İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə67/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   63   64   65   66   67   68   69   70   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
246 
246 
getməyəcək. Düzdü, əvvəllər də «tok vurmaq» ifadəsini 
çox  eşitmişdi,  amma  elektrikin  mahiyyətindən  xəbəri 
olmadığından onu məftilin içiylə axan nəsə  bərk qızmış 
qatı  bir  maye  kimi  təsəvvür  edirdi  və  naqili  kəsmək 
istəyəndə  də  fikirləşirdi  ki,  ən  uzağı    bir  az  əlimi 
yandıracaq,  ondan  artıq  nə  olacaq  ki?  Lakin  oldu.  O 
oldu ki, bu hadisədən sonra nənəmin sağ əli hissiyyatını 
tamamilə itirdi, yalnız uzun müalicədən sonra sağaldı. 
Onu da qeyd edim ki, o vaxtlar elektrik xətlərində 
gərginlik  indiki  kimi  220  volt  yox,  onun  yarısı  qədər, 
yəni  127  volt  idi,  ona  görə  də  nənəm  belə  yüngül 
uxəsarətlə  canını  qurtara  bilmişdi,  əgər  gərginlik  indiki 
qədər olsaydı, şübhəsiz ki, arvadın axırı çatacaqdı. 
Təbii ki, bu hadisə ailədəki kişilərə bir az ayrı cür 
çatdırıldı,  nənəm  dedi  ki,  zivədən  paltar  asanda 
təsadüfən əlim məftilə dəyib, tok vurub məni< 
Mirsəftər bizim həyətimizdə düz doqquz  il  qaldı 
və  bu  doqquz  ildə  nənəm  bircə  dəfə  də  nə  ona,  nə  də 
arvadına  bir  irad  tutmadı.  Özünə  sığışdırmadı,  abır- 
həyasını saxladı. Düzü, buna heç o qədər lüzum da yox 
idi,  çünki  beş-altı  aydan    sonra  onlar  da  bizim  həyətin 
abü-havasını  götürdülər,  müəyyən  mənada  ailənin  bir 
üzvü oldular. 
Həmin  ərəfələrdə  babam  da  təqaüdə  çıxdı. 
Həmişə  işdə-gücdə  olan  kişi  təzə-təzə  heç  öyrəşə 
bilmirdi  bekarçılığa.  Məhəllədə  yaşıdlarından  demək 
olar ki, heç kim qalmamışdı və kişi boş vaxtını bilmirdi 
necə  keçirtsin.  Gah  atamı  dirəyirdi  ki,  mənimçün  beş-
altı  kilo    günəbaxan  tumu  al,  dalanın  başında  oturub 
tum  satacam,  gah  əmimin  yaxasından  yapışdı  ki,  mənə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
247 
247 
247 
köhnə bir maşın yığdır, şəhər içində xaltura edəcəm və 
s.  Təbii  ki,  bu  təkliflərin  heç  biri  reallaşmadı,  oğlanları 
babamın  nə  tum  satmasını,  nə  də  maşınla  xaltura 
eləməyini rəva bilmədilər. Çox çəkmədi ki, babam, necə 
deyərlər,  haqqın yolunu tapdı. Bekar olanda Mirsəftəri 
çənəsinin  altına  salıb  Bakının  keçmişindən,  köhnə 
kişilərindən,  nə  bilim,  əvvəllər  baş  verən  hadisələrdən 
danışmaqla  gününü  axşam  eləməyə  başladı.  Yazımın 
əvvəlində  qeyd  etdiyim  kimi,  elə  mənim  özüm  də 
həmişə  bu  söhbətlərə  həvəslə  qulaq  asırdım  və  kişi 
danışdıqca  Bakının  keçmişi,  adət-ənənələri,  insanları 
mənimçün 
şəffaflaşırdı, 
görünməyən 
tərəfləri 
görünməyə başlayırdı, mahiyyəti üzə çıxırdı. 
Yox,  indi  yox,  babamın  Mirsəftərlə  söhbətləri 
barədə  başqa  vaxt  yazacam.  İndi  isə<əlbəttə  ki,  bir  az 
istirahət eləmək lazımdır. Çox yox, bir az<  
 
 
Altıncı fraqment 
 
Bu  həmin  vaxtlar  idi  ki,  bakılıların  xalça-
palazlarının  arxa  tərəfi  həmişə  azacıq  qaralmış  olardı, 
çünki  yayın  cırhacırında  boğanaq  otaqlarda  yatmağın 
mümkünsüzlüyünü görən bakılılar gecəyə yaxın evdəki 
xalça-palazı  çıxardardılar  qırlı  damlara,  dənizdən  əsən 
yüngül  yay  küləyinin  sığalı  altında  birtəhər  özlərini 
yuxuya  verərdilər.  Yayın  axırında,  döşənəcəklər 
yuyulanda  isə  məlum  olardı  ki,  damların  qırı  xalça-
palazın arxa üzündə  dəniz səthinə yığılan  neft təbəqəsi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
248 
248 
kimi nazik bir qat əmələ gətirib və nə qədər əlləşsələr də 
saqqıza  dönmüş  bu  qara  təbəqəni  yuyub  təmizləyə 
bilmirdilər.  Onunçün  də  arif  adamlar  baxan  kimi 
bakılıların  işlətdiyi  xalça  palazı  dalındakı  qarasından 
tanıyardılar. Bəli, bakılıların xalça-palazı daldan tanınan 
olsa da, özləri belə deyillər... 
Bu  həmin  vaxtlar  idi  ki,  Bakıya  «Qaz-21»-lər 
təzəcə  doluşmağa  başlamışdı  və  birdən-birə  məlum 
olmuşdu ki, sən demə, dünyada həqiqətən anadangəlmə 
şofer yalnız elə bakılılar imiş, çünki bu toppuş maşınlara 
yaxın  gələn  kimi,  bir  az  da  dəqiq  desək,  toppuş 
xanımlara oxşayan bu maşınlara minən kimi, bakılıların 
altşüurundakı  hansısa  gizli  intim  hisslər  elə  oyanmışdı 
ki,  bir  çoxları  bütün  iş  güclərini  atıb  bundan  sonrakı 
həyatlarını  yalnız  və  yalnız  bu  maşınların  qulluğunda 
keçirtməyə canla-başla razılaşmışdılar; (əlbəttə ki kişiləri 
nəzərdə tuturam). Beləliklə, həmin ərəfələrdə bakılıların 
ətriyyat  rasionundakı  qır  iyinə  həmişəlik  olaraq  benzin 
iyi də əlavə olunmuşdu.  O vaxtdan bəri bakılı bir kişiyə 
ərə getməyə hazırlaşan qadında əgər qır və benzin iyinə 
qarşı  hansısa  allergik  reaksiya  olardısa,  gərək  əvvəldən 
nikahının fatihəsini verəydi. Bakılıya ərə gedən qadının 
evindən qır iyi, kişisindənsə benzin iyi gələcəkdi. Maşın 
xəstəsi  olmayan  bakılı  bir  kişi  tapmaq  isə  arağa  nifrət 
eliyən rus tapmaq qədər çətin idi<.  
Və  nəhayət,  bu  həmin  vaxtlar  idi  ki,  yayın 
ortalarına  yaxın  bakılıların ayaqqabılarını, başmaqlarını 
bir  qazan  qaynar  suya  atsaydın,  əntiqə  tut  kampotu 
alınardı.  Çünki  bütün  Bakı  həyətlərinin,  dalanlarının, 
məhlələrinin  ayrılmaz  bir  hissəsinə  çevrilmiş  tut 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə