həm 
də  düşüncələrini,  fikirlərini  öyrənmək  üçün  bir  dərs 
vəsaitidir  desək  yanılmarıq.      Bu  baxımdan  həmin 
əsərlərə  sadəcə  baxmaq  yox,  onları  sətir-sətir,  cümlə-
cümlə oxumaq lazımdır. Əks halda ən dahi miniatürü də 
adi uşaq cızmaqarasından fərqləndirmək mümkün olmaz. 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
40 
40 
 
 
Sadiq bəyin qanunu 
 
 
1587-1629-cu illərdə Səfəvi dövlətinin hökmdarı olmuş I 
Şah  Abbasın  dövründə  saray  kitabxanasının  rəisi  olmuş, 
azərbaycan 
orta 
əsrlər 
mədəniyyətinin 
unikal 
şəxslərindən olan    məşhur rəssam, nəqqaş,  xəttat və  şair 
Sadiq  bəy  Əfşarın  «Qanun-əs-süvar»  (  təsvir  qanunu) 
kitabı  şərq  miniatür  sənətiylə  bağlı  əsas  ehkamları  əks 
etdirən  nadir  tarixi  mənbələrdən  biridir.  Kitabın  əsas 
maraqlı cəhəti isə  bu risalənin şeirlə  yazılmasıdır. Sadiq 
bəy  bu  kitabda  təsviri  sənətin  bir  çox  metodikalarından 
danışır,  boyaların,  kağızın,  qələmin  hazırlanması 
üsullarını göstərir. Lakin nədənsə nə bu kitabda, nə də bu 
xüsusda  yazılmış  azsaylı  mənbələrdə    şərq  müsəlman 
rəssamlarının  əqidə  ehkamlarıyla  bağlı  məqamlara 
toxunulmur.    Misalçün,  nəyə  görə  müsəlman  rəssamları 
əsərlərində qətiyyən kölgə çəkmirdilər, nəyə görə təbiətin 
yalnız  bahar  və  yaz  fəsilləri  təsvir  olunur,  nəyə  görə 
perspektiv  qanununa  riayət  olunmur,  şəkillər  sanki  iki 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
41 
41 
41 
ölçülüdür, arxadakı və irəlidəki obyektlər eyni boydadır, 
nəyə  görə  insan  sifətləri  demək  olar  ki,  biri  birinə 
oxşayır,  nəyə  görə  şəkillərin  çoxunda  rəssamın  imzası 
yoxdur və sair və i. 
Sovet dövründə uzun müddət adıçəkilən məqamları bizə 
şərq  miniatür  rəssamlarının  bacarıqsızlığının    nümunəsi 
kimi  təqdim  edirdilər.    Şərq  incəsənətiylə  bağlı 
mənbələrdə  bu  xüsusda  geniş  məlumatlar  olmadığından 
bir  çoxlarımız  bu  deyilənləri  mütləq  həqiqət  kimi  qəbul 
edirdik. 
Sadiq bəy Əfşarın «Qanun-əs-süvar» risaləsində belə bir 
beyt var:  
 
Təsviri sənət ustalarından təlim gözləmə
Çünki bildiklərini öz övladlarından da gizlədirlər
 
(Fars dilindən sətri tərcümə)  
 
Əlbəttə  burada  söhbət  sənətin  texniki  tərəflərindən 
getmir,  əgər  rəssamlar  texniki  məqamları  gizlətsəydilər, 
onda  yeni  nəsil  sənətkarları  yetişməzdi,  sənət  inkişaf 
etməzdi.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə