İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə75/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   69   70   71   72   73   74   75   76   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
272 
272 
bizimçün  dınqıldadırdı,  onun  tarı  hayandadu?  Kəblə 
İmamverdi didi ki, vallah, uşaq əsgər gedənnən sonra o 
biri  şeyləriynən  bir  yerdə  yığıb  doldurmuşam  çardağa, 
altı  aydu  ordadı,  əgər  taxtabitilər  axırına  çıxmıyıblarsa, 
qurbandu, götür apar.  
Müxtəsəri,  Kəbleyi  həyitə  girib  tez  dama  çıxdı, 
tarı  tapıb  aşağı  düşdi,  Cəfər  alıb  baxdı,  elə  ayaq  üstə 
dınqıldatdı, didi sesi yaxşıdu, ancaq kökdən düşüb, eybi 
yox, tiyatırda  kökliyərəm.    Tarı  alıb  əlli  dəfə  çox  sağ  ol 
didi, sonra da tələsik düşdü aşağı. Bir-iki günnən sonra 
Cəfər gəldi ki, bəs tarı götürmişəm, çox sağ olun. Kəblə 
İmamverdi  almadı  ki,  mən  onu  sənə  satmamışam, 
bağışdamışam, dağlı balası çox illah elədi, tarın pulunu 
verməy  istədi,  ancaq  Kəblə  İmamverdi  didiyinnən 
dönmədi. Axırda dağlı balası didi ki, ərməni-müsürman 
davasınnan  taza  bir  dənə  tiyatır  yazıram,  ordakı 
adamlardan birinə sənin adıvı qoyacıyam. Day bilmirəm 
qoydu, ya yox. Ancaq yalan diməz, dağlılar sözdərinün 
üstündə diyanan olullar. Neçənci ildeydi bu söhbət< bu 
saat  yadıma  salaram...  hə,  Bibi  Uçan  ili,  həri-həri,  yüz 
faiz, Bibi Uçan il idi.  
–  Kim  uçan?  –    Mirsəftər  elə  bilir  ki,  babam  onu 
lağa qoyur. 
– Bibi  də. – Birdən babam başının yellədir. – Hə, 
sən Bibini görməmisən axı. Uçmağını hardan biləsən. 
– Kimin bibisini? 
– 
Bibiheybətdeki 
türbəni 
diyirəm. 
Orda 
İmamlardan  birinin  bacısının  qəbri  vardı,  soradan 
camaat 
oranı 
ziyarətgah 
eləmişdi, 
nəzir-niyaz 
gətirirdilər.  Çox  kəramətdi  yer  idi.  Hə,  birini  qoyub 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
273 
273 
273 
birini  danışım,    Hüseyn  Rəhmanov  vardı,  köhnə 
kamunistdərdəndi,  o  vaxt  hökumətin  başında  diyanan 
üç adamnan biriydi, bunun da bir nurani, mömin anası 
vardı,  həmişə  ona  diyərdi  ki,  nahaq  gedib  bu 
allahsızdara qoşulmusan, meçiddəri sökürsüz, mollaları 
didərgin  salırsuz,  Allahın  qəzəbi  tutar  süzə.  Bu  da 
həmişə  anasını  lağa  qoyurmuş,  sözünə  fikir  vermirmiş.  
Davadan  beş-altı  il  qabaq  hökumət  fərman  vərir  ki, 
şəhərdəki  iri  meçiddərin,  kilsələrin  çoxu  sökülsün. 
Həmən  ildə  Qızıllı  kilsəni  də,  Bibiheybət  ziyarətgahını 
da söküb qoydular yerə. Hə, didiyim odu ki, Bibiheybət 
meçidi dağılıb uçulan kimi həmən o Hüseyn Rəhmanov 
gəlir  anasının  yanına,  zarafatca  diyir  ki,  məmə,  ay 
məmə,  muştuluğumu  ver,  Bibi  uçdu.  Anası  da  bir 
oğluna  baxır,  bir  onun  başındakı  urus  papağına  baxır, 
başını  yellədib  diyir  ki,  fikir  eləmə  oğul,  çox  qalmıyıb, 
bir gün sən də uçarsan< doğurdan da davadan bir-iki il 
qabaq  Hüseyn  Rəhmanovu  vraqnarod  eliyib  basdılar 
içəri,  gülləni  də  qoydular  təpəsinə.  Ancaq  «bibi  uçdu» 
kəlməsi o vaxt düşmişdi camaatın ağzına<. Çox yerləri 
dağıtdılar  həmin  illərdə.  Həyif.-  Babam  əyilib  həyətin 
qapısına  tərəf  boylanır  və  əliylə  nəyisə  Mirsəftərə 
göstərir.  -  Bax,  burdan  baxanda  Qızıllı  kilsənin  bütün 
minarələri  görsənirdi.  Bilirsən  hardeydi?  Qoşa  qala 
qapısınnan  bir  az  yuxarıda  bazar  var  e,  bax  onun 
üstündə. İndi diyəsən məktəbdü yerində. Eh, nolsun ki, 
kilseydi,  bilirsən  nə  bina  idi?  Biləcəridən  şəhərə  girən 
kimi  gümbəzdəri  görünürdü,  şəhərün  hansı  yerində 
azırdunsa,  Qızıllı  kilsənin  parıldıyan  gümbəzdərini 
tutub  yolu  tapırdun.  Çox  iri  bir  şey  idi,  həm  də  yaman 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
274 
274 
möhkəm  idi.  diyirdilər  ki,  onu  tikəndə  malasına  filan 
qədər  yumurta  sarısı  qatmışdılar.  Yadımdadu  ki, 
belənçiy vurub dağıda bilmədilər, düz dörd il əlləşdilər, 
kərpic-kərpic  sökdülər  onu.    Şəhərdeki  köhnə  urusdar 
hər dəfə sökülən kilsənin yanınnan keçəndə gildir-gildir 
yaş  tökürdülər<  Mən  dürüst  bilmirəm,  ancaq  camaat 
danışırdı  ki,  köhnə  hökumətin  vaxtında  bir  dəfə  İstalin 
Bakidə  olanda  girdəvoylar  düşübmiş  dalıyca,  bu  da 
görüb  qaçmağa  yer  yoxdu,  gedib  girib  o  kilseyə, 
keşişdərün  də  yazığı  gəlib,  götürüb  gizdədiblər  onu  ən 
yuxarıdeki çardaqda, iki gün qalıb orda. Bu kilsənin də 
zəngləri  çox  zırpı  bir  şeydi,  səsinnən  qulaq  tutulurdu. 
Müxtəsəri,  iki  günün  içində  İstalinin  baş  qulağı  elə 
gedib ki az qalıb zənglərin səsinnən başına hava gəlsün, 
gic olsun. Birtəhər məqam tapıb aradan çıxannan sonra, 
guya  özü-özünə  söz  vəribmiş  ki,  imkan  düşən  kimi  bu 
kilsəni  zəngləriynən  bir  yerdə  sökdürüb  qoyaceyəm 
yerə. Padşah olannan sonra elə də eliyir.  
 
-Hə,  yadıma  düşür.  -  Mirsəftər  babamın  sözünü 
təsdiq  edir.  –  Uşaq  vaxtı  hansısa  tarix  kitabında 
oxumuşdum  ki,  Stalin  inqilabçılıq  fəaliyyəti  zamanı  bir 
neçə dəfə Bakıda olub, hətta həbs edilib burda. 
-Düz yazıblar. Neçə ay bizim Bayıl türməsində də 
yatıb.  O,  Bayılda  yatanda  Nəriman  doxtur  həmişə 
gizdincə  peredaça  göndərirdi  onunçün.  Eh,  o  da  bir 
alayı  kişiydi.  Allah  Həci  Zeynalabdinə  rəhmət  eləsün. 
Doxtur  kimi  nə  qədər  cavannarı  göndərirdi  öz  puluna 
Urusyətə,  dərs  öyrənmeyə.  Həyif,  mənim  cavannığım 
pis vaxtdara düşdü, ara qarışdı, məzhəb itdi aləm deydi 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə