İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə13/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   9   10   11   12   13   14   15   16   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
62 
62 
 
Quran səsli mürəkkəb 
 
Xəttalıq  uzunmüddətli  məşq  tələb  edən  bir  sənətdir. 
Tələbənin bacarığından asılı olaraq  tədris prossesi dörd-
səkkiz il çəkir. Lakin məşq bununla bitmirdi. Hətta ustad 
xəttat  olandan  sonra  da  gündəlik  məşqlərə  fasilə 
verməmək,  heç  olmasa  dörd  saat  yazmaq  tövsiyyə 
olunurdu. Gündə iki səhifə yazmaq böyük ustalıq əlaməti 
hesab olunurdu.  
Bundan  başqa  yazının  keyfiyyəti  iş  avadanlığından, 
konkret olaraq mürəkkəbin, qamış qələmin, kağızın və s. 
keyfiyyətindən  də  asılı  idi.  Şərq  xəttatlarının  bir  çox 
klassik  Avropa  rəssamları  kimi  mürəkkəblərini, 
qələmlərini  kağızlarını  öz  əlinə,  yazı  üslubuna  uyğun  
düzəldirdilər.  Misalçün,  çox  sürətlə  yazan  xəttatlar  tez 
quruyan, qatı mürəkkəbə üstünlük verirdilər. Lakin sürəti 
aşağı  olan,  hələ  təzə  məşq  edənlərçün  duru  mürəkkəb 
düzəldilirdi,  çünki  qatı  mürəkkəb  qələmdə  çox  qalanda 
quryurdu, həm də duru murəkkəb gec quruduğundan səhv 
yazılanda kağızdan silmək də asan olurdu. Bundan savayı 
təzə məşq edənlərçün hazırlanan kağızı da bir qədər çox 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
63 
63 
63 
cilalayırdılar  ki,  hamar  olsun,  mürəkkəbi  tez  özünə 
çəkməsin,  yazıda xəta olarsa, silmək mümkün olsun.  
Qeyd  edək  ki,  şərqdə    pozandan  istifadə  olunmurdu. 
Yazıdakı  xətanı  aradan  qaldırmaqçün  xəttatlar,  katibələr 
mürəkkəbi 
dilləriylə 
silərdilər. 
Xəttatın 
ustalıq 
səviyyəisni  yoxlamaqçün  adətən  dilinə  baxardılar.  Əgər 
dilində mürəkkəb qarasının izi olardısa, deməli bu xəttat 
səhvlərə  çox  yol  verir,  sənəti  hələ  təkmilləşməyib.  Onu 
da  qeyd  edək  ki,  o  vaxtlar  saray  sui-qəsdlərində  zəhərli 
mürəkkəblərdən çox istifadə olunurdu.  
Şərq  xəttalığının  maraqlı  cəhətlərindən  biri  də  gördüyü 
işin mahiyyətindən asılı olaraq, iş alətlərinin, avadanlığın 
seçilməsi  idi.  Misalçün,    adi  yazışma,  sənədləşmə  üçün 
istifadə  olunan  alətləri  ,  kağızı,  mürəkkəbi  Quran 
yazılarkən istifadə etmirdilər. Bunun üçün xüsusi  kağız , 
mürəkkəb  düzəldilərdi.  O  vaxtlar,  məsçiddlər  yağ 
çıraqlarıyla 
işıqlandırılarkən 
 
çıraqların 
divara 
otuzdulumasüyçün 
düzəldilər 
oyuqlardan 
kiçik 
tüstüçəkənlər  qurulurdu.  Oyuqlarün  üst  tərəfindən 
başlanan  ensiz  borular    məsçidlərin  damında  tikilmiş 
xüsusi  otağa  aparıb  çıxarırdı.  Beləliklə  çırağlar  yananda 
tüstü bu borular vasitəsiylə sovrulur, həmin otağa  yığılır 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
64 
64 
və  buradakı  kiçik  bacadan  havaya  çıxırdı.  Təbii  ki,  bu 
otağın  divarları  hisdən  qapqara  olardı.  Həftədə  bir  dəfə 
ustalar  gəlib  divarlarda  qalın  qat  əmələ  gətirən  hisi 
qaşıyıb  aparar  və  mürəkkəb  düzəltməkçün  istifadə 
edərdilər.  Hesab  olunurdu  ki,  bu  mürəkkəb  məsçidlərdə 
oxunan  allah  kəlamını  öz  içinə  çəkib.  Quranın  üzü 
köçürülərkən məhz bu mürəkkəbdən istifadə edilərdi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
65 
65 
65 
 
Qələm qəbristanlığı 
 
Qələmlərin  hazırlanmasının  da  xüsusi  qaydaları  var  idi. 
Hər  xətt  növü  üçün  məxsusi  qələmlər  yonulardı. 
Ümumilikdə  şərq  xəttaları  qələmə  xüsusi  qayğıları  ilə 
seçilərdilər.  Misalçün,  çox  işləndiyindən  istifadəyə 
yararsız  hala  düşmüş  qələmləri  heç  vaxt  hara  gəldi 
tullamazdılar,  həyətin,  bağçanın  təmiz  yerində  torpağı 
azca  qazıyıb  qələmi  orada  basdırardılar.  Səfəvilər 
dövrünün  məşhur  xəttatı  Mirəli  Gilaninin  ölümündən 
sonra həyətəndə təmir işləri aparılarkən, ustalar torpağın 
hansı  hissəsini  bel  vururdularsa,  yerdən  qələm  qalıqları 
çıxırmış.    Müasirlərinin  biri,  xətattın  həyətini  «qələm 
qəbristanlığı»na  bənzətmişdi.  Darısaq  şəhərdə  yaşayan 
məşhur  xəttat  Mirəli  Təbrizi  isə  qələmləri  bu  cür  «dəfn 
etmək»  imkanından  məhrum  olduğundan  onları  evinin 
çardağına  yığırmış.  Tələbələrinin  sözünə  görə,  onun 
çardağında on mindən çox qamış qələm qalığı varmış.   
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
66 
66 
 
Ürəkdən qələmə, qələmdən kağıza 
 
Xəttalığı  adi  katiblikdən  fərqləndirən  cəhət  yazının 
sadəcə  əl  işi  yox,  həm  də  ruhla,  qəlblə,  təxəyyüllə  və 
psixoloji  əhval  ruhiyyə  ilə  bağlı  olması  idi.  Usta 
sənətkarlar  xəttə  baxan  kimi  qələm  sahibinin  yaşını, 
cəmiyyətdəki  sosial  statusunu,  hansı  ruhani  vəziyyətdə 
olduğunu,  sevindiyini,  kədərləndiyini  və  bir  çox  başqa 
detalları dəqiq müəyyən edə bilirdilər. Misalçün, məşhur 
Herat  xəttatı  Seyid  Rza  ona  şah  tərəfindən  hədiyyə 
olunan təzkirəni bir müddət vərəqləyəndən sonra demişdi 
ki,  xəttat  bu  kitabı  yazmağa  başlayanda  subay  olub, 
otuzuncu  səhifədən  sonra  evlənib,  yetmiş  dördüncü 
səhifədə  isə  övladı  dünyaya  gəlib.  (Xatırladaq  ki,  bir 
kitabın  yazılması  o  vaxtlar  aylarla,  hətta  illərlə  vaxt 
aparırdı). 
İndi  hamımıza  çox  adi  görünən  bir  kitab  o  dövrlərdə 
onlarla  sənətakarın  əlindən  keçirdi.  Kağız  bişirilirdi,  
kəsilib  vərəq  halına  salınırdı,  bir  müddət  möhrə 
(cilalamaq  üçün  istifadə  olunan  hamar  dairəvi  daş)  ilə 
cilalanırdı,  xəttat  yazıları  yazırdı,  ləvvah  səhifələrin 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə