İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə68/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   64   65   66   67   68   69   70   71   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
249 
249 
249 
ağaclarının  səxavətlə  yerə  səpələdiyi  şirəli  tutlar  ayaq 
altında qalıb əzildikcə, ayaqqabılara, başmaqlara yapışıb 
onların  altlığına  elə  hopurdu  ki,  heç  Koroğlunun  Misri 
qılıncıyla  da  qaşıyıb  təmizləmək  olmurdu.  Yayın 
ortalarında  bakılıların  beldə  gəzdirməyə  adət  etdikləri 
bıçaqların  hansı  birinə  əl  vursaydın,  ayaqqabıların 
altındakı  tutları  qaşımaqdan  şirə  bağlamış  dəmiri  əlinə 
yapışacaqdı.  Bıçağı  yumağın  da  xeyri  olmurdu,  bu 
həyasız  tutun  şirəsi  dəmirə  də  hopurdu  və  türmələrdə, 
zonlarda  düzələn  gül  kimi  bıçaqlar  adam  yortmaq 
funksiyasını  itirirdilər,  olurdular  kampotluq  bıçaqlar. 
Bakının yuxarı məhəllələrində yay aylarında bıçaqlaşma 
hadisələrinin 
faizi 
xeyli 
aşağı 
düşürdü. 
Şirə 
bağladığından hara gəldi yapışan bıçağı beldən çıxarana 
qədər adamın nəinki kimisə yortmaq həvəsi, heç qarışqa 
tapdalamaq  şövqü  də  qalmırdı;  ya  yortmaq  istədiyin 
adam  o  vaxtacan  qaçıb  aradan  çıxırdı,  ya  da  sən  bıçağı 
çıxarana  qədər  yumruğu  qoyurdu  ağzıvın  üstünə,  sən 
də  tir-tap  uzanırdın  od  kimi    qaynar  asfaltın  qırağına, 
bıçaqın da batırdı öz dalıva.    
Məhz həmin vaxtlarda, yay aylarının ortalarında, 
atamın  Neft  daşlarından  qayıdıb  evimizin  damında 
dincəldiyi,  kiçik  əmimin  isə  Qırxpiləkanın  altındakı 
pivəxanada  dağlılarla  söz  güləşdirdiyi  axşamların 
birində,  artıq  təqaüdə  çıxmış  və  bekarçılıqdan  Bakı 
damlarının  qırı  kimi  ona-buna  qırsaqqız  olub  yapışan 
babam  həyətimizdə  yeganə  kirayənişin  olan  Mirsəftərə 
qəmiş olmuşdu ki, onunla beş-altı tas nərd atsın. İnsafla 
desək,  Mirsəftərə  qırsaqqız  olub  yapışmağa  bir  o  qədər 
də, ehtiyac yox idi, çünki Bakıda bir qədər də tanış-bilişi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
250 
250 
olmayan,  xasiyyətcə  hay-küylü  məhəllə  cayıllarına 
uyuşmayan  bu  sakit  rayon  uşağı  onsuz  da,  işdən 
gələndən  sonra  bütün  günü  evdə  darıxırdı  və  babamın 
belə təkliflərini bizə gəlib-gedən qohum-qonşudan fərqli 
olaraq,  böyük  məmnuniyyətlə  qəbul  edirdi.  Elə  həmin 
axşam  da  həmişəki  kimi  Mirsəftər  özünün  düzəltdiyi 
qəhvəyi  rəngli  balaca  kətili  gətirib  həyətdəki  tut 
ağacının altında quraşdırılmış iri, kobud stolun arxasına 
qoyub oturmuşdu. Ancaq babamla nərd atmağa başlasa 
da,  bir  neçə  dəqiqə  idi  ki,  fikrini  nərdtaxtanın  üstündə 
cəmləşdirə  bilmirdi.  Ağacların  tutu  artıq  ağaclardan 
tökülüb  qurtarsa  da,  yerdə  hələ  uzun  müddət    şirəli 
palçıq formasında öz mövcudluğunu davam etdirirdi və 
bayaq  dediyimiz  kimi  camaatın  ayaqqabılarının, 
başmaqlarının altına yapışırdı. Mirsəftər də nərd ata-ata 
çox əlləşsə də, yerdən götürdüyü xırda dəmir parçasıyla 
başmaqlarının altını tam təmizləyə bilmirdi, görürdü ki, 
rezin  altlığı  bir  az  da  qaşısa,  cırılıb  dağılacaq.    Başa 
düşürdü ki, bu başmaq da artıq kampotluqdu.  
Nəhayət,  Mirsəftər  bezib  dəmir  parçasını  bir 
kənara  ataraq,  bütün  diqqətini  zərlərə  və  babama 
yönəldir.   
– Şeş cahar, o vaxtlar yəqin sənin yadına gəlməz.. 
–  Babam  nərdtaxtanın  yanına  qoyulmuş  armudu  
stəkanı əlinə götürüb, xoruzquyruğu çaydan bir qurtum 
içir.. - haçan köçmüsən Bakiyə? 
–  Dörd  il  əvvəl,  əlli  səkkizinci  ildə.  «Üç-bir»  - 
kirayənişinimiz  cavab verib zəri atır. 
– Hə, əybi yox, əlli-altmış ildən sonra siz də bakili 
olarsuz.  Babam elə bil Mirsəftərə toxdaqlıq verir. -  Elə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
251 
251 
251 
bizim  özümüz  də,  altmış-yetmiş  il  bunnan  qabaq 
gəlmişik  Bakiyə.  Zirədən  köç-külfət  yığışıb  bura 
köçəndə, mən xırda uşaq idim. Yadıma gəlir ki, Dumun 
qabağı çöllü-biyaban idi, Çəmbərəkətdilər taxıl əkirdilər 
orda, «Pənc-dü». 
–  Nəyin  qabağında  taxıl  əkirdilər?  -  Mirsəftər 
deyəsən yaxşı başa düşmür. 
– Dumun.  
– Ora haradı ki? 
Babam başını qaşıyır, deyəsən, indi həmin binada 
yerləşən idarənin adını yadını salmağa çalışır.  
–  Əşi,    təpəsində  saat  olan  idarə  var  e.  Bu 
Qırxpiləkəndan  düz  aşağı  düşəndə,  üstünə  çıxırsan. 
İçərişəhərin divarına yapışıq. 
–  Dörd  qoşa,  -  Mirsəftər  gülümsünür.  -  Bildim, 
Bakı şəhər İcrayə komitəsini deyirsiz.  
–  Hə,  –  babam  başını  yellədir,  –  o  vaxtlar  orda 
Dumxananın  binasıydı.  Biz  gələndə  ordan  ta  Dağlı 
məhəlləsinəcən  çöllük, qayalıq idi. Bir balaca xəzri əsən 
kimi,  elə  tozanaq  qalxırdı  ki,  göz-gözü  görmürdü. 
Adamın  ağız-burnu  da,  torpaqla  dolardı.  Anam  
rəhmətlik  həmişə  atamın  dalıyca  deyinirdi  ki,  kəntdəki 
gül  kimi  bağ-bağatı  qoyub,  gətirdi  bizi  saldı  bu 
daşdarın, tozanağın içinə. Sə-dü. 
–  Daşlıq  niyə?  -  Mirsəftər  təəccüblənir.  -  İki-bir. 
Bəs  demirdiz  ki,  taxıl  əkirdilər?  Taxıl  başa  gəlirsə, 
deməli, yaxşı torpaqlar olub da. 
– Eh, rəhmətliyin oğlu. - Babam əllərini yellədir. - 
O  taxıl  əkilən  yerlərə  heç  yaxın  düşmey  olurdu  ki? 
Dumun qabağını Həci Zeynalabdin alıb çəpərləmişdi ki, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə