İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə25/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   21   22   23   24   25   26   27   28   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
109 
109 
109 
Tut ağacının da xəzriylə münasibətləri gərgindir, 
çünki  xəzri  bu  ağacın  budaqlarını  sındırır,  bəhərini 
çırpıb yerə səpir, başına toz-torpaq ələyir. 
 
Bakı damlarının aralarından boylanan tut ağacları 
asfaltı deşib çıxan otlara bənzəsə də, onlar kimi yararsız 
deyillər.  Tut  ağacları  Bakı  tarixinin  mədəni,  elmi, 
tərbiyəvi  mərkəzləri  olub.  Tut  ağacı  xırda  uşaqlara 
idman  meydançasını  əvəz  edib  –  dırmaşıblar, 
tullanıblar,  sallanıblar;  tut  ağacının  kölgəsində  şeir-
qəzəl,  meyxana  məclisləri  qurulub,  arvadlar  yığışıb 
laqqırtı  vurub,  tut  ağacının  altında  gecələr  sevgililər 
görüşüblər,  tut  ağacına  çoxlu  mıx  çalıb  asılqan 
düzəldiblər və s... 
Bakı  kəndlərində  tut  ağaclarının  dövrəsində, 
adətən, çoxlu əncir əkərdilər ki, tut darıxmasın, darıxsa 
bəhəri  olmaz.  Əncir  ağaclarının  kölgəsində  yatmağa 
uşaqları  qoymurlar.  Guya  kim  onun  altında  yatsa,  cin-
şeytanın  hücumuna  məruz  qalar,  yaxud  əncir  ağacı 
adamı  yuxudaykən  boğub  öldürər.  Əncir  yarpaqları 
insan əlinə  bənzəyər, elə bil beş dənə barmağı var. Çox 
güman  ki,  bayaq  dediyim  fikrin  yaranmağı  da,  əncir 
yarpağının  məhz  bu  formada  olmasıyla  bağlıdır.  Allah 
bilir, bəlkə də hansısa köhnə bakılı yüz qram vurandan 
sonra  gəlib  yatıb  əncir  ağacının  altında,  külək  də  onun 
başı  üstündəki,  yarpaqları  tərpədib,  bu  bədbəxt  də 
yarımyuxulu halda gözlərini açanda elə bilib ki, hansısa 
naməlum  bir  məxluq  yaşıl  əllərini  uzadıb  onu  boğmaq 
istəyir və elə bilib ki, əcinnələr ona hücum edir. Bundan 
sonra  da,  hər  yana  səs  salıb  ki,  bəs,  əncir  ağacının 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
110 
110 
altında  kim  yatsa,  cin-şeytan  onu  boğacaq,  mən  özüm 
canımı güclə qurtardım. 
Əncir  ağacını  əhatə  eləyən  bu  mistik  aura  ona 
gətirib  çıxarıb  ki,  tut  ağacından  fərqli  olaraq,  onun 
gövdəsini  heç  kəs  asılqana  döndərməyib.  Bəlkə  də 
məsələ  əncir  ağacının  pota  olmasındadı.  Əgər  o  da  tut 
ağacları  kimi  hündür  olsaydı,  camaat  heç  mövhumata-
filana  fikir  verməzdi,  bir  ovuc  yüzlük  mıxı  çalardılar 
birbaşa  onun  mistik  aurasına  və  həyətdəki  artıq  şeyləri 
asardılar bu iri mıxlardan. 
Hə,  beləliklə,  gəlib  yetişdik  Bakı  tarixinin  ən 
qəribə və əcaib bir nöqtəsinə, yəni mıx məsələsinə. Bakı 
kişilərinin,  ələlxüsus  yaşlı  nəslə  mənsub  bakılıların  çox 
əndrabadi bir adəti var; həyətin dər-divarında  taxtadan 
düzəlmiş nə varsa, hamısının üstünə mıx vurub oradan 
nəsə  asmaq.  Və  Bakı  həyətlərinin  demək  olar  ki, 
hamısında tut əkildiyinə görə, mıxlardan çoxusu, məhz 
bu ağacların payına düşür. 
Canlı  asılqana  dönmüş  tut  ağacları    bədəninə 
oxlar  sancılmış  xristian  apastollarına  oxşayır  (mən  bu 
övliyaların 
şəkillərini 
Avropa 
İntibah 
dövrü 
rəssamlarının 
albomlarında 
görmüşəm 
və 
uşaq 
vaxtından  belə  tablolara  baxaraq  fikirləşirdim  ki, 
görəsən,  bu  oxları,  nizələri  yazıqların  bədəninə  elə  belə 
sancıblar,  yoxsa  çəkiclə  vurublar).  Şükürlər  olsun  ki,  o 
vaxt  şəhid  apastolların  bədəninə  sancılmış  oxlardan 
nəsə asmaq heç kimin ağlına gəlməyib, ya da asmağa bir 
şeyləri olmayıb. 
 Amma  onu  deyim  ki,  əgər  həmin  müqəddəs 
apastolları  iyirmi-otuz  il  bundan  əvvəl  Bakının  köhnə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
111 
111 
111 
həyətlərindən  birində  çarmıxa  çəkib  oxlasaydılar, 
bakılılar  heç  vəchlə  bu  fürsəti  əldən  verməzdilər; 
müqəddəsliyə-filana  əhəmiyyət  vermədən  biri  gəlib 
oxdan  dəmir  vanna  asardı,  biri  maşın  pakrışkası,  bir 
ayrısı  da  mis  aftafa.  Sonra  da  səhər  tezdən  hansı  birisə 
qarnını  sıxıb  rahatxanaya  qaçanda  görərdi  ki,  asılqanın 
yeri  boşdur,  müqəddəs  apastol    də,  mis  aftafa  qarışıq 
qeybə çəkilib. 
Hər nədisə xristianların bəxti gətirib... 
Harasa  mıx  vurmaq  bakılıların  nəzərində  çox  ali 
bir  fəaliyyət  növüdür.  İnsan    hansısa  bir  obyektə  mıx 
vurub  oranı  asılqana  döndərməklə,  sanki  təbiətə  və 
hökumətə  meydan  oxuyur.  Məsəlçün,  tut  ağacına  mıx 
vuranda fikirləşir ki, təbiət bunu ağac kimi xəlq eləsə də, 
mən  onu  asılqana  döndərirəm,  deməli,  təbiətə  qalib 
gəlirəm, əjdahayam, məndən  yoxdu. 
Köhnə  Bakı  həyətlərindəki  bütün  tut  ağaclarının 
və  başqa  taxta  predmetlərin  asılqana  dönməsinin  bir 
səbəbi  də  darısqalçılıqdır.  Kiçik  həyətlərdə  artıq  şeyləri 
yığmaqçün  ayrıca  anbar  tikmək  imkanı  olmadığından, 
adamlar  məcbur  olur  əli  çatan  yerlərə  mıx  çalıb  nəyi 
varsa ordan assın. 
Bakının  tipik  köhnə  həyətlərindən  birini  təsvir 
edək:  qalın  taxta  qapını  açıb  dörd-beş  ailənin  yaşadığı 
40-45  kv.m-lik  həyətə  daxil  oluruq.  Həyət  qapısının 
arxasına  vurulmuş  mıxlardan  bir  burum  rezin  şlanq 
(xalça 
–palaz 
yumağçün), 
uşaqların 
düzəltdiyi 
«samokat»  və  bir  neçə  ədəd  naməlum  dəmir-dümürlər 
asılıb.  Keçirik  bir  az  qabağa.  Həyətin  sağ  küncündəki 
taxta rahatxananın  divarına vurulmuş mıxlardan aftafa 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə