İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə20/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   16   17   18   19   20   21   22   23   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
91 
91 
91 
mehribanlıqla  dolanardılar<  Əslində  o  vaxtkı  Bakıda 
da kifayət qədər oğurluq, avaraçılıq, dava-dalaş, qırğın, 
qiyamət,  saçyoldu,  dişsındırdı,  bıçaqlaşdı  olardı.  Hətta 
müəyyən parametrlərinə görə, o vaxtkı Bakı indikindən 
qat-qat pis idi. Lakin insanların düşüncəsində müəyyən 
bir  çərçivə  var  idi  və  heç  kim    bu  çərçivədən  kənara 
çıxmağı  ağlına  belə  gətirmirdi.  İndi  isə,  ümumiyyətlə, 
heç  bir  çərçivə  yoxdur,  yaxud,  demək  olar  ki,  çox  az 
qalıb  (fikrim  yenə  yayındı,  abzası  təzədən  başlamalı 
olacam). 
Köhnə 
Bakını, 
deyəsən, 
çox 
şişirtdim, 
ideallaşdırdım.  Yalnız  işıqlı  cəhətlərini  göstərdim, 
qaranlıq  tərəflərindənsə  vaz  keçdim.  Əslində,  o  vaxtkı 
Bakı  çox  adi  bir  şəhər  olub,  heç  nə  ilə  başqalarından 
fərqlənməyib, adamları da fövqəladə olmayıblar, yaxşısı 
da  olub,  pisi  də.  Lakin  bütün  bunların  mənim  Bakıma 
dəxli  yoxdur,  çünki  mənim  Bakım  sizin  indi 
gördüyünüz  Bakıdan  fərqləndiyi  kimi,  o  vaxtkı 
camaatın gördüyü Bakıdan da çox fərqlənir.  
Mənim  Bakım  yalnız  mənimdi,  çünki  yalnız 
mənim içimdədi, mənim ruhumdadı, mənim qanımdadı 
və  hətta  deyərdim  ki,  genimdədi.  Ən  əsası  isə  mənim 
Bakım  heç  vaxt  uçulub  dağılmayacaq,  mənim  Bakımın 
köhnə  həyətlərini  yerində  iyirmi  mərtəbə  binalar 
ucalmayacaq,  mənim  Bakımın  küçələrində  həmişə 
trolleybuslar, tramvaylar dolaşacaq, dondurma satanlar 
altına çarx bərkidilmiş taxta qutularını qabaqlarına qatıb 
bütün  günü  «maroj»,  «maroj»  qışqıra-qışqıra  tinləri, 
dalanları  gəzəcək,  yaşlı-cavan  quşbazlar  şalvarlarının 
balaqlarını,  köynəklərinin  qollarını  çırmalıyıb,  damda 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
92 
92 
göyərçin  uçurdacaq,  axşamlar  əllərində  təsbeh  fırladan,  
başlarından  aerodromu  şapkələri  əskik  olmayan  Bakı 
kişiləri  küçələrin  o  üz-bu  üzündə  şakkaşuruknan  nərd 
atacaq,  dirsəyəcən  yağın,  benzinin  içində  olan  şoferlər 
qapılarında 
saxladıqları 
hökumət 
maşınlarının 
kopotunu  qaldırıb  motorunda  eşələnəcək,  ağzıdualı, 
başı  buxara  papaqlı,  şəvə  saqqallı  ağsaqqallar  tut 
ağaclarının  altında  yığışıb  Seyid  Əzimin,  Füzulinin 
qəzəllərini  xırdalıyacaq,  arvadlar  həyətlərdə  paltar 
yuya-yuya dünən axşam televizorda göstərilən indeyski 
kinonu  müzakirə  edəcək,  uşaqlar  da  gah  çərpələnk 
uçurdacaq,  gah  da  taxta  avtomatlarla,  tapançalarla 
silahlanıb  «dava-dava»  oynayacaq.  Və  başdan-başa  qır 
iyi verən bu İdilliya əbədiyyətə qədər dəyişməyəcək, hər 
şey  olduğu    kimi  qalacaq,  heç  kim  qocalmayacaq, 
ölməyəcək  heç  yer  uçurulub  dağıdılmayacaq,  hər  şey 
olduğu  kimi  qalacaq.  Mən  də  Əzrayılın  dəvətnaməsini 
alana  qədər  qır  iyi  verən  bu  tablonu  hər  gün  seyr 
edəcəm, toz basanda siləcəm, islananda qurudacam, çirk 
olanda yuyacam, ən nəhayət, özümlə bərabər, öz içimdə 
o  dünyaya  aparacam.  Bəli,  o  dünyaya.  Çünki  bu 
dünyada artıq mənim özümə yer olmadığı kimi, mənim 
Bakımın  da  yeri  yoxdur.  Nə  mənim  Bakımın,  nə  də 
onun  tarixinin.  Mənim  Bakımın  tarixi  isə  adamın  içini 
yeyir. Hətta nağıl olsa belə< 
 
 
Nə vaxtsa qəmli olsam, nağıl danış mənimçün, 
Nəfəs kimi daralsam, nağıl danış mənimçün. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
93 
93 
93 
Yalan şirin zəhərmiş, məni həmişə aldat, 
Həqiqəti cırıb at, nağıl danış mənimçün. 
 
Bu günləri bir anlıq silib çıxart yadından,  
Unutduğum qadından nağıl danış mənimçün. 
 
Dəniz-dəniz günahdan xilas bəhanəsiylə,  
Mələklərin səsiylə nağıl danış mənimçün. 
 
Həyat duman kimiydi, itib-batıb dağıldı, 
Ölüm də bir nağıldı, nağıl danış mənimçün. 
 
Əcəl yuxusu gəldi, bu yaşı sil gözümdən,  
Yavaşca öp üzümdən, nağıl danış mənimçün. 
 
Bəlayə düşsə Fəhmi, xilas üçün gəlib sən,  
Otur yanımda hərdən nağıl danış mənimçün. 
 
 
Birinci fraqment 
 
Bakının  tarixi  adamın  bütün  içini  yeyir.  Yox, 
bəlkə də yemir; hə, belə daha səhih olar, yemir, dişləyib 
qopardır  adamın  içini,  bir  az  çeynəyir,  diliylə  o  yan-bu 
yana  fırladır,  ağzının  suyunda  isladır,  büzüşdürür, 
boğur, sonra da, tüpürür  bayıra. Adamın  içi şappıltıyla 
yapışır  dığır-dığır  asfaltın  üstünə,  başlayır  asfaltın 
istisində qıcqırmağa. Axırda da, yoldan ötənlərin birinin 
ayaqqabısının  altına  yapışıb  gedir  gəzməyə,  ta  ki, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
94 
94 
həmən  ayaqqabı  yağışa  düşüb  təmizlənənə  qədər 
sülənir özüyçün. 
Bakının  tarixi  vampir  kimi  şeydir.  Vampir 
adamın  qanını  sorur,  Bakının  tarixi  adamın  içini. 
Hərdən  doymayanda  çölünə  keçir,  aramla  onu  da, 
həzm-rabedən keçirir. 
Bakının  tarixi  həm  vampirə  oxşayır,  həm  də,  mənim 
babama. Əslində, babam özü elə Bakının tarixidi, ya da 
əksinə, Bakının tarixi elə mənim babamdı - bunun bir o 
qədər  fərqi  yoxdu.  Bakının  tarixi  deyəndə  gözümün 
qabağına  həmişə  babam  gəlib:  o  da,  heç  vaxt  meyvəni 
bütöv  yeməzdi,  çeynəyib  suyunu  udandan  sonra 
puçalını 
tüpürərdi 
bayıra. 
Bəlkə, 
bu, 
sadəcə 
assosiasiyadır, həqiqətə dəxli yoxdu, bəlkə də var. 
Babam  Bakı  tarixinin  təzahürüdür,  simvoludur; 
babamın dişləri yox idi, protez taxardı, hərdən protezini 
qarışqa da basardı. Axırda babama başa saldılar ki, dişi, 
daha  doğrusu  protez  dişləri  suyla  dolu  stəkanda 
saxlamaq  lazımdır.  Kişi  bu  məsləhətə  əməl  edəndən 
sonra  babamın  dişləri  qarışqa  yaylağı  olmağı  tərgitdi. 
Çünki,  qarışqalar  amfibiya  deyil,  suyla  dolu  stəkanın 
dibinə enə bilmirlər, boğulurlar. 
Bakı 
tarixinin 
də 
dişləri 
tökülüb. 
Əgər 
tökülməsəydi, belə bədbəxt, miskin günə qalmazdı, ona 
təcavüz  edənləri  canavar  kimi  didib  parçalardı,  daha 
mənim kimi bifər müdafiəçilərin ümidinə qalmazdı. 
Babamın  Bakı  tarixindən  fərqi  bircə  ondaydı  ki, 
kişinin binayi-qədimdən qırdan xoşu gəlməzdi.  Bakı isə 
qırı  hədsiz  dərəcədə  sevirdi.  Dünyada  ikinci  elə  bir 
şəhər  yoxdu  ki,  qıra  Bakı  qədər  məhəbbət  bəsləsin. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə