İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə62/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   58   59   60   61   62   63   64   65   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
230 
230 
moizədən  sonra  yenə  də  həyətimizə  ilk  kirayənişinin 
gəlməyi ilə başladığım söhbəti davam edirəm.      
Mirsəftər nənəmin toyuqlarıyla bir evdə yaşamaq 
əzabından  qurtulandan  sonra  bizimkilərin  çoxuna  elə 
gəldi ki, artıq bütün işlər yoluna qoyulub, bundan sonra 
həyətdə  daha  heç  bir  narazıçılıq  olmayacaq,  əvvəlki 
kimi  İdilliya  hökm  sürəcək.  Əsas  məsələ  nənəmi 
sakitləşdirmək,  onun  narazılığını  aradan  qaldırmaq  idi 
ki, buna da nail olunmuşdu.  
Əfsus  ki,  belə  olmadı,  arvadın  ilkin  aqressivliyi 
naməlum səbəblərdən bibimə keçdi və o vaxtacan tıxsız 
balıq  kimi  tanınan  bu  on  səkkiz  yaşlı  qızın  tamam  üzü 
döndü.  Onun  davranışındakı  bu  dəyişiklik  məncə 
onunla bağlıydı ki, o vaxtkı Bakının tipik ev qızlarından 
olan  bibim  həmişə  böyüklərin  iradəsinə  tabe  olmağa  
öyrəşsə  də,    məhz  bu  halda,  ailədəki  kişilərin  nənəmin 
rəyilə  hesablaşmadan,  həyətə  rayonlu  kirayənişin 
buraxmaqları  və  nənəmin  bununla  barışmağa  məcbur 
olmağı ona yaman pis təsir eləmişdi, içində belə bir hiss 
yaranmışdı  ki,  qardaşları  onu  və  analarını  bu  rayonlu 
dostlarına dəyişiblər, müəyyən mənada, xəyanət ediblər 
onlara, satqın çıxıblar.  
Bu səbəbdən də bibim  təxminən belə düşünürdü 
ki,  bu  ekspansiyaya  müqavimət  göstərmək  istəyirsə 
yalnız  və  yalnız  öz  gücünə  etibar  etməlidir.  Nə  xain 
qardaşlardan,  nə  ağsaqqal  atadan,    nə  də  artıq  ümidini 
itirmiş  qoca  anadan  ona  kömək  olmayacaq,  neyləsə 
yalnız özü edəcək. 
Beləliklə,  qız  bütün  işini-gücünü  atıb  başladı 
Mirsəftəri,  onun  arvadını,  uşaqlarını  güdməyə,  hər 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
231 
231 
231 
hərəkətlərinə  qulp  qoymağa,  qaşınmayan  yerdən  qan 
çıxartmağa,  bir  sözlə,  bakılılar  demişkən  baldızlıq 
eləməyə.  Atamla  əmim  onu  sakitləşdirməyə  çox  cəhd 
eləsələr  də,  bu  qəfil  aqressivliyin  qarşısını  ala 
bilmirdilər.  Həm  də  Mirsəftərgilin  davranışında 
həqiqətən  də  şəhər  tərzi-həyatına  uyğun  gəlməyən 
detallar  çox  idi  ki,  bibim  də  bunları  əsas  gətirib  öz 
hirsini, qəzəbini atamın, əmimin üstünə tökürdü, bütün 
günahları yalnız onlarda görürdü. 
-Qışqıra-qışqıra  danışıllar  evdə.  Elə  bil  çöllü-
biyabandadılar,  səsdəri  evin  içindədi.  –  Bibim 
dediklərini  sübut  etməkçün  atamı  yuxarı  otağa  dartır, 
çöl 
qapını 
bağlayır. 
Doğrudan 
da 
aşağıdakı 
kirayənişinlərin  səsindən  burada  oturmaq  olmur,  kiçik 
bir  otağın  içində  olsalar  da  elə  biri-biriylə  danışırlar  ki, 
elə  bil  aralarında  əlli  metr  məsafə  var  və  səslərinin 
tonunu  alsalar  heç  nə  eşitməyəcəklər.  –  Görürsən?  – 
Bibim  Ərəbzəngi  kimi  əllərini  belinə  qoyur.  -  Baş 
qulağım  gedir  səsdərinnən.  Düş,  bir  kəlmə  de  ki,  evdə 
adam  kimi  danışsınnar,  xoruz  kimi  bannamasınnar. 
Heyvan döyüllər. 
Atam əvvəlcə bacısını sakitləşdirməyə çalışır: 
–  Fikir  vermə,  kənd  yerinnən  gəliblər,  elə 
öyrəşiblər.  Orda  evlər,  həyətdər  yekədi,  məcburdular 
bərkdən danışmağa. 
–  Mən  neyniyim  olarçün?  Bəlkə  pambıq 
soxmalıyam  qulaqlarıma?  Bura  gəliblər,  cannarı  çıxsın 
öyrənsinnər bizim qayda qanunnarı. – Atamın tərəddüd 
keçirdiyni  görən  bibim  bir  az  da  qızışır.  –  Mənə  bax, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
232 
232 
əgər  düşüb  diməsən,  özüm  düşəcəm,  bir-iki  kəlmə  elə 
söz diyəcəm ki, birdəfəlik dərs olsun. 
Atam azca sərt səslə onun bu niyyətinin qarşısını 
alır: 
–  Yaxşı,  yekə-yekə  danışma,  özüm  Mirsəftəri 
çağırıb  başa  salaram,  elə  diyərəm  ki,  xətrinə  deyməsin. 
Onsuz da qərib adamdular burda, sıxılıllar, özdərini yad 
kimi hiss eliyillər, istəmirəm təzədən sıxım oları.  
–  Nöşün  e.  –  Bibim  qardaşının  yumşaqlığını 
qorxaqlıq  kimi  başa  düşür  -  nədi,  qorxursan  o 
düdükdən?  Odey,  qonşumuz  Xanımcan  arvad  da  iki 
dənə  tələbə  buraxıb  həyətinə.  İt  kimi  qorxullar  onnan. 
Heç  səsdəri  də  çıxmır.  Bir  şey  olan  kimi  də  arvad 
ağzınnan çıxanı diyir olara.  
Atam qaşqabağını salladır: 
– Sən məni Xanımcana tay tutursan?  
–  Tay  tutmuram,  amma  mən  sakittiy  istiyirəm 
həyətdə.  Bular  gələnnən  nə  mənim,  nə  də  arvadın 
rahattığı  yoxdu.  O  yazıq  day  səsini  çıxartmır,  xəcalət 
çəkir,  abır-həyasına  sıxılıb  oturub.  Siz  bütün  günü  işdə 
olursuz,  hər  şeyi  görmürsüz,  bular  gah  radionu 
qışqırdıllar,  gah  özdəri  qışqırıllar,  uşaqları  da  ki,  vəhşi 
kimi  şeydilər,  o  gün  də  arvadın  qapısındakı  gül 
dibçeylərindən  birini  vurub  sındırıblar.  Həm  də 
ayaqyoludan  çıxanda  dallarıyca  su  tökmüllər.  İndi 
diyirsən  danışmıyım  ki,  nə  var-nə  var  kişinin  oğlu 
qəribdi, xətrinə deyər, inciyər? 
–  Eybi  yox,  öyrəşəllər.  -  Atam  bacısını 
sakitləşdirməkçün ayrı söz tapmır. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə