İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə63/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   59   60   61   62   63   64   65   66   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
233 
233 
233 
– Qozbeli qəbir düzəldər. Nahaq buraxdın həyətə 
onnarı.  Adam  qonum  qonşu  yanında  da  xəcalət  çəkir. 
Odey,  dostuvun  arvadı  yenə  paltar  səriyir  orda.-  Bunu 
deyib  həyətdəki zivənin qabağında  dayanan Güləbətini 
göstərir.  – Abırsızın  qızı  abırsız,  indi  yenə  də  bütün  alt 
paltarllarını  asacey  həyətin  ortasında,  gəlib  gedənin 
gözünün qabağında. Day dimir ki, əlli dənə kişi xaylağı 
girir həyətə. 
-Dedim  ki,  çağırıb  başa  salaram.-  Atam  bacısına 
söz  verir.  Qız  bir  az  sakitləşir,  amma  bir  gün,  iki  gün 
keçir. Həyətdə heç nə dəyişmir, kirayənişinlər yenə evdə 
qışqıra-qışqıra  danışır,  uşaqları  yenə  həyətdə  vəhşilik 
edir,  belə  məlum  olur  ki,  atam  hələ  öz  dostuna  heç  nə 
deməyib.  Yəqin  ki,  utanır  nəsə  irad  tutmağa,  xəcalət 
çəkir.  
Nəhayətdə,  bibim  kiçik  əmimdən  xahiş  edir, 
əmim  də  şapkəsinin  qaldırıb  başını  qaşıyır,  sonra 
razılaşır,  söz  verir  ki,  axşam  həyətdə  nərd  oynayanda 
yarızarafat, yarıgerçək hər şeyi Mirsəftərə başa salsın< 
–  Hə,  bu  da  sabir  (  yəni  sə-bir),  –  əmim  axşam 
ikinci  tasın  əvvəlində  əsas  söhbəti  açmağı  qərara  alır.  – 
Hə,  Şaqqulu<  (əmim  Mirsəftərin  arvadı  Güləbətini 
«Kəlbətin  bacı»  çağırdığı  kimi,  onun  özünə  də  həmişə 
Şaqqulu deyirdi. Daha bilmirəm, prikola tuturdu, yoxsa 
xətrini  istədikdən  belə  eliyirdi.  Əsas  söhbətdən 
yayınsam  da  qeyd  eləmək  istəyirəm  ki,  ümumiyyətlə, 
əmimin  nəzərində  Bakının  kişi  cinsinə  məxsus  əhalisi 
bir 
neçə 
kateqoriyaya 
ayrılırdı: 
– 
Şaqqulular, 
Maqqulular,    bir  də  Matişkələr.  Birinci  kateqoriyaya 
xətrini istədiyi, ikinciyə istəmədiyi adamlar daxil idi.  O 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
234 
234 
ki  qaldı  mənhus  üçünci  kateqoriyaya,  bura  da  əmimin, 
ümumiyyətlə, adam hesab eləmədiyi, bunun üçün də nə 
sevgiyə, nə də nifrətə layiq bilmədiyi Bakı sakinləri aid 
edilirdi.  Düzdü,  bu  üç  qismdən  daha  üstün  olan 
dördüncü  təbəqə  də  mövcud  idi  ki,  bunlar  da  Cayıllar 
idi və bunların sadəcə adları hamı tərəfindən sevgiyə və 
hörmətə məhkum olduqlarının nişanəsiydi. Zahirən hiss 
elətdirməsə  də  əmim  özünü  məhz  bu  dördüncü  və  ali 
sayılan kateqoriyaya aid olanların  sırasında  görürdü)< 
–  Pəncek  (  yəni  pənc  yek)  –  əmim  nəhayət  ki,  mətləbə 
keçir:  –  onu  diyirdim  axı,  Şaqqulu,  evdə  nöşün  qışqıra- 
qışqıra danışırsuz? Qırxayaq girib qulaqlaruvuza? 
–  Kim  qışqırır?  Biz  ?  Ağlımız  çaşmayıb  ki,  evin 
içində  qışqıraq.  –  Mirsəftərin  təəccübü  o  qədər  səmimi 
və  təbiidir  ki,  əmim  bir  anlıq  çaşıb  qalır,  özünü  itirir,  
içində şübhələr baş qaldırır. Şəxsən özü evdə çox nadir 
hallarda  göründüyündən  vəziyyətdən  bixəbərdir  və 
düşünür  ki,  bəlkə  bacısı  ona  səhv  məlumat  verib, 
əslində  bu  yazıqlar  evdə  nəinki  qışqırmırlar,  hətta 
laldilli danışırlar. 
Amma  elə  bu  vaxt  sükut  pozulur,  Mirsəftərin 
qaldığı  evdən  onun  arvadı  Güləbətinin  çığırtıdan  bir  o 
qədər də fərqlənməyən səsi eşidilir. 
– Ay qız, Bəsti, ordan bıçağı mənə ver. 
Əmim  yüngülcə  diksinir.  Səsin  tonu  bizim 
sakitliyə  öyrəşmiş  həyətimizçün  həqiqətən  də  çox 
yüksəkdir və əmim qaşlarını çatıb Mirsəftərə baxır. 
– Uşağın qulağı yaxşı eşidmir beyəm?  
–  Niyə  ki?  Lap  yaxşı  eşidir.  –  Mirsəftər  sualın 
səbəbini, təbii ki, hələ anlamır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
235 
235 
235 
– Bəs onda bapbalaca otağın içində nöş qışqırır o? 
Adam kimi çağırsun da. 
Arxası  evinə  tərəf  əyləşən  Mirsəftərin  başı  qeyri-
ixtiyari yüz səksən dərəcə geri çönür, açıq qapıdan içəri 
boylanır, sonra təəccüblə çiyinlərini çəkir. 
– Kim qışqırdı ki? 
–  Nənəm.  -  Əmim  azacıq  əsəbləşir.  -  Arvaduvu 
diyirəm də. Burda başqa kimin səsi çıxdı bəyəm? 
– Arvadım qışqırdı ki? 
Hiss olunur ki, biri-birini başa düşmürlər. Əmim 
fikirləşir  ki,  bu  düdük  ya  məni  doluyur,  ya  da  özünü 
gicdiyə  qoyub.  Misəftər  də  təxminən  eyni  şeyləri 
düşünür. 
–  Alə  Şaqqulu,  day  qışqırmağ  necə  olur? 
Diksindim səsindən e. Süz evdə həmişə belə danışırsuz?  
–  Bəs  necə  danışaq?  Pıçıldamayacağıq  ki?  - 
Mirsəftər özünə haqq qazandırır. 
–  Malades.  Mən  səni  panyatkalı  oğlan  bilirdim. 
Belə  getsə  səni  Şaqqululuqdan  çıxardıb  ataceyəm 
Maqquluların cərgəsinə. 
Mirsəftər 
əmimin 
insan 
kateqoriyalarından 
xəbərsiz  olduğuna  görə  Şaqqululuqla  Maqqululuğun 
fərqini də anlamır və tərəddüdlə soruşur. 
– Doğrudan yəni bərkdən danışırıq? 
– Əgər sən də evin içində belə danışırsansa, onda 
hesab  elə  ki,  danışdığlaruvun  hamısı  bizimkilərin 
qulağındadı.  Sən  rayondakı  evlərivizə  baxma,  burda 
xırda  həyətdi,    evlər  də  biri-birinin  içində.  Bir  az 
bərkdən  danışdunsa,  hamı  eşidəcey.  Radionu  da  çox 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə