İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə72/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   69   70   71   72   73   74   75   76   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
262 
262 
sulamıllar. Özü dənizin suyunnan çəkir canına. Olur bal 
kimi.  
Qarpızdan  gözünü  çəkməyən  Mirsəftər  birdən, 
elə bil, nəyisə xatırlayır, Babamdan soruşur. 
–  Düz  deyirlər  ki,  Zirə  qarpızına  çırtma  vuran 
kimi partlıyır? 
Babamın  əlindəki  bıçaq  bir  anlıq  havada  donub 
qalır və qarpızın ömrü bir neçə dəqiqə də uzanmış olur. 
–  Eh,  rəhmətdiyin  oğlu,  çırtma  nədü?  Hünərün 
varsa  yaxşı  yetişmiş  qarpuzun  yanında  bir  az  bərkdən 
danışginən. Atamın goruyçün, o saat partdıyacey. Bizim 
qarpuzdarın adam kimi canı var, dil bilillər. Ses-küydən 
də  xoşdarı  gəlmir,  xasiyyetdəri  ağırdu,  söz  götürən 
döyüllər,  –  babam  əliylə  qarşısındakı  qarpızı  göstərir,  - 
bu  pişrastdu,  vaxtınnan  qabaq  yetişir.  Bunnar  bir  az 
gönü qalın olullar.  İnşaallah, yayın axırında bizim əsas 
qarpuzdar  çıxanda  özün  görərsən.  Sağlığ  olsun,  beş-on 
dənə  götürüb  gələciyəm.  Bax  elə  səniynən  oturaceyig 
burda,  qarpuzı  da  qoyaciyik  qabağımıza.  Elə  sənin 
yanunda  bir  dəfə  bərkdən  qışqıraceyəm  qarpuzun 
üstünə, o saat partıyacey.   
Babam  sözünə  fasilə  verib  bıçağı  qarpıza  batırır 
və kəsib səliqəylə dörd yerə bölür. 
–  Bəh-bəh,  əntiqə.  Qıpqırmızıdu.  -  Birdən  elə  bil 
babamın  yadına  nəsə  düşür,  başını  əyib  həyət 
qapısından bayıra, Qırxpilləkənə tərəf boylanır. – O vaxt 
biz  bura  təzə  köçəndə,  nə  bilim  on  yaşım  vardı,  ya  on 
iki,  dürüst  yadımda  qalmıyıb,  bütün  günü  məhəllə 
uşaqlarıynan  bu  damların  üstünə  atdanıb  düşərdik, 
oynıyardıq.  O  vaxt  İrannan  bura  çoxlu  həmşəri 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
263 
263 
263 
gəlmişdi.  Mədənnərdə  fəhləlik  eliyib,  külfətdəriyçün 
çörey  pulu  göndərərdilər.  Bizim  qoçular,  qoluzorrular 
da  çox  incidərdi  oları.  Hə,  canım  sənə  disün,  çoxu  da 
Qırxpilləkannan  yuxarıda,  Həmşəri  palanda  qalırdılar. 
Dəniz  qırağına,  mədənnərə  də  həmişə  bizim  bu 
pilləkannardan  düşüb  gedərdilər.  Biz  də,  məhəllənin 
xırda  uşaqlarıynan  paltarımızın    əteyini  daş-kəsəklə 
doldurub  damda  gizdənərdik,  pilləkannanrnan  aşağı 
düşən həmşəriləri nişan alıb atardıq, ləzzət tutardıq.  
– Bəs bir şey demirdilər sizə? - Mirsəftər gözünü 
qarpızın tumların üstündə gəzdirərək təəccüblə soruşur. 
–  Əşi  ay  rəhmətdiyin  oğlu.  Kimdi  həmşəriləri 
adam sayan. Bizimkilər piştovlarını.. 
– Nəyi? 
–  Tapançanı  diyirəm  də,  hə,  piştovlarını 
yoxlamaq  istiyəndə  yoldan  keçən  həmşəriləri  nişan 
alardılar.  Yazıqları  heç  itirib-axtaran  olurdu  ki?    Biz  də 
böyüklərə baxıb özümüzü onnara oxşadırdıq da. Yoxsa 
yerri  camaata  elənçik  eləseydik,  atamızı  dalımıza 
səriyərdilər.  Hə,  bir  dəfə  necə  oldusa,  atdığım  iri  daş 
parçası  yekəbaş,  keçəl  bir  həmşərinin  parıldıyan 
kəlləsinin  düz  ortasından  tutdu,  daş  dəyən  kimi  başı 
qarpız kimi partdadı, qanı axıb sifetini tutdu. Yazıq heç 
sesini  də  çıxartmadı,  bilmirəm  qorxdu,  ya  heç  halı 
olmadı, helə başını tutub uzandı yerə.  
–  Öldü?  –  Kirayənişin  artıq  gözünü  qarpızdan 
çəkib babamın tük basmış üzünə zillənir.  
–  Mən  nə  bilim?  -  Babam  çiyinnərini  çəkir.  - 
Əvvəlcə nəsə qorxduq, uşaqların hərəsi qaçıb bir yanda 
gizdəndi. Axşamtərəfi qırxpilləkənə düşəndə baxdıq ki, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
264 
264 
kişidən  əsər-əlamət  yoxdu.  Yerdə  laxtalanmış  qanının 
ləkəsi  qaralıb  qalmışdı.  Ya  özü  birtəhər  sürünüb 
getmişdi,  ya  da  o  biri  həmşərilər  gəlib  süriyib 
aparmışdılar.  O  haqq-hesabdan  sonra  hər  dəfə  qarpıza 
bıçaq  vuranda  ki,  belə  partdıyır,  həmənki  həmşərinin 
kəlləsi gəlir gözümün qabağına.  
Mirsəftər  babama  toxdaqlıq  vermək  qərarına 
gəlir. Amma çox nahaq.  
–  Eybi  yox,  uşaqlıqdı  da.  Adam  uşaq  olanda, 
bilmədən çox iş görür. Çox da vicdan əzabı çəkməyin. 
Babam  sanki  diksinir.  Qaşlarını  çatıb  təəccüblə 
Mirsəftərə baxır. 
–  Nə?  Vicdan  əzabı?  Nə  danışırsan?  Əzab  nöş 
çekirəm?  Həmşəridü  də.  Mən  olmıyım  ayrısı  olsun. 
Onsuz da ya hansısa qoçunun gülləsinə tuş gəliceydi, ya 
da  mədəndə  quyuların  birində  boğulub  öləceydi.  Bir 
dənə  həmşəri  başının  partdamağı  nədü  ki,  onunçün  də 
fikir  çekim.    Məni  ayrı  şey  dilxor  eliyirdi.  Həmişə 
qarpuz  kesəndə  o  keçəl  həmşərinin  partdıyan 
kəlləsinnən  axan  qan  gəlir  gözümün  qabağına.  Mən  də 
qannan iyrənirəm, ürəyim bulanır. Sonra qarpuz gücnən 
boğazımnan  keçir.  Bilmirəm,  ağzıma  yedim,  ya 
burnuma.  Gərəkdi  ki,  qarpuzu  kəsənnən  sonra  beş-on 
dəyqə başımı bir işnən qatım, o keçəl yadımnan çıxsun, 
yoxsa oturub adam kimi yeyə bilmirəm.    
Mirsəftər  ədəblə  babamın  əlindən  bıçağı  alıb 
qarpızı  doğrayır,  səliqəylə  sininin  içinə  düzməyə 
başlayır. 
–  Düzdü,  ağsaqqal,  baş  yarılmaq  nədi  ki?  Bizim 
rayonda  elə  qoyun  otaranda,  addımbaşı  kiminsə  uşaqı 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə