İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə65/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   61   62   63   64   65   66   67   68   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
239 
239 
239 
Amma  hələ  ki,  bibim  hələ  ərə  getməyib  onun 
hirsinin,  hikkəsinin  qarşısına  qardaşları  sipər  çəkməli 
olur,  hərdənbir  də  nənəmin  yanına  qısılıb  ürəyini 
boşaldır. 
–  Heç  olmasa  sən  deginən,  mənə  qulaq  asmıllar. 
Çağır,  başa  sal  ki,  o  düdüyün  başına  ağıl  qoysunnar, 
özdərini  həyətdə  adam  kimi  aparsunnar,  bura  olarçün 
dağın başı döyül.. 
Nənəm  başını  yellədərək  heç  nə  demir, 
ümumiyyətlə həyətə kirayənişin buraxmaq məsələsində 
sözü yerə düşdüyündən inciyən nənəm yaxasını kənara 
çəkərək  həyətdəki  hadisələri  sadəcə  müşahidəçi 
qismində  seyr  etməklə  kifayətlənir,  heç  bir  müdaxilə 
eləmir.  Amma  yox,  yenə  çaşdım,  bir  dəfə,  cəmi  bircə 
dəfə  nənəm  müdaxilə  eləməyə  məcbur  oldu  və  bu  da 
onun  elektrik  cərəyanıyla  çox  isti  bir  kontakta 
girməsiylə nəticələndi<  
Hə, deyəsən Mirsəftərin evində qalıb ali məktəbə 
imtahan  verən  bacısı  qızı  həmin  gün  əla  qiymətlə  Tibb 
institutuna daxil olması xəbərini alır və  həmin gün necə 
olursa  bizim kişilərdən heç biri evdə olmur< 
Həm  Mirsəftərin  özü,  həm  arvadı,  həm  onlarda 
qalan bacısı və bacısı qızı, bir sözlə evdəkilərin hamısı , 
bizimkilər  demişkən,  açarlarını  itirmiş  kimi  görünürlər, 
elə sevinirlər ki, sanki latareyada adama bir dənə maşın 
udublar.  
Məlum  məsələdir  ki,  adam  belə  şad  xəbər 
eşidəndə  sevinci  yerə  göyə  sığmır,  o  ki  qaldı  on  səkkiz 
kvadratmetrlik  bir  otaq  ola  və  bir  azdan  onların 
sevincinin otağa sığmadığı daha açıq şəkildə hiss olunur 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
240 
240 
–  sevincin  bihuşedici  ətri  tavanın,  divarların,  qapıların 
arasından  sızıb  bütün  həyətə  yayılır,  hətta  yuxarı 
mərtəbəyə  də  dırmaşır  və  təbii  ki,  ilk  olaraq  bibimi, 
sonra da nənəmi qıcıqlandırmağa başlayır.  
Mirsəftərgil  sevinclərini  çox  hay  küylü  şəkildə 
büruzə  verirlər,  qışqıra-qışqıra  biri-birini  qucaqlıyıb 
öpürlər,  hərə  bir  şey  təklif  edir,  biri  deyir  elə  bu  saat 
şəhərlərarası danışıq məntəqəsindən rayona zəng vurub 
bu şad xəbəri ora da çatdırmaq lazımdır, biri təklif edir 
ki,  axşama  qonaqlıq  tədarük  edib  şəhərdəki  dost-
tanışların,  qohumların  hamısını  dəvət  etmək  gərəkdir, 
xöşbəxt  abituriyent  də  özünü  saxlaya  bilməyib  bu 
soxasoxda  imtahan  zamanı  hansı  hissləri  keçirtdiyini 
danışır,  bir  yandan  da  radionun  səsini  veriblər,  musiqi 
səsi həyəti başına götürüb, uşaqların qışqır-bağırı isə bu 
hay-küyə  xüsusi  bir  kalorit  verir,  xülasə  evdə  elə  vur- 
çartdasın var ki, gəl görəsən, dillə təsvir etmək mümkün 
deyil,  amma  buna  heç  ehtiyac  da  yoxdur.  Oxucular  ya 
özlərinin, ya da hansısa ailə üzvlərinin ali məktəbə daxil 
olmasını xatırlasa kifayət edər.       
Yuxarı otaqda oturub yorğanların yununu çırpan 
nənəmlə  bibim  bu  qəfil  hay-küydən  əvvəlcə  özlərini 
itirirlər,  çaşıb  qalırlar,  elə  bilirlər  ki,  kimsə  rəhmətə 
gedib,  amma  sonra  fikir  verib  görürlər  ki,  yox, 
kirayənişinlərin  hay-küyü  sevinc,  şadlıq  təzahürünə 
oxşayır.  Bibim  dözə  bilməyib  başını  pəncərədən  çıxarıb 
aşağı boylanır, elə bu vaxt həyətə çıxan Mirsəftər bibimi 
görür  və  yerdə  beş  qəpiklik  tapan  uşaq  sevinciylə  elan 
edir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
241 
241 
241 
-Bacım  qızı  instituta  girib  e.  Tibb  institutuna. 
Həkim olacaq. 
Sözünü  deyən  kimi  də  sevincdən  sanki  qeyri-
ixtiyari  həyətin  ortasında    qol  qaldırıb  oynamağa 
başlayır, bunu görən evdəkilər radionun səsini bir qədər 
də  artırırlar  və  gələcək  tələbənin  anası  qapıya  çıxıb 
qardaşına  qoşulur,  radiodan  səslənən  «Süleymani» 
havasında  rəqsə  başlayır,  o  birilər  də  qışqır-bağırla  əl 
çalırlar.    
Bu  eyforiya  nənəmi  də,  başını  çıxarıb  aşağı 
boylanmağa  vadar  edir  və  gördüyündən  diksinən 
arvadın 
dilinə 
gələn 
ilk 
sözlər 
bunlar 
olur: 
«Əstağfurullah,  bulara  noolub  belə?  Başdarına  hava 
gəlib?» 
– Bacısı qızı instituta girib, -  qaşlarını çatan bibim 
cavab verir. 
– Nə olsun ki.? Böyük iş olub, - nənəm mızıldanır, 
- yekə eşşey boyda kişi şingilə kimi düşüb ortaya ki, nə 
var-nə var bacım qızı instruta girib. 
Öz  yerinə  qayıdıb  təzədən  yun  çubuğunu  əlinə 
götürən nənəm bibimi də içəri çağırır. 
– Ört pəncərəni, keç içəri. Tiyatır döyül səninçün. 
Əlbəttə,  nənəm  də  əyalət  adamı  olsaydı 
Mirsəftərgilin  sevincini  təbii  qəbul  edərdi,  amma  arvad 
tamam  ayrı  cür  fikirləşirdi.  Adam  bu  cür    sevinər 
türmədə yatan oğlu buraxılanda, nə bilim, övladı birinci 
maaşını  evə  gətirəndə,  toy-nişan  eliyəndə,  ən  uzağı 
maşın alanda. Yoxsa ki, belə? 
O vaxtlar Bakı camaatı içində ali təhsil almaq elə 
də  böyük  fəxr  hesab  olunmurdu.  Cavanların  meyli  də 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə