İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə70/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
255 
255 
255 
çatırdı.  Balığınnan,  kürüsünnən  daşıyıb  götürürdülər, 
sıxıb yağını işdədirdilər.   
-O cür dada çatmaqdansa, çatmasa daha yaxşıdı. 
–  Mirsəftər  də  ağır  ağır  başını  yellədir,  babamın  atdığı 
zərləri  əlinə  götürür.  –  Əvvəldən  elə  şorannıq  olub  o 
tərəflər? 
-Yox, -babam qətiyyətlə deyir, - əvvəllər, nə bilim, 
iki  yüz  il,  üç  yüz  il  bunnan  qabaq  dəniz  bizim 
kəndimizdən xeyli aralıymış, diyilənə görə səhər kətdən 
çıxanda  günorta  ancaq  çatmaq  olurdu  dənizə.  Pirallahı 
da,  o  vaxtlar  cəzirə  döyülmüş,  elə  yapışıq  imiş  bizim 
torpaqlara.  Həmən  vaxtlarda kəndin  yan-yörəsində  çox 
əntiqə,  keyfün  istiyən  torpaqlar  varmış.  Kəndin  gilavar 
əlində  də  sıx  meşələr,  cəngəlliklərdi.  Xanlar,  bəylər 
Bakidən durub biz tərəflərə gələrdilər ki, meşələrimizdə 
ova çıxsunnar, ceyran vursunnar. 
-Doğrudan? – Mirsəftər deyəsən inanmaq istəmir. 
– Abşeronun qurtaracağı hara, cəngəllik hara. 
-Nə  var  burda  ki?  Diyirəm  meşəlik  olub  da  .  – 
Kirayənişinin  onun  sözünə  şübhəylə  yanaşmağı 
deyəsən  babamın  xoşuna  gəlmir.  –  Oğlum  yaşındasan, 
hindi  durub  səni  barmağıma  dolamiyciyəm  ki? 
Tayımsan?.. Pənc cahar.  
Bir  neçə  dəqiqə  ortaya  sükut  çökür,  yalnız 
nərdtaxtaya dəyib şaqqıldayan zərlərin, bir də bala-bala 
öz  xanalarını  dəyişən  daşların  səsi  eşidilir.  Nəhayət, 
yenə, babam dillənir. 
–  O  vaxtlar  kənd  camaatı  əkinçiliklə  yaxşı 
güzaran  qurubmuş  özünə.  Elə  bərəkətli  torpaqlar  olub 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
256 
256 
ki,  day  nə  istəsən  əkmək  olurmuş.  Amma  sonra  elə  bir 
hadisə olub ki, kəndin əhvalı korranıb. 
–  Nə  olub  ki?  -  Mirsəftər  ani  olaraq  əl  saxlayır, 
sonra yenə zəri tullayır. – İki bir. 
–  Bizim  kəndin  qırağında  bir  türbə  vardı.  Vardı 
diyəndə ki, elə indi də var, ancaq day kəndin qırağında 
döyül, kənd böyüyüb, türbə qalıb evlərün arasında. Hə, 
bu türbə çox qədimidü. Heç kim dürüst bilmir ki, haçan 
tikilib.  Biri  diyirdi  ki,  nə  bilim  İskəndər  Zülqərneynin 
vaxtınnan qalıb, alayısı diyirdi ki, yox, bəs, şah Abbasın 
vaxtında tikilib. Hə, çox ağır bir pir idi o yer, bu türbəyə 
də  bir  seyid  nəsli  qulluq  eliyirmiş,  elə  öləndə  də  onları 
türbənin  yan-dövrəsində  basdırırmışdar.  Sonra  bu 
türbənin  kəramətini  görüb  camaat  da  yavaş-yavaş 
başdadı  öz  ölülərini  orda  basdırmağa,  türbənin  dövrəsi 
də  dönüb  oldu  qəbristannıq.  Hə,  indi  fikir  ver,  gəlib 
çıxıram  söhbətimin  mustafasına.  Diməli,  iki-üç  yüz  il 
əvvəl,  kənd  camaatının  əkin-tikindən  qaz  vurub  qazan 
dolduran  vaxtı  bir  neçə  nəfər  nadürüst,  tamahkir 
adamın 
gözü 
düşür 
qəbristanlığın 
ətrafındakı 
torpaqlara,  başlayırlar  camaatın  içində  söz-söhbət 
çıxartmağa ki, bəs, kəndin gül kimi yeridü, torpağına da 
söz  yoxdu,  ancaq  bu  seyiddər  oranı  döndəriblər 
qəbirsandığa, bir az da belə getsə ölülər artdıqca, kəndin 
ən yaxşı əkin yeri qəbirsandıq olacey, ölülər bu dünyada 
da  yerimizi  dar  eliyəceylər,  nə  bilim  filan-beşməkan. 
Müxtəsəri,  camaatın  beynini  doldurullar  ki,    day 
türbənin 
yan-yörəsində 
ölü 
dəfn 
eləməsinnər, 
qəbirsandığı  da  köçürtsünnər  kənddən  xeyli  aralıqdakı 
daş-kəsəkli bir yerə, deyirlər ki, burda  onsuz da heç  nə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
257 
257 
257 
əkib  becərmey  olmur,  qoy  elə  ölülərə  qismət  olsun 
buralar. Türbənin qulluğunda dayanan seyiddər əvvəlcə 
razı  olmullar,  kənd  əhlinə  başa  salıllar  ki,  bura 
müqəddəs yerdi, kəramətdi yerdi, ölüləri basdırmaqçün 
elə  buralar  məsləhətdü.  Ancaq  xeyri  olmur,  camaat  o 
nadürüstdərin  fitvasına  gedib  qəbirsandığı  köçürdür 
kənddən  uzaq,  həmin  daş-kəsəkli  yerə.  Türbənin 
dövrəsində  də  xırda  hasar  çəkillər  ki,  daha  əlavə  ölü 
basdırmağa  yer  olmasın.  Yan  yörədəki  torpaqların  da 
hamısında taxıl əkillər.  
Kənd  camaatının  bu  hərəkəti  seyidlərə  xoş 
gəlmir, məclisdərin birində türbənin axırıncı qulluqçusu 
olan  seyid  gəlib  camaata  deyir  ki,  siz  bir  parça 
torpağuvuzu  ölülərə  qıymaduz,    dünya  malını 
əmvatuvuzun  rahatdığından  artıq  tutduz,  Allah  sizin 
cəzavuzu  verəcək,  qəbirlərivüz  meyit  üzünə  həsrət 
qalacey,  qəbirsandığıvuz  da  böyümiyəcey,  elə  xırda 
qalacey.  Onda  arzuvuza  çatarsuz,  day  diməzsüz  ki, 
ölülər bu dünyada yerimizi dar eliyir. 
Müxtəsəri Seyid o vaxtdan kənd  əhlindən küsür, 
gedir Dübəndidən bir az aralıda, Qılınc qayanın dibində 
özünə  xırda  bir  daxma  tikir,  külfətini  də  köçürdür  ora. 
Bir neçə ildən sonra, ümumiyyətlə bu tərəfləri tərk eliyib 
gedir. 
Camaat da bir neçə vaxt sonra o seyidi də, dediyi 
sözləri də yadından çıxarır. Amma belə  məlum olur ki, 
məsələ  bunuynan  bitmirmiş.  Camaat  təzə  qəbirsandıq 
salannan on beş iyirmi il sonra dəniz başlayır qalxmağa, 
su da ildən-ilə irəli gəlib kəndə yaxınlaşır,  dövrəsindəki 
meşələr  çürüyüb  tökülür,  əkin  yerlərinin  də  bir  qismi 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə