İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə17/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   13   14   15   16   17   18   19   20   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
81 
81 
81 
şəhərdir,  Amma  Bakı  axı  bicbala  şəhər  deyil,  onun  dağ 
kimi  ata-babası,  nəsli-nəcabəti  olub.  Məsəlçün,  indiki 
Bakının  atası  olan  mənim  kinolu-teatrlı,  trolleybuslu-
tramvaylı,  Leninli-Kirovlu  Bakım  bu  qədər  vəfasız, 
etibarsız deyildi. Nə qədər müasirləşsə də, yeniləşsə də, 
təzə  mikrorayonlar,  yeni  qəsəbələr  dünyaya  gətirsə  də 
onları  şəhərin  kənarındakı  düzənliklərdə  yerləşdirirdi, 
ata-babasından  qalma  İçərişəhəri  də,  kəhnə  məhəllələri 
də əzizləyirdi, bircə daşına da toxunmurdu. 
Amma  indiki  Bakı  bilmirəm  kimə  oxşadı,  belə 
bifər çıxdı, nihilist oldu. Qərara gəldi ki ata-babadan ona 
heç  nə  qalmasa  da  olar,  keçmişdən  birdəfəlik  əl  üzüb 
yalnız və yalnız gələcəyə  üz tutmaq lazımdır. Beləliklə, 
indiki  müasir  Bakı  nihilizmi  əlində  bayraq  edib  başladı 
ata-babasından  miras  qalanları  dağıtmağa,  İçərişəhərin 
yarıdan çoxu sökülüb yerində yeni villalar tikildi, yuxarı 
və  aşağı    məhəllələrdəki  qədim  evlər,  rahat  həyətlər, 
köhnə olsa da, indikilərdən yüz dəfə etibarlı olan qədim 
mülklər dağıdılıb yerində kvadrat göydələnlər ucaldıldı, 
hər daşından babalarımızın iyi gələn imarətlərin yerində 
beton mutantlar, kvadrat heyvərələr qaldırıldı.  
Bəlkə  də  bu  arzuolunmaz  prosesin  günahkarı 
təkcə  müasir  Bakı  deyil,  bəlkə  də  burda  düşmən 
barmağı  var.  Bizimlə  mərd,    igid,  qeyrətli  müsəlman 
babalarımızın arasında olan ruhani-mənəvi bağları qırıb 
bizi  yaddaşsız  manqurtlara  çevirmək  və  bu  yolla  daha 
asan  istismar  etmək  istəyən  qüvvələrin  təsiridir  bəlkə 
bütün  bunlar?  Bəlkə  məhz  bu  qüvvələr  müasir  Bakının 
beynini  doldurublar  ki,  əgər  inkişaf  etmək,  sivil  bir 
şəhər olmaq istəyirsənsə, səni keçmişə bağlayan bağları 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
82 
82 
mütləq  qırıb  atmalısan,  gələcəyini  öz  keçmişinin 
xarabalıqları  üstündə  qurmalısan.  Yəqin  ki,  məsələ 
məhz bu cür olub, müasir Bakı da bütün bu qüvvələrin 
təsiri  altına  düşüb,  başlayıb  onların  dediyini  canü-
dildən həyata keçirməyə, yəni, ata babasından qalma nə 
varsa  hamısını  uçurub  dağıtmağa.  Amma  binəva  heç 
cür  başa  düşmək  istəmir  ki,  əgər  sən  gələcəyini  öz 
keçmişinin 
üstündə 
qursan, 
ata-babanın 
bütün 
nişanələrini dağıdıb töksən, birdəfəlik məhv etsən, daha 
sənin  o  bicbala  Nyu-Yorkdan,  Vaşinqtondan  nə  fərqin 
olacaq?  Və  sabah  onlar  kimi  bicbala  olmadığını  nəylə 
sübut edəcəksən?  
Yazımın  bu  hissəsi  bədii  əsərdən  çox  müxalifət 
qəzetlərinin  köşə  yazılarına  oxşasa  da,  başqa  çıxış  yolu 
yoxdur.  İstəyirəm  ki,  oxucu  məni  Bakı  tarixi  barədə 
yazmağa vadar edən səbəbləri lap yaxşı başa düşsün. 
Bəziləri  deyə  bilər  ki,  tutalım  İçərişəhəri  başa 
düşdük,  bəs  axı  Bakının  başqa  yerlərindəki  köhnə 
evlərin  sökülüb  yerində  də  təzə  binaların  tikilməsinin 
nəyi pisdir ki?  
Belə  düşünənlər  əlbəttə  ki  yanılırlar.  Əgər 
İçərişəhər  bizim  beş  yüz-üç  yüz  il  bundan  əvvəlki 
tariximizin  simvoludursa,  şəhərin  mərkəzində,  yaxud 
yuxarı  məhəllələrindəki  həmin  tikililər  də  yüz  əlli  il 
bundan əvvəlki Bakının yadigarlarıdır. 
Qoy  İçərişəhəri  gəzən  adam  özünü  on  beşinci 
əsrdə  hiss  etdiyi  kimi,  yuxarı  məhəllələrdə  dolaşanlar 
da,  özlərini  on  doqquzuncu  əsrdə  hiss  etsin.    Bunun 
kimə  ziyanı  var  ki?    Qoy  tariximizin  bütün 
dövrlərindən, hətta sovet dövründən də nəsə qalsın< 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
83 
83 
83 
Amma  bizə  qulaq  asan  kimdi  ki<  Təzə  Bakı  öz 
işindədir.  Yeganə gözü oxlanmış qəzəbli Təpəgöz kimi 
ətrafdakı  hər  şeyi  sındırır,  dağıdır,  tapdalayır,  xaraba 
qoyur.  Bir  sözlə  müasir  Bakı  bu  saat  ata-babasının 
sümüklərini  yeməklə  məşğuldur.  Ümumiyyətlə,  indi 
yemək  zəmanəsidir,    təzələr  dişlərini  itiləyib  düşüblər 
köhnələrin  canına  -  təzə  musiqi  köhnə  musiqini  yemək 
istəyir,  təzə  ədəbiyyat  köhnə  ədəbiyyatı,  təzə  evlər  də 
köhnə evləri və s. 
 
Keçən  həftə  bizim  köhnə  həyətimizin  yerində 
ucaldılmış  iyirmi  mərtəbəli  nəhəng  göydələni  görəndə 
mənə həqiqətən də elə gəldi ki, bu bina bizim həyətimizi 
yeyib və bu saat yaraşıqlı qapısından içəri keçsəm onun 
mədəsində,  yəni,  hansısa  anbarında,  zirzəmisində 
nənəmin  namaz  otağını,  dayımın  göyərçin  saxladığı 
çardağı,  babamın  qır  tiyanını,  atamın  hərdənbir 
dınqıldatdığı tarı və nəhayət, öz qamış çərpələnglərimi, 
taxta  avtomatlarımı,  tapançalarımı  tapacağam  (Əlbəttə 
ki, çeynənmiş, didilmiş, bir sözlə, həzm-rabedən keçmiş 
vəziyyətdə). 
Elə bu vaxt içimdə  nə isə qaynadı,  istədim  ki, öz 
taxta  avtomatlarımı  götürüb  çərpələngimin  ipindən 
yapışım,  səmaya  qalxıb  yuxarıdan  mənim  Bakımı 
udmuş  bu  nəhəng  binaları  atəşə  tutum,  dağıdım  və 
onların mədəsindən çıxan qırıntıları bir yerə toplayıb öz 
Bakımı,  mənim  Bakımı  təzədən  yığım,  ikinci  həyat 
verim, dirildim. 
Qeyri-ixtiyari  təzə  binaya  tərəf  addımladım, 
qapıda  qarşıma  çıxan  əcaib  geyimli  ,  cibinin  üstündə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə