İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə22/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   18   19   20   21   22   23   24   25   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
98 
98 
Yox,  Bakı  tarixini  təkcə  qara-qura  xalçaya 
bənzətmək  düz  olmaz.  Çünki  arada  şüşəbənd  məsələsi 
var.  Başqa  sözlə  desək,  Bakı  tarixi  qara-boz  xalça, 
şüşəbəndlər  isə  onun  şahmat  taxtasını  xatırladan 
güzgüsüdür.  Sadəcə,  bu  taxtada  bütün  xanalar  eyni 
rəngdədi  -  şüşə  rəngində,  yəni  şəffaf.  Bu  şüşənin  o  biri 
tərəfində bakılıların təsbehləri görünür. 
Şüşəbəndlərin  də  qırdan  xoşu  gəlmir.  Damları 
qırlayanda mütləq isti qırın bir hissəsi damın qırağından 
axıb şüşələrin üstünə tökülür, onları ləkələyir, bu da ki, 
şüşəbəndə 
qıra 
qarşı 
çox 
mənfi 
münasibətın 
yaranmasına gətirib çıxarıb. 
Bakı  damlarındakı  qır  da,  bu  damları  süpürən 
xəzri də, canlı məxluqlardı. Hər ikisinin ruhu var və bu 
ruhlar,  qəribə  də  olsa,  maddiləşib.  Əlbəttə  ki, 
göyərçinləri 
deyirəm. 
Göyərçinlər 
qır 
damların 
ruhudur, bəlkə elə xəzrinin də ruhudur... 
Yox, düz olmadı. Göyərçin ruh-filan deyil. Tüklü, 
lələkli,  quyruqlu  ruh  olmur.  Göyərçin  damların 
övladıdı. Bu, daha düzgündür. 
Bakı 
damlarını 
kişiyə 
bənzətsək, 
deməli, 
quşxanalar  da,  onların  məşuqələri  hesab  olunmalıdır. 
Göyərçinlər  isə  bu  iki  sevən  məxluqun  əziz  xələf 
övladları.  Əlbəttə  ki,  qanunsuz  övladları.  Çünki 
quşxanalar  Bakı  damlarının  qanuni  arvadı  ola  bilməz. 
Qırlı damların altındakı  evlərdən fərqli olaraq, üstündə 
tikilən  quşxanaların  heç  bir  möhürlü,  imzalı  sənədi- 
kupçası,  texniki  pasportu  olmur.  Ona  görə  də 
göyərçinləri bicbala hesab eləmək lazımdır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
99 
99 
99 
Kişilərin  hamısına  məşuqə  saxlamaq  xoşbəxtliyi 
nəsib  olmadığı  kimi,  Bakı  damlarının  da  heç  də  hamısı 
quşxanalı  deyil.  Yalnız  beşindən-onundan  birinin 
üstündə quşxana düzəldilib. 
Damların  qırı  göyərçinlərin  atasıdısa,  onda  xəzri 
də,  onların  əmisi  hesab  olunur.  Xəzri  göyərçinləri  çox 
istəyir,  amma  göyərçinlər  bu  zəhmli  əmilərdən 
qorxurlar.  O  gələn  kimi  tez  qaçıb  girirlər  analarının 
qarnına.  Quşxanalar  kenquru  kimi  bir  şeydilər. 
Nigarançılıq olan kimi balalarını yığırlar öz içinə. 
Xəzri  evdə  olmayanda  göyərçinlər  o  saat  göyə 
qalxırlar,  yəni  əmisigilə  gedirlər.  Qalxırlar  yuxarı, 
fırlanırlar,  uçuşurlar,  oynaşırlar,  hərdən  elə  olur  ki, 
aşağıdan  nöqtə  boyda  görünürlər.  Aşağı  enəndə  də 
azırlar, gedib düşürlər başqa quşxanaya. 
 
 
Göyərçin  boynu  yumşaqdı,    sığalla,  amma 
sındırma, 
Göyərçin 
qəlbi 
dustaqdı, 
burax 
uçsun, 
yubandırma. 
 
Göyərçin ömrü matəmli, göyərçin gözləri nəmli, 
Qoy  axsın  inci  göz  yaşı,  əlin  vurma, 
bulandırma. 
 
            Göyərçin  sevgisi  gizlin,  soruşma,  söyləməz 
sirin, 
            Göyərçin ruhu ismətli, danışdırma, utandırma. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
100 
100 
Göyərçin  tellərində  şeh,  aman  vermə  dağıtsın 
meh, 
Göyərçin 
köynəyi 
dümağ, 
 
tozun 
içrə 
uzandırma. 
 
            Göyərçin dimdiyi həssas, gecə ulduz yığar dən-
dən, 
            Göyərçin 
fikri 
göylərdə, 
yolun 
kəsmə, 
dayandırma. 
 
Göyərçin  könlü  kövrəkdi,  nolur,  çox  xətrinə 
dəymə, 
Göyərçin bağrı çox incə, cızıb qana boyandırma. 
 
            Göyərçin 
ki, 
günahsızdı, 
sıxıb 
gizlətmə 
qoynunda, 
            Özün  Fəhmi  yanırsansa,  onu,  rəhm  eylə, 
yandırma. 
 
 
Bütün 
əxlaqlı 
kişilər 
öz 
qardaşlarının 
məşuqələrinə  nifrət  etdikləri  kimi,  xəzri  də  Bakı 
damlarının  məşuqələrinə,  yəni  quşxanalara  nifrət  edir, 
onları  görən  gözü  yoxdur.  İmkanı  düşən  kimi  bu  taxta 
daxmacıqlara 
hücum 
edir, 
onları 
yumruqlayır, 
təpikləyir,  damdan  aşağı  atmağa  cəhd  edir.  Yazıq 
quşxanalar  da  təpik  altına  düşən  fahişələr  kimi 
cırıldayır, 
müqavimət 
göstərirlər. 
Xəzrinin 
bu 
xasiyyətinə  hamı  bələd  olduğu  üçün  quşxanaları, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
101 
101 
101 
adətən,  damların  külək  tutmayan  künc-bucaqlarında 
yerləşdirirlər.  Bu  da  təbii  ki,  xəzrinin  xoşuna  gəlmir, 
hirsini  yenə  qır  damlarının  üstünə  tökür,  yerdən 
qaldırdığı toz-torpağı səpələyir onların başına. Xəzri də 
belə  xəzridi  -  hikkəli,  hirsli,  əlindən  bir  iş  gəlməsə  də 
özündən başqa heç kəsi bəyənməyən, hamıya yuxarıdan 
aşağı baxan, - eynən bizim yazarların çoxu kimi. 
Xəzri 
hamıya 
yuxarıdan 
aşağı 
baxmaq 
xüsusiyyətilə  bizim  «sənətçi»lərə  bənzəsə  də,  hər  halda 
bu  avaralardan  daha  üstündür,  çünki  onlardan  fərqli 
olaraq Xəzrinin heç olmasa camaata bir xeyri dəyir, yəni 
Bakının  havasını  təmizləyir.  Xəzri  Bakı  zonası  üzrə 
ekoloji  müfəttişdir.  Yox,  müfəttiş  yox,  bilavasitə  ekoloji 
süpürgədir,  zir-zibil  iyi  verən  havanı  süpürüb  aparır, 
yerinə təzəsini gətirir.  Amma elə vaxt da olur ki, təzəsi 
köhnəsindən  betər  olur.  Bu  isə  o  deməkdir  ki,  bizim 
ekoloji  müfəttişimiz  rüşvətxordur,  ya  da  həlləm-
qəlləmdi. Kefi istəyəndə havanı təmizləyir, istəməyəndə 
zəhərləyir. 
Belə  bir  ehtimal  var  ki,  «xəzri»  sözü  Xəzər 
dənizinin  adından  əmələ  gəlib.  Ola  bilər.  Hər  halda  bu 
dünyada  hər  şey  nədənsə  əmələ  gəlib,  hər  varlığın 
yaradılış mənbəyi var, bircə Allahdan başqa. 
Allahla  deyə  bilmərəm,  ancaq  Xəzər  dəniziylə 
xəzrinin  münasibətləri  çox  maraqlıdı.  Xəzri  Xəzərin 
papağına  oxşayır,  ya  da,  papağa  yox,  örpəyə.  Xəzri 
Xəzərin  toz-torpaqlı  örpəyi,  yaxud  kələğayısıdır,  çünki 
Xəzər abır-həyalı dənizdir. 
Xəzər dünyadakı iki abır həyalı, bakirə dənizdən 
biridir;  qapalıdır,  bağlıdır,  açılmayıb  və  çox  güman  ki, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə