İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə77/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   69   70   71   72   73   74   75   76   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
278 
278 
sənin kimilərin papağına. Elə bilirsən ki, sənə çox sağ ol 
diyəceylər? Yox, əllərinə imkan düşən kimim elə birinci 
sənin kimilərin üzünə ağ olaceylar. Çünki elə öyrədillər 
oları. Elmi verillər, ancaq əvəzində qanacaq  qabiliyyəti, 
hörmət 
izzəti, 
müsəlmançılığı 
alıllar 
əllərindən. 
Ondansa elə mollaxana, mədrəsə oxusalar yaxşı olar. 
Həci  gülüb  dedi  ki,  Kəbleyi,  əvvəla  mollaxana, 
mədrəsə  oxuyanımız  çoxdu,  hamısının  da  hörmətini 
saxlıyırıq,  özün  şahidsən.  Ancaq  Qumda  oxuyub 
müctəhid  kimi  gələn  adama  mən  buruq  qazdırıb,  su 
çəkdirə  bilmərəm,    incinar  döyül  axı,  canımın 
müalicəsini ona tapşıra bilmərəm axı. Onun öz yeri var, 
bunun  öz  yeri,  hər  ikisi  lazımdı.  Düz  deyirsən  ki,  elm 
öyrənən  uşaqlar  çox  dəyişillər,  gələndə  tanımaq  olmur, 
oraların  havası  başdarını  xarab  eliyir.  Amma  ki,  ayrı 
yolumuz yoxdu. 
Kəbleyi bir az da özünnən çıxdı, dedi ki, ay Həci, 
bu vaxtecan xoruz yox idi, səhər açılmırdı beyəm? Urus 
bənnaları  olmiyanda  bizimkilər  beyəm  ev  tikə 
bilmirdilər?  Yoxsa  Xan  sarayını,  Qız  qalasını  da  urusla, 
firənglər tikib? Ya da ki, elə həkimləri diyim, allaha and 
olsun  ki,  mənim  nənəm  Xatun  arvad  sənin  o 
Firəngistanda  oxuyub  gələn  həkimlərindən  çox  bilirdi, 
adamı  qan  almaqnan,  otdarnan,  dualarnan,  nə  bilim, 
cürbəcür şeylərnən elə müalicə eliyirdi ki, ölü də dirilib 
otururdu. 
Həci  Zeynalabdini  yenə  gülmey  tutdu,  dedi  ay 
Kəbleyi  sən  də  lap  ağını  çıxardma,  o  həkimlərin 
dərmanları,  alətləri,  var,  bədənin  hər  əzasının  ayrı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
279 
279 
279 
həkimi  var,  hər  şey  təmiz  səliqə  səhmanlı.  Yoxsa  əski 
yandırıb külünü yaraya sürtməynən yara sağaldarlar? 
Kəbleyi təslim olmadı, dedi, nə oldu, bu vaxtacan 
sağaldırdılar,  indi  eliyə  bilməzdər?  Nöşün  ora-buranı 
görən kimi özünkiləri bəyənmirsən? 
Həci  yenə  israr  elədi  ki,  ay  Kəbleyi,  sabah  elə 
sənin özüvün qarnından, nə bilim harandan sancı tutsa, 
bədənivi  yara  bassa,  görsən  ki,  bizimkilər  əlac  eliyə 
bilmir, beyəm getməzsən təzə həkimin yanına? 
Kəbleyi  hikkəynən  dedi  ki,  yox,  gedmərəm,  əgər 
bizim  müsəlman  təbibləri  əlac  eliyə  bilməsələr  diməli 
əcəlim  çatıb,  Allah-təalanın  əmriynən  canımı  təslim 
eləməliyəm.     
Sonra da Kəbleyi bir az yavaşdan dedi ki, mənim 
kimi  adamlar  da  nə  qədər  danışsalar  da  onsuz  da  heç 
zad deyişmiyəcey. Zəmanə belədi, ay Həci, səndə də heç 
bir  günah  yoxdu.  Amma  məni  yandıran  ayrı  şeydü, 
bizimkilər  ki,  gedib  oralarda  adamlıqlarını  əldən  verib 
elm  qazanıllar,  mən  ki,  belə  görürəm  iyirmi  otuz  ildən 
sonra 
bu 
məmləkətin 
camaaatının 
çoxu 
elmli 
eşşeglərdən ibarət olacey. Elə iş başında da onlar olacey, 
camaatın  başının  ağası  da<  Babam  nəfəsini  dərib 
qurumuş  dodaqlarını  ovuşdurur,  qəfildən  əyilib 
başmağının  tayını  götürərək  həyətin  başındakı  divarın 
dibindən başını çıxarıb qorxu-qorxa stol arxasındakılara 
boylanan  bozumtul  siçovula  tolazlıyır,  sonra  da 
qarşısında  oturan  Mirsəftərə  baxır  və  yenə  də  əmisinə 
işarəylə davam edir: yaman tərs kişiydi Kəbleyi, yetmiş 
neçə  yaşında  ciyərinə  nəsə  yara  çıxdı,  nə  qədər  illah 
eləsəy  də  hikkəsinə  salıb  gedmədi  urus  həkiminə,  dedi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
280 
280 
əcəlim  çatıbsa ölməliyəm. Kişi bir ayın  içində şam kimi 
əriyib  getdi.  Ancaq  həyif,  gərək  məni  də  göndərəydi 
oxumağa.  İndiyecən  başıma  döyürəm  ki,  bəlkə  gərək 
evdən qaçıb gedəydim oxumağa. 
-Hə,  -Mirsəftər  də  nəyisə  xatırlayır.  -  Bizim 
kənddə  də  bir  oğlan  vardı,  tək  uşaq  idi,  atası    onu 
qoymurdu oxumağa getsin, bir də onda xəbər tutduq ki, 
sənədlərini  də  götürüb  evdən  qaçıb.  İndi  neçə  ildi 
Moskvada oxuyur. 
-O vaxt çətin olardı elənçiy oxumaq. Sən indikinə 
baxma, hökumət instruta girənə pul vərir, obşejit vərir, o 
vaxt  pulsuz  lap  qaçıb  getseydim  də,  oxuya  bilməzdim. 
Yiyib  içmey  bir  yana  qalsın,  ildə  filan  qədər  oxumaq 
pulu vardı, onu kim verəceydi? 
-Demirsiz,  Tağıyev  sizi    tanıyırdı?  Gedib  xahiş 
edəydiz, kömək edərdi də. 
-  Yox  əşi,  Həci  Zeynalabdin  bilseydi  ki,  evdən 
gizdin  qaçmışam, 
qulağımnan  tutub  döyə-döyə 
qaytarardı  evə.  Çünki  Kəbleyinin  xasiyyetini  bilirdi. 
Xəbər  tutseydi  ki,  Həci  məni  onnan  gizdin  oxumağa 
göndərib, ömrü boyu üzünə baxmazdı, məni də Allahu 
Əkbərin  qurtaracağında  da  olsa  tapıb  bağırsaqlarımı 
tökərdi yerə. 
-Sovet hökuməti qurulandan sonra oxuyardız< 
-Gec  idi,  atam  qərdeşim,  taza  hökumət  gələndə 
otuza  yaxın  yaşım  vardı,  heç  əvvəlki  həvəsim  də 
qalmamışdı. 
Bir  müddət  hər  ikisi  susur,  babam  armudu 
stəkanın  dibində  qalmış  çayı  iki  addım  aralıdakı  tut 
ağacının dibinə boşaldır, Mirsəftər isə  əlində oynatdığı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
281 
281 
281 
sınıq  ağac  budağıyla    yerdə  gəzən  iri  qara  bir 
dozanqurdunu  beli  üstə  çöndərməyə  cəhd  edir,  amma 
buna  nail  olmur  ,  üzü  üzlər,  əli  əllər  görmüş 
dozanqurdu  nəinki  heç  cür  arxası  üstə  çönmür,  əksinə 
imkan  tapan  kimi  qəfil  hərəkətlə  ağac  budağından 
yapışıb  cəld  üzüyuxarı,  Mirsəftərin  əlinə  tərəf 
dırmaşmağa    başlayır  və  bunu  o  qədər  sürətlə  edir  ki, 
Mirsəftər,  bir  şey  başa  düşənə  qədər  dozanqurdu  artıq 
öz xırda , lakin iti caynaqlarını onun ağ əllərinin yumşaq 
dərisinə  batırır.  «Ay  dədə»  qışqıran  Mirsəftər  tok 
vurmuş 
adamlar 
kimi 
qəribə 
bir 
hərəkətlə 
dozanqurdunu  vurub  yerə  salır.  Qələbə  çalan 
dozanqurdu böyük təvazökarlıqla dalını yuxarı qaldırıb 
heç geri də boylanmadan öz yoluna davam edir. 
Onun  dalıyca  boylanan  Mirsəftərsə    əlindəki  sınıq 
budağı  həyətin  bir  kənarına  tullayıb  belini  dikəldir  və 
nərdtaxtanın 
üstündəki 
qəhvəyi 
ləkələri 
silərək 
təəccüblə ona baxan babama ağlına gələn ilk sualı verir: 
-Əminiz  sovet  hökuməti  qurulandan  sonra 
ölmüşdü? 
-Yox, sovetdən qabağ. Şəhərə Şollar suyu çəkilən 
ili.  Yazıq  həsrətnən  gözdiyirdi  o  günü  ki,  krantdar 
açılsun. Diyirdi ki, bu su çekilib qutarsa gedib Həcinün 
əllərinnən  öpəciyəm.  Ancaq  qismet  olmadı  ona.  Su 
gələndə yorğan döşəyə  düşmüşdü, yaxşı döyüldü halı. 
Birinci  dəfə  Şollar  suyunnan  doldurub  evə  gətirəndə, 
dedi  canım  da  çıxsa  içməliyəm  onnan.  Biz  didik  içə 
bilməz,  axı  bir  neçə  gündi  ki,  boğazınnan  yemey  də 
keçmirdi.  Ancaq  kişi  kimi  iki  stekan  içdi.  Didi,  Allah 
Yezidə  lənət  eləsin,  day  bunnan  sonra  rahat  canımı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
282 
282 
tapşıra bilərəm. İki günnən sonra rəhmətə getdi yazıq. – 
Babam sözünə fasilə verib dodaqaltı nəsə mızıldanır və 
əlini üzünə çəkib «allah rəhmət eləsin» deyir, yalnız bu 
vaxt  Mirsəftər  başa  düşür  ki,  babam  əmisi  üçün 
ürəyində fatihə verirmiş.  
-Heyif - Mirsəftər mənalı mənalı başını yellədir. – 
Gərək sağ olaydı, təzə zamanəni görəydi. 
Babam  onunla  qətiyyən  razılaşmır,  gülümsünüb 
əlini yellədir: 
-Eh,  nə  danışırsan,  ay  rəhmətliyin  oğlu,  yaxşı  ki 
taza  hökumətin  qurulmağını  Kəbleyi  görmədi.  Yoxsa  o 
qədər  hikkə  ki  onda  vardı,  elə  səhəri  gün  cumaceydi 
Həci Zeynalabdinin üstünə ki, gördün, mən diyən oldu. 
Mən  sənə  dimişdim  ki,  o  pul  vərib  mürtəddərin, 
allahsızdarın  içinə oxumağa göndərdiyün gədə-güdələr 
imkan  düşən  kimi  elə  birinci  sənin  özüvün  dalınnan 
deyəceylər.  İnanmırdun.  Bu  da  axırı<.  –  Babam  başını 
qaldırıb  Təzə  Pir  məsçidinin  uzaqdan  görünən 
minarəsinə  tərəf  baxır.  -    kişi görseydi ki, taza hökumət meçiddəri nə günə qoyur, 
mollaların  başına  nə  oyun  açır,  vallahi  ki,  üreyi 
partdıyardı. Yaxşı ki, vaxtında öldi.  
-Hə,  biz  tərəflərdə  də  çoxlu  məsçidləri,  pirləri 
sökdülər,  birini  anbar  elədilər,  birini  klub.  -  Mirsəftər 
kədərlə  başını  yellədir,  amma  sonra  nə  düşünürsə  üzü 
azacıq  gülür.  -  Yaxşı  ki,  Bakıda  iki  üç  məsçid  qalıb.  O 
Təzə  pirin  məsçidinin  yanından  keçəndə  hər  dəfə  öz 
rayonumuzdakı  məsçid  yadıma  düşür,  kövrəlirəm. 
Yəqin  Təzə  pir  məsçidini  də  Hacı  Zeynalabdin  Tağıyev 
tikdirib.. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
283 
283 
283 
Babam başını yellədib deyir. 
-Yox əşi. Orda Xəlfə damı vardı. Ağır bir ocaq idi 
ora.  Sonra  Nabatxanım  Aşurbeyova  oranı  alıb  haman 
Taza  Piri  tikdirmeyə  başdadı.  Yaman  varlı-hallı  arvad 
idi,  özü  də  kişi  kimi  qiryətdiydi.  Meçidin  özülünü 
qazıyanda  Həci  Zeynalabdin  xəbər  yollamışdı  ki,  əgər 
tikintiyçün  pula  paraya  ehtiyacı  varsa,  xəbər  eləsin,  nə 
qədər  lazımdısa  kömey  eliyim.  Nabatxanım  da  cavab 
vermişdi ki, pulunu versin qatığa, çeksün başına. Bir-iki 
gün  sonra  başa  düşmüşdü  ki,  qabiliyyətsizdik  eliyib, 
adam göndərib üzr istəmişdi, Həcini çağırmışdı ki, gəlib 
özülə ilk daşı o qoysun. Həci də gəlmişdi.  
Mirsəftər  bircə  anlıq  gözlərini  öz  qaldığı  otağın 
ağ  rənglənmiş  qapısına  dikir,  elə  bil  bu  ağ  lövhədə 
Tağıyevin sifətini  canlandırmağa çalışır.  Sonra da sanki 
ixtiyarsız mızıldanır: 
-Neftin  qüdrətinə  bax.  Adi  bir  bənnanı  milyoner 
eliyəsən.  
Babam  yeyilib  qurtarmış  qarpızın  qabıqlarını 
sininin içinə yığıb içindəki tumları ayırmağa başlayır. 
-Kətdekilər  didilər  ki,  bu  qarpuzun  tumlarını 
tullamıyın, gələn il lazım olacey. – Sonra söhbəti yenə də 
Tağıyevin  üstünə  gətirir.  -  Həcini  nöyüt  milyaner 
eləmiyib,  Allah  onu  bir  günün  içində  qaldırıb  dağın 
başına bir günün içində də saldı quyunun dibinə. 
Mirsəftər təəccüblənir: 
-Məgər Tağıyevin neft quyuları olmayıb? 
-Atam 
qərdeşim, 
beyəm 
nöyütdi 
torpaq 
havayıydı  ki,  hər  yolan  keçən  bənna  alıb  quyu 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
284 
284 
qazdıreydi?  Bir  parça  elə  torpaq  almağçün  bir  ətey  pul 
lazım idi. Həciyə də o pulu allah göydən yetirdi. 
-Necə yəni göydən?  
-O vaxt, hələ Həcinin bənna olan vaxtlarında, bir 
nəfər  gəlib  diyir  ki,  ağam  səni  görmək  istiyir.  Evin 
içində  balaca  bir  divarı  tikəceysən,  yaxşı  da  pul 
vericeylər,  ancaq  tapşırıb  ki,  sənin  gözdərivi  bağlıyaq, 
hara getdiyivi bilmiyəsən. həci də razılaşır. 
-Bəs qorxmurdu?- Mirsəftər təəccüblənir. 
-Nədən  qorxaceydi?  Bənna  adam  idi  də.  Döyüb 
malakeşini  əlinnən  almayacağdılar  ki.  Müxtəsəri,  onu 
bir mülkə  gətirillər, ancaq  içəri otaqlara salannan sonra 
gözdərini  açıllar.  Görür  ki,  əntiqə  bahalı  bir  evdü, 
kresloda  da  haldan  düşmiş  qoca  bir  dənə  kişi  oturub, 
özü də müsürmana oxşamır. Kişi onu getirənnəri həyətə 
çıxardıb Həciyə diyir ki, sənin haqqında çox eşitmişəm, 
diyillər  usta  bənnasan.  Sənə  bir  işim  düşüb.  Mən 
möhkəm  xəsteyəm,  beş-altı  günə  o  yannıq  olaceyəm, 
özüm hiss eləmişəm. Ancaq bir dərdim var, övladdarım 
bifərdü,  bir  oğlum  piyaniskədü,  o  birisi  də  qumarbaz. 
Bilirəm ki, mən başımı yerə qoyan kimi yığdığım bütün  
qır-qızılı,  malü-mülki  satıb  başına  daş  salaceylər. 
Onunçün  istiyirəm  ki,  bir  sandıq  qızılı  səniynən  bir 
yerdə bu evin pilləkannarının altında gizdədeg. Həci bir 
söz  dimir,  hər  şeyi  tədarük  görüllər,  sonra  kişi  evinin 
içindən həyətə düşən balaca pilləkannarın yanına gətirir 
Həcini,  o  də  pillələrin  birini  çıxardıb  bir  sandıq  qızılı 
onun altına yerləşdirir, pilləkanın daşını təzədən yerinə 
qoyur,  dörvəsini  də  əhəngliyir.  Kişi  diyir  ki,  əgər 
fərasətdəri olsa, baxıb görəceylər ki, pilləkanın bu daşı o 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
285 
285 
285 
birilərdən  hündürdədi.  Biləceylər  ki,  burda  nəsə  var, 
onda  qoy  halal  xoşdarı  olsun.  Yox  ağıllarına  gəlməsə 
qoy qalıb, kimə qismət olursa olsun.  
Axşam  düşəndə  işini  görüb  qurtarannan  sonra 
Həci gözünə döndüyüm də eləmə tənbəllik, ayaqabısını 
batırır  əhəngə.  Sonra  nökərlər  gəlillər,  Həcinin  pulunu 
artıqlamasıynan  verib  təzədən  gözdərini  bağlıyıllar, 
faytona  mindirib  gətirillər  şəhərin  içinə,  orda  gözdərini 
açıb  düşürdüllər  aşağı.  Həci  də  elə  geceynən  təxmin 
elədiyi  məhəllələrdə  gəzib  baxır  ki,  hansı  mülkün 
qabağında əhəng ləpirləri var. Axırı səhərə yaxın həmən 
mülki  tapır,  rahat  çıxıb  gəlir  evinə.  Sonra  da  o 
məhəllədəki ev dəllallarına xəbər eliyir ki, o mülk satılsa 
birinci  mənə  diyün.  Qoca  kişi  düz  diyirmiş,  həmən 
vaqiədən iki həftə sora xəbər gəlir ki, gədələr evi satıllar. 
Həci  dəllalnan  bir  yerdə  müştəri  kimi  gedib    o  mülkə 
baxır, həmin piləkannarı da görəndə fikir vərir ki, ora əl 
vuran  olmuyub.  Arxayınnaşır,  gedib    kimnənsə  faizə 
pul  götürüb  tez  həmin  evi  alır,  pilləkanın  altındakı 
qızılları  çıxardır,  sonra  neftli  torpaq  alır,  buruq  qazıyır, 
quyuları  fantan  vurur,  dönüb  olar  neftxuda.  –  Babam 
danışa  danışa  öz  həyətimizdəki  daş  pilləkannarı 
nəzərdən  keçirir,  elə  bil  onların  da  altında  qızıl  olub 
olmamağını  fikirləşir.  Nəhayət  sözünə  davam  edir.  – 
Didiyim odu ki, Həciyə allah-təala özü o qədər varidatı 
vərmişdi,  onunçün  də  Həci  simicdiy  eləməzdi, 
camaatçün  əlinnən  gələni  eliyərdi,  bilirdi  ki,  bir  gün 
gələn  bir  gün  də  gedəcey.  Elə  də  olur.  Taza  hökumət 
qurulan  kimi  Həcinin  neyi  var,  alıllar  əlindən,  bir  dənə 
Mərdəkandakı  həmin  bağı  vərillər  ona.  Elə  orda  da 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
286 
286 
rəhmətə gedir. Rəhmətdiyin dəfnində  bilirsən nə qədər 
adam  vardı?  Heç  İstalin  öləndə  o  qədər  məxluq 
tökülməmişdi küçələrə. Elə bil şəhəri qarışqa basmışdı< 
<  Söhbətin  bu  yerində  həyət  qapısına  elə  bil 
möhkəm bir təpik dəyir və geri çönən Mirsəftərlə babam 
qapının  çərçivəsinə  söykənən  əmimi  görürlər.  Onun 
görkəmindən  bilinir  ki,  ayaq  üstə  güclə  dayanır, 
gözlərinin gilələri də elə bil ayrı-ayrı istiqamətlərə baxır. 
Lakin bu halsızlıq hamının adət etdiyi kimi sərxoşluğun 
, yaxud o zəhrimara qalmış anaşanın təsirinə oxşamırdı. 
Çünki  əminin  sifətində  sərxoş  olduğu  vaxtlarda 
parıldayan həmin spesefik təbəssümdən əsər əlamət yox 
idi. Elə bil nəsə qeyri-adi bir hadisə baş vermişdi.  
Bunu  ilk  olaraq  babam  hiss  edir.  Qəfildən  ayağa 
qalxıb oturduğu stulu kənara itələyir, ancaq hələ əmimə 
tərəf getməyə cürət etmir və yalnız boğuq səslə:  
– Nə olub ki? - deyə soruşur. 
Əmim  düymələri  yarıyacan  açıq  köynəyinin 
yaxasını  dartışdıraraq  quyu  dibindən  gələn    qəribə  bir 
səslə cavab verir: 
-Cəbrayılın  kiçik  qızı  nöyüt  töküb  özünü 
yandırıb. – Sonra özü özüylə danışırmış kimi əlavə edir. 
- Bu da üç. Allah ikisindən saxladı, üçüncüdən saxlamaq 
istəmədi< 
 
                                         Bir  
 
            
Ümid qeyb oldu, ruhumda qaranquşlar ölən gündən, 
Mən eşqimdən qaçaq düşdüm sən insafa gələn gündən. 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
287 
287 
287 
Daha hifz eyləyən yoxdur bəladan ruhumu, yəqin, 
Mələklər də küsüb məndən səni tanrım bilən gündən. 
 
Uçub getsəm də yanından,  elə bilmə ki, tənhasan, 
Başın üstündəyəm hər gün, səmaya yüksələn gündən. 
 
Saralan çöhrəmin irəngi mənimçün yadigar qalmış, 
Payız yarpaqlarıyla sən gözüm yaşın silən gündən. 
 
Cəhənnəm quşları açmış mənə öz odlu ağuşun, 
Səni tapmaq yəqin ikən gümana çevrilən gündən. 
 
Yuxum üz döndərib məndən, gözüm bağlanmayır bir dəm, 
 O məsum çöhrəvin əksi gözümdə dincələn gündən. 
 
Atıbdır Fəhmini hiddətlə dərdin qoynuna tanrım, 
Sevinclə dərd arasında bu dünyanı bölən gündən. 
 
                                         İki  
 
Güclə vaxt tapmış idim bircə nəfəs gülmək üçün, 
Tez bəla gəldi dodaqdan gülüşü silmək üçün. 
 
Sənə dönmək nə səadətdi, burax əllərimi, 
Qoy gedim, itməyə yox-bir də sənə gəlmək üçün. 
 
Bütün ömrüm boyu dil tapmadım öz könlüm ilə, 
Can verərdim bu çətinlikdə dili bilmək üçün. 
 
Qələmimdən süzülür duyğularım ağ varağa 
Dəftərim içrə beş-on günlüyə dincəlmək üçün. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
288 
288 
 
Cismi at, ruhuvu azad elə artıq yükdən, 
Bir çinar yarpağı üstə göyə yüksəlmək üçün. 
            
Taleyin fırçasın almış dişinə çərxi-fələk, 
Ömrümü rənglərə göy qurşağı tək bölmək üçün. 
   
Mən sürünmək dolu bu ömrü verərdim, Fəhmi, 
Bir saatlıq kəpənək tək yaşayıb-ölmək üçün
        
                                    Üç  
 
Bu güzgüdəki sənsən, gülmə mələyim gülmə, 
Əksin niyə daşlaşdı, bilmə mələyim bilmə. 
 
Biz zirvəsinə eşqin ayrılmaq ilə çatdıq, 
Gecdir yanıma artıq gəlmə mələyim gəlmə. 
 
Göz yaşı o günlərdən çöhrəndə qalan izdi, 
Gör bir necə acizdi, silmə mələyim silmə.  
 
Son saniyəsi ömrün qopmaqdadı əqrəbdən, 
Ölmək də düşüb dəbdən, ölmə mələyim ölmə. 
 
Təkcə sənin olsun qoy, ruhunda onu bəslə 
Sən Fəhmini heç kəslə, bölmə mələyim bölmə. 
 
Birinci kitabın sonu
 

Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə