İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə14/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   10   11   12   13   14   15   16   17   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
67 
67 
67 
kənarlarını  bəzəyirdi,  sonra  cildçi  açıq  vərəqləri  tikib 
kitab  halına  gətirir  və  üstünə  cild  salırdı.  Şərq  tarixində 
kitab  istehsalı  ilə  bir  çox  hallarda  bütöv  ailələr  məşğul 
olurdu.  Ailənin  hər  bir  üzvü  bu  prosesdə  özü  üçün 
ayrılmış işi görürdü.  
Məhz bu səbəbdən orta əsrlərdə kitab ən qiymətli, bahalı  
hədiyyələrdən  hesab  olunurdu.    Elə  müasir  dövrümüzdə 
də  şərq  ölkələrinin  çoxunda  bu  ənənəni  saxlayan  ailələr 
mövcuddur  və  bu  cür  əlyazma  kitablar  mütəxəssislər 
tərəfindən  çox  yüksək  dəyərələndirilir.  Misalçün, 
Türkiyədə  təxminən  bir  ilə  hazırlanan  müasir  əlyazma 
Quranların qiyməti 30-50 min dollar arasındadır.  
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
68 
68 
 
 
Xəttlərin ruhu 
 
İstər  qədim  Avropada,  istəsə  də  dünyanın  başqa 
ölkələrində  yazı  xəttlərinni  bu  qədər  müxtəlifliyinə  rast 
gəlmək  mümkün  deyil.  əvvəldə  qeyd  etdiyimiz  kimi 
Şərqdə şəkil çəkmək ( miniatür sənəti) əsasən on beşinci 
əsrdən  sonra  formalaşmağa  başladığından,  ilkin  orta 
əsrlərdə xəttin gözəlliyi həm də rəsmi əvəz edirdi. Məhz 
bu səbəbdən yazının mahiyyətindən asılı olaraq müxtəlif  
xətt  növləri  yaranmışdı.  Misalçün,  «Nəsx»  yazılış  və 
oxunuş üçün  çox rahat, asan  olduğundan,  bu xətti tədris 
prossesində, adi yazışmalarda daha çox istifadə edirdilər. 
Quranların  kütləvi  mütaliəsini  nəzərə  alaraq  bu  kitab 
köçürülərkən  də,  məhz  çox  vaxt  məhz  «nəsx»  xəttindən 
istifadə  edərdilər.  Çap  mexanizmi  icad  olunandan  sonra 
da, ərəb çap şriftlərinin əsasını «nəsx» xətti təşkil edirdi. 
İndinin  özünəcən  ərəb  qarfikasından  istifadə  edən 
ölkələrdə  çap  məhsullarının  böyük  hissəsi  «nəsx» 
xəttindədir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
69 
69 
69 
Qismən  maili  yazılan  «Təliq»  xəttində  hərflər  daha 
yumşaq,  daha  zərif,  daha  sərbəstdir.  Bu  xətt  növü  daha 
çox  şeir,  qəzəl  yazılarkən  istifadə  edilirdi.  «Təliq» 
xəttindəki  sərbəstlik,  hərfləri  istənilən  kimi  uzatmağın, 
yaymağın  mümkünlüyü  şeyirin  sətirlərinin  sonunu 
bərabərləşdirməyə  imkan  verir.  Bir  çox  xəttatlar 
«Təliq»in  biri  birinə  sarmaşmış,  asudə  şəkildə  uzanmış 
hərflərini  vüsala  qovuşmuş  aşiq-məşuqlara  bənzədirdi. 
Təbii  ki,  bu  aşiqanə    mənzərə  sevgi  şeirlərinni,  aşiqanə 
qəzəllərin  məzmununu  vizual  olaraq  tamamlanmasına 
xidmət edirdi. 
Səfəvilər  dövründə  «Təliq»  xəttinin  daha  bir  neçə 
variasiyası – «Nəsətəliq», «Şikəstə nəstəliq» və yaradıldı. 
«Reyhani»  xətt  növündə  hərflər  yarpaqlara  bənzədilir, 
yazı isə ümumilikdə nəbati naxışlara bənzəyir. Xəttin adı 
da buradan götürülüb. «Reyhani» xəttlə daha çox aşiqanə 
nəsr  nümunələrini,  təbiət  təsvirlərinin  bol  olduğu 
dastanları, mənzum hekayələri yazardılar. 
«Divani»  xətt  növü  öz  rəsmiliyi,  ciddiliyi  ilə  seçilir. 
Burada  bütün  hərflər  eyni  ölçüdə,  eyni  boyda  yazılır, 
mətn  çox  sıx  olur.  Adından  göründüyü  kimi  «divani» 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
70 
70 
xəttindən  daha  çox  saray  divanlarında,  rəsmi  idarələrdə 
istifadə olunurdu.  
«Qubari» isə  ən kiçik xətt növüdür.( Qubar – toz, torpaq 
dənəsi  deməkdir)    Bu  xəttdən  boyundan  asılan 
Quranların,  kiçik  Yasin  çərəkələrin,  miniatür  kitabların 
yazılışında istifadə edilirdi.  «Qubari» xətt növü ən çətin 
və ən az işlənən xətt növüdür. Həqiqətən də kibrit qutusu 
boyda  olan  kitabda  bütöv  Quranı  yerləşdirmək  hər 
xəttatın  işi  deyildi.  Məşhur  türk  xəttatı  Mustafa  İzzət 
Əfəndi  Quranın  «Fatihə»  surəsini  bir  tut  yarpağı  üstünə 
sığışdıra bilirmiş.  
Bunlardan  başqa  şərq  xəttatlığında    onlarla  başqa  xətt 
növləri də mövcuddur. Lakin hamısının xarakteristikasını 
vermək,  çox  vaxt  aparacağına  görə  onların  üstündən 
adlayırıq. 
 
  
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
71 
71 
71 
 
 
Hərf içində şəkil, şəkil içində hərf 
 
 
Hicrətdən  yeddi-səkkiz  yüz  il  sonra  müsəlman 
dünyasında 
daha 
bütpərəstlik 
meyllərinin 
tam 
sovuşduqda, yavaş yavaş rəssamlıq  – miniatür sənəti də 
yaranmağa  başladı.  Lakin  bundan  əvvəl  xəttatlar  öz 
daxillərindəki  estetik  təxəyyülə,  rəsmə  olan  tələbata 
başqa  cür  çıxış  tapmışdılar  –  yəni  tuğralar,  şəmaillər, 
müasir dillə desək, pannolar icad etmişdilər ki, bunun da 
kökü  uyğur-çin  nəqqaşlığına  gedib  çıxırdı.    Rəssamlığa 
icazə  verilmədiyi  vaxtlarda  xəttatlar  hərflərdən  , 
sözlərdən  şəkil  çəkdilər  və  bu  şəkillərdə  fırça 
mazoklarının  qələm  cizgilərinin  yerini  hərflər  tuturdu  – 
əgər  «bismillah»  sözüylə  məsçid  çəkilirdisə,  «əlif»lər 
onun  sütunları,  «lam»lar  onun  günbəzləri,  «hey»lər 
pəncərələri olurdu və beləcə hərflərdən qurulmuş ecazkar 
rəsmlər  meydana  gəlirdi.  Xəttatın  bir  rəsmdə  nə  qədər 
çox söz yerləşdirməyi onun ustadlığının göstəricisiydi.  
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə