İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə74/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   69   70   71   72   73   74   75   76   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
269 
269 
269 
dənə  ətdisini  seçib  apardı  özüynən.  O  gedənnən  sonra 
Əbdüləlidən soruşdum ki, o kimdi elə, nə didi. Əbdüləli 
çiyinnərini  çekib,  dedi,  tanımıram,  ancaq  tapşırdı  ki, 
qoyunun  yiyəsinə  diyərsən  ki,  gürcü  balası  apardı, 
imkan  olanda  pulunu  da  göndərəcey.  Axşam  kəntə 
gələndə  qoyunnarın  yiyesinə  hər  şeyi  necə  olub  elə  də 
danışdıq. Kişi lap dilxor oldu, dedi bir dənə qoyun nöş 
vərmisüz,  mənim  bütün  həyvannarım  ona  qurbandu. 
Sonra  bildik  ki,  bu  bığlı  kişi  İstalin  imiş.  Camaatdan 
eşitdik  ki,  bizim  kətçimiz  Mirzəbala  gizdədirmiş  onu 
bağlarda. Möhkəm cur imişlər Mirzəbaleynan. Ancaq on 
yeddinci  ildən  sonra  araları  deydi.  Mirzəbala  qoşuldu 
Musavata,  hökumət  adamı  oldu,  ancaq  İstalin 
qırmızılarnan bir yerdə qaçdı Urusyetə. Onu da diyim ki 
padşah  olannan  sonra  nə  Mirzəbaleya,  nə  də  o  vaxtkı 
alayı  currarına  əl  vurmamışdı.  Hərəsi  bir  yerə  düzəlib 
işdiyirdilər.  Sonra  Mirzəbala  özü  qalmadı  burda,  sağ-
salamət  çıxdı  getdi  Türkiyeyə.  Yəqin  ki,  hindi  lap  qoca 
kişi  olar,  əgər  ölmiyibsə...  Həm  də  tek  İstalin  döyüldi, 
bizim  kəntin  yan-dövrəsindeki  bağların  quyularında  o 
qədər  inqilabçılar  gizdənib  ki<  –  Qəfildən  babamın 
üzünə təəssüflə dolu qəribə bir kinayəli gülüş yayılır, – 
o  vaxt  özdəri  gizdənirdilər  quyularda,  hökumətə 
gələnnən sonra da axunddarı, mollaları, beyləri, ağaları 
doldurdular  o  quyulara.  Sən  çərxi-fəleyün    işinə  bax  e, 
hələ  bil  ki,  dünyanı  tərsinə  çövürdülər,  quyulardekilər 
çıxdı dağ başına, dağ başındekilər də doldular qarannıq 
quyulara.  Nə  bilim,  vallah,  uşaq  vaxtı  heç  yatsam  da 
yuxuma  girməzdi  ki,  Molla  Muradəli  kimi  ağzı  dualı, 
nurani  bir  kişini,  bir  dəfə  müsəllayə  çıxmasıynan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
270 
270 
göydən  yerə  yağış  yağdıran  bir  axundu  Gürgan 
bağlarında  diri-diri  quyuya  atıb  üstünü  qumnan 
dolduraceylər,  Həci  Ataxan  kimi  sözü  daşdan  keçən, 
Sabunçidə  iki  dənə  urus  girdəvoyunu  tepiyinin  altına 
salıb  eşşeycən  çırpan  hörmətdi  bir  mülkədarı  dəniz 
qırağında  boynuna  daş  bağlıyıb  körpüdən  aşağı 
ataceylər.  Eh,  bilirsən  nə  qədər  elənçiy  kişilərin  axırına 
çıxdılar? Bir döyül, iki döyül. 
Mirsəftər də, başını yellədir. 
–  Düzdü,  ağsaqqal,  yaxşı  ki,  axır  vaxtlar  zamanə 
dəyişib.  O  vaxtın  arxivləri  açılır,  şəxsiyyətə  pərəstiş 
dövrünə  aid  sənədlər  çıxır,  məlum  olur  ki,  nə  qədər 
günahsız  adam  güllələnib,  sürgün  olunubmüş.  Sağ 
qalanlar  geri  qayıdır,  vəfat  edənlərə  də  ölümündən 
sonra bəraət verilir. Odey neçə il bundan əvvəl Hüseyn 
Cavidin  də,  Mikayıl  Müşfiqin  də,  repressiya  olunmuş 
başqa  şairlərin  də  təzədən  kitabları  çıxdı.  Bəlkə  də 
görmüsüz.  Məndə  var,  axşamlar  bekar  olanda 
oxuyuram.  
–  Yaxşı  eliyirsən,  oxu,  həyif  ki  mənim  çox 
oxumaqnan  aram  yoxdu,  hövsələm  çatmır,  ancaq 
oxuyan  olanda  qulaq  asıram.  –  Babam  nərdtaxtanın 
üstündəki daşları oynadaraq nəsə fikirləşir, – yox, yalan 
diyərəm, nə Cavid, nə də o birsini görməmişəm.  Bəlkə 
də  görmişəm,  ancaq  fikir  vərməmişəm.  Ancaq  Cəfər 
yadımdadu, yaxşı yadımdadu. 
– Cəfər Cabbarlı? 
– Bir dənə Cəfər olub da, ayrısı yoxdu ki? Həri, o 
dağlı balasını diyirəm. Bizim bu Qırxpilləkannan bir  az 
yuxarıda,  Savetskinin  üstünədə  Dağlı  məhəlləsində 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
271 
271 
271 
olurdu. Hər gün burdan düşüb işə gedirdi. Qabiliyyətdi 
oğlan  idi,  böyük-kiçiy  biləndi,  salam  verməmiş 
yanımızdan keçməzdi. Çox vaxt da əlində tar olardı.  
–  Hə,  mən  oxumuşam  ki,  pyeslərinin    içindəki 
mahnıları  da  özü  bəstələyərmiş,  çox  vaxt  elə  tamaşa 
vaxtı da özü ifa edərmiş. 
Babam laqeydliklə çiyinlərini çəkir. 
–  Onu  day  bilmirəm,  tiyatıra-zada  gedən 
olmamışam,  ancaq  tarı  yadımdadu.  Bir  gün  bizim  bu 
pilləkannardan  düşürdi,  biz  də  qonşum  Kəblə 
İmamverdiynən  pilləkannarın  qırağında  bax  elə 
bələnçiy  üzbəüz  oturub  nərd  atırdığ.  Diyəsən  yaman 
tələsirdi  dağlı  balası,  pilləkannarı  beş-beş  düşürdü.  Elə 
bizə  salam  vərib  təzə  aralanmışdı  ki,  ayağı  daşa  ilişdi, 
büdrədi.  Özünü  birtəhər  saxladı,  yıxılmadı,  ancaq  tarı 
əlinnən  düşüb  pilləkana  çırpıldı,    çanağı  ortadan 
bölündi  iki  yerə.  Dağlı  balası  tara  baxdı,  rəngi-rufu 
getdi. Gördik yaman yer eliyib ona tarın sınmağı, oyunu 
saxlıyıb  gəldig  yanına  ki,  sakitdəşdireg  onu.  Dedi  ki, 
tarın sınmağı  bir şey döyül, ancaq iş ondadu ki, on-on 
beş  dəyqədən  sonra  tiyatırda  tamaşam  başdıyacey, 
çoxlu  da  hökumət  adamı  gəlicey,  mahnıları  da  tarda 
özüm  çalmalıyam.  Bu  zibil  də  vaxt  tapdı  sınmağa.  İndi 
beş-on  dəqiqənin  içində  hardan  təzə  tar  tapım. 
Soruşdum  ki,  tiyatırda  ayrı  tar  yoxdu  ki?  Didi  tapmaq 
olar  e,  ancaq  hamı  arxayındu  ki,  mənim  özumdə  var, 
özüm  gəlib  çalaceyəm.  Mən  dilləndim  ki,  atalar  düz 
diyib,  tələsən  təndirə  düşər,  ancaq  sən  fikir  eləmə.  Bir 
şey  fikirləşərik.  Çönüb  Kəblə  İmamverdiyə  didim  ki, 
Kəbleyi,  o  əskər  gedən  kiçik  oğlun  o  vaxt  hərdən 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə