İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə64/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   60   61   62   63   64   65   66   67   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
236 
236 
bərkdən  qışqırtma.  Arvad  sakitdiy  xoşduyur.  Namaz 
qılan, Quran oxuyan adamdı.  
Mirsəftər bir neçə saniyə fikrə gedir və əmimə söz 
verir  ki,    arvad-uşağına  da  tapşırsın,  evdə  çox  bərkdən 
danışmasınlar. 
 
Beləliklə,  ilk  irad  kirayənişinimizin  qulağına 
çatdırılır,  amma  vərdiş  elə  şeydi  ki,  hələm-hələm 
tərgitmək  olmur,  Mirsəftərgil  də  hələ  bir  xeyli  müddət 
öz  kənd  adətlərini  tərgidə  bilmirlər,  bir  az  sakit 
danışandan  sonra,  bir  də  görürsən  əmimin  iradı 
yadlarından  çıxır  və  yenə  də  başlayırlar  evin  içində 
qışqırmağa. Bu da təbii ki, bibimi bir az da qıcıqlandırır,  
deyinmək üçün əlinə bəhanə verir.  
–  Saymır  da  sizi.  Üzüvüzü  yumşaq  görüb,  –  gah 
atama, gah da əmimə acıqlanır. – Düdüyün biriynən də 
bacara  bilmirsüz.  Özünü  elə  aparır  ki,  elə  bil  atasının 
xarabasındadı.  Həm  də  həyəti  döndərib  karvansaraya. 
Balam, adamın nə qədər qohumu, tanışı olar? Rayonnan 
kim  gəlirsə,  elə  avtavağzaldan  düşən  kimi  cumur  bizə. 
Özü  də  ayıya  oxşuyullar,  adam  hürkür  vid-
fasonnarınnan.  Xəcalət  çəkirəm  həyətdə  oturmağa;  biri 
gəlir,  biri  gedir.  Ayaqyoluya  da  yaxın  düşmək  olmur, 
həmişə  oçered  (  yəni  növbə)  var  qabağında,  hamısı  da 
buların  qonaq-qarası.  Gərək  gecə  yarını  gözdiyəsən  ki, 
boşalsun..    
Həqiqətən  də,  Mirsəftərgilə  gəlib  gedən  çoxdur, 
belə  görünür  ki,  kəndlərindən  Bakıda  yaşayan  bircə 
odur,  hər  hansı  işdən  ötrü  şəhərə  gələnlər  də  təbii  ki, 
onlara  təşrif  buyurur,  bir  də  görürsən  bir  otaqlı  balaca 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
237 
237 
237 
evdə on-on iki adam gecələyir. Ora necə sığışırlar, bunu 
təkcə Allah bilir.   
– verillər,  səsdərinnən  divarlar  sirkələnir.  Arvaddarı  da 
ki, kişilərinnən beşbətər.  
Atam  bacısının  növbəti  təzyiqinə  də  müxtəlif 
bəhanələrlə tab gətirməli olur. 
– Diyim ona ki, evinə qonaq qoyma? Yaxşı çıxmır 
axı. Diyər ki, bir dənə dılğır otaq veriblər mənə, salıblar 
gözümçıxdına. 
Bibim, əlbəttə ki, təslim olmur. 
-Onda  tapşır  ki,  karvansaraya  döndərməsin  evi. 
Gəlib gedənnəri azaltsın. 
-Elə  şey  olar?  –  Atam  rayonlu  dostunun  tərəfini 
vermir,  –  qohum  əqrabasına  necə  desin  ki,  gəlmiyin 
bizə? Yəqin bunnan başqa şəhərdə adamları yoxdu da. 
–  Getsinnər  qastinsada  qalsınnar.  –  Birdən 
bibimin  ağlına  nəsə  əcaib  bir  fikir  gəlir  -  Nə  bilirsən  , 
bəlkə o evinə gələnnər heç qohumu-filanı döyül bunun. 
Pul alıb gecə yatmaqçün buraxır evə. 
Atamı biixtiyar gülmək tutur.             
–  Yaxşı  görəy,  gic-gic  danışma.  Yad  adamı  öz 
arvad  uşağıynan  bir  evə  buraxmıyacaq  ki.  Gələnnərin 
hamısı yəqin ki, öz qohum-əqrabasıdı. 
–  Bulardan  nə  disən  çıxar.  Eh,  mənnən  olsa 
buların  ipini  bilirsən  necə  yığaram.  Bir  aya  adam 
eliyərəm hamısını. 
Hə,  bibim  də  belə  bibiydi,  əvvəl  gündən 
bakılılardan  başqa  heç  kimi  adam  hesab  eləmirdi  və 
axıracan  da  fikrini  dəyişmədi.  Bir  qədər  irəli  qaçıb  onu 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
238 
238 
da  demək  isəyirəm  ki,  iki-üç  il  sonra  bibimi  Kubinka 
tərəfdə  yaşayan  uzaq  qohumlarımızdan  birinin  oğluna 
ərə verdilər və iş elə gətirdi ki, ərinin də həyətində olan 
iki artıq xırda otaq kirayə verilirdi. Fərq isə ondaydı ki, 
ata  evində  onun  aqressivliyinin  qarşısını  müəyyən 
qədər  alan  qardaşlar  burda  artıq  yox  idilər  və  bibimin 
taksi  sürücüsü  olan  əri  də  eynən  özü  kimi  əyalət 
adamlarına  yuxarıdan  aşağı  baxırdı.  Beləliklə,  ər-arvad 
birləşib  kirayənişinlərin  başına  oyun  açırdılar,  qan 
uddururdular yazıqlara. Bibim elə bil ata evində yığılıb 
içində  qalan  qəzəbini  də  ər  evindəki  kirayənişinlərin 
üstünə  tökürdü,  elə  onunçün  də,  heç  kim  onların 
həyətində iki-üç aydan artıq dözə bilmirdi, ayrı ev tapıb 
canlarını  qurtarırdılar.  Hətta  bizə  gələndə  bütün 
dediklərimi  qardaşlarının  yanında  fəxrlə  danışmaqla 
bibim  ərinin  onlardan  üstün  olduğunu  da  hiss 
elətdirirdi. 
– Kazım süzün tayıvız deyil e. Yumruğunu oların 
başınnan əskik eləmir. Axşam qapının  ağzında maşının 
səsi  gələn  kimi  hamısı  qorxudan  evə  girib  qapılarını 
bağlıyıllar, işıqları da söndürüllər. 
Bibimin  ərinin  bir  əcaib  xasiyyəti  də  vardı  ki, 
taksiyə  rayon  adamı  əyləşəndə  həmişə  sayğacın 
göstərdiyindən  əlli  qəpik  artıq  alar,  müştərisi  yerli 
camaatdan olanda isə əksinə əlli qəpik əskik istəyərdi və 
vaxt 
keçdikcə 
bibimgilin 
maddi 
vəziyyətinin 
yaxşılaşmasını Bakıda yerli camaatın azalmasının, əyalət 
adamlarınınsa  çoxalmasının  göstəricisi  kimi  də  qəbul 
etmək olardı< 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə