İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə10/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   6   7   8   9   10   11   12   13   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
46 
46 
ölçülü  məkana  keçmələri  isə  sırf  şərq-müsəlman 
miniatürlərinin  təsiri  kimi  qəbul  olunmalıdır.  Bu 
baxımdan Matissin «Balıqlar» əsərini nümunə göstərmək 
olar. şəkildəki otaq, akvarium, oradakı balıqlar, bir sözlə 
bütün obyektlər sırf şərq miniatür üslubunda çəkilib. 
 
P.S. 
 
 
Şərq  miniatür  sənətinin  bəlkə  də  ən  böyük  bədbəxtçiliyi 
bayaq qeyd etdiyimiz kimi, əsərlərin ayrıca yox, bir kitab 
içində  illüstrasiya  kimi  çəkilməsi  olub.  Bu  isə  əsərlərin 
ekspozisiya imkanlarını azaldır.  
Kitab kimi açıq nümayiş etdirmək düz deyil, hər tamaşaçı 
kitabı  bir  dəfə  vərəqləyib  içindəki  miniatürlərə  baxsa, 
400-500 yaşı olan kitab bir günün içində cırılıb dağılar.  
Əgər  bir  kitabın  içində  əlli  miniatür  şəkil  varsa,  bunu 
muzeydə ekspozisiyaya qoymaq üçün gərək kitab mütləq 
çırılsın,  şəkillər  ayrı-ayrılıqda  nümayiş  edilsin.  Bu    da 
qiymətsiz sənət əsəri  olan qədim əlyazma kitabın  məhvi 
deməkdir.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
47 
47 
47 
Bu baxımdan şərq miniatürlərinin orjinalı ilə tanış olmaq 
çox  çətindir.  Ümid  yalnzı  fotolara  qalır.  Lakin  heç  bir 
fotokopya orjinalın yerini verə bilməz.  
Məhz  bu  baxımdan  klassik  miniatür  sənətimiz  uzun 
müddət  ərzində  çox  az  araşdırılmış,  bu  xüsusda  yazılan 
dəyərli elmi əsərləri isə barmaqla göstərmək olar.   
Lakin ümid edirik ki, texnikanın inkişafı bu problemi də 
həll edəcək və biz öz klassik rəssamlıq nümunələrimizlə 
daha yaxından tanış olub , onları daha dərindən dərk edə 
biləcəyik.   
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
48 
48 
 
 
 
 
II Bölüm 
 
 
 
XƏTTATLIQ SƏNƏTİ 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
49 
49 
49 
 
 
«Yeddi buta» layihəsi 
 
Şərq incəsənətindən cizgilər 
 
 
Birinci yazı 
 
Xəttatlıq 
 
 
 
Gülüstani-səri-kuyin kitabın bab-bab, ey gül, 
Xəti-reyhan ilə cədvəl çəkib gülzarə yazmışlar.  
 
M. Füzuli  
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
50 
50 
 
 
Proloq 
 
 
Ən əvvəl söz yarandı. Allah-təala «Ol» dedi, kainat  xəlq 
olundu.  Allahın  bircə  sözündən  yaranan  dünyada, 
hakimi-mütləq  yenə  də  söz  oldu-  İnsanı  yoxdan  yaradan 
Tanrının  sözü,  ruhaniyyatın  uca  zirzələrini  fəth  edib 
Tanrıya yaxınlaşan insanın sözü. 
Daha  sonra  insanlar  sözün  şəklini  çəkmək  istədilər.  
Beləcə hərflər  yarandı. Tanrı sözü hərflərdə  zühur elədi. 
İnsanlar  tanrı  kəlamını  hərflərin  köməyiylə  oxudular, 
sözlər hərflərdən düşüncələrə köçdülər. 
Tanrı  sözü  Tövratda,  İncildə,  Quranda  yerə  nazil  oldu. 
Peyğəmbərləri  surətbəsurət  görən  insanlar  ilahi  kəlamı 
onların dilindən eşitdilər, bu şərafətə nail olmayanlar isə 
Tanrı  sözünü  ilahi  kitablardan  oxudular,  hərflərdən  dərk 
elədilər. 
Tanrı  kəlamı  tanrının  özü  qədər  gözəl  idi.  Onunçün  də 
insanlar  tanrı  sözünü  onlara  çatdıran  hərfləri  də 
gözəlləşdirməyə başladılar, gecələrini gündüzlərinə qatıb, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
51 
51 
51 
gözlərinin  nurunu  sərf  edib  hərflərə  yaraşıq  verdilər, 
gözəlliyini artırdılar. Beləcə, xəttatlıq sənəti yarandı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
52 
52 
 
Səsin rəsmi sözün şəkli 
 
-Neyləsəz  də  xeyri  yoxdu.  Yenə  də  yazacam.  –  ibn 
Müqlə  sağ  əli  Xəlifə  əl-Qadirin  əmriylə  kəsiləndə  belə 
demişdi.  
Həqiqətən  də  yazdı.  Sağ  əli  kəsiləndən  sonra  sol  əllə 
yazmağı  öyrəndi,  sol  əli  kəsiləndən  sonra  isə  qamış 
qələmi  kəsilmiş  biləyinə  bağlatdırdı,  yenə  yazdı.  Və 
müsəlman  xəttatlığının  ana  xəttini  təşkil  edən  Xətti-
sittəni  yaratdı.  İbn  Müqlənin  yaratdığı  altı  xətt  növü 
(«sittə»  ərəbcə  altı  deməkdir)  səkkizinci  əsrdən  bu 
günümüzə  qədər  davam  edən  müsəlman  xəttatlığının 
özülünü qoydu, islam mədəniyyətinə yeni bir sənət növü 
bəxş  elədi.  İbn  Müqlə  münbit  torpağa  toxum  əkdi, 
kəsilmiş  əllərinin  qanıyla  suvardı  və  bu  toxumdan 
minillik tarixi olan İslam xəttatlığı göyərdi. 
Təbii ki xəttalığı sırf islam şərqinin məhsulu hesab etmək 
hardasa  düz  olmaz.  Qərbi  Avropada  Kalliqrafiya  kimi 
tanınan  bu  sənət  növü  yüzilliklər  boyu  Çindən  tutmuş 
İngiltərəyə  qədər  bütün  məmləkətlərdə  yaşayan 
katiblərin,  mirzələrin  arasında  yayılmışdı.  Hər  bir  yazı 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə