İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə58/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   54   55   56   57   58   59   60   61   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
218 
218 
boşalmış  qapağı  danqıldayaraq  gələnlərin  lap  yaxında 
olduğunu xəbər verir. Üç, iki, bir, mator!.. 
Təbii  ki  əvvəlcə  qabaqda  gələn  babam  həyətə 
daxil  olur.  Hava  istidir,  babam  buxara  papağını  çıxarıb 
dəsmalla  başının  tərini  silir,  əlində  tutduğu    toxunma 
setkadakı  iki  ədəd  iri  Zirə  qarpızını  yerə  qoyur,  
kənddəki  qohumların  pay  verdiyi  bu  ağır  yükdən 
qurtulub,  divara  söykənərək  nəfəsini  dərir,  yalnız 
bundan  sonra  həyətə  nəzər  salır,  ailə  üzvlərimizin  ona 
zillənən narahat baxışlarından çaşır, hətta yuxarı otağın 
pəncərəsini  azca  aralıyıb,  ona    baxan  qızının  pərdə 
dalında  görünən  yeganə  gözündəki  nigarançılıq 
nişanələri də kişinin  nəzərindən qaçmır. 
Bircə  anlıq  babamın  canını  qorxu  bürüyür,  elə 
zənn  edir  ki,  nəsə  çox  ciddi  bir  şey  olub;  ya  kiçik  gədə 
kimisə bıçaqlıyıb, ya Allah eləməsin, qız nəsə artıq-əskik 
hərəkət  eləyib,  ya  da  <.birdən  Mirsəftərin  qapısının 
ağzında çox əndrabadi şəkildə uzanıb özünü günə verən 
çil  toyuğun  cəsədini  görür  və  o  saat  hər  şeyi  anlayır. 
Dünyagörmüş 
adam 
olduğundan 
həyətdəkilərin 
üzündəki  narahatlığın  səbəbini  də  o  dəqiqə  başa 
düşür< 
Kanalizasiyanın  lyuku  bir  də  danqıldayır  və  iki 
saniyədən  sonra  başını  aşağı  dikən  nənəm  də  yorğun 
addımlarla  həyətə  girir,  adət  etdiyi  kimi  ağ  örpəyini 
başından  götürüb  səliqəylə  qatlayır,  xına  çəkməkdən 
qəhvəyi rəng almış uzun saçları görünür.  
Bu  an  Mirsəftərin  şüşəbəndinin  küncündə 
məskunlaşmış  toyuqlar,  elə  bil  nənəmin  gəlişini  hiss 
edib bərkdən qaqqıldaşmağa başlayırlar, sanki bu üsulla 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
219 
219 
219 
öz  havadarlarına  nəsə  vacib  bir  sirr  açmaq  istəyirlər, 
bəlkə də imdad gözləyirlər< 
Toyuqlar  hay-küy  qaldıran  kimi  qapısında 
quruyub  qalmış  Mirsəftər  bir  az  da  büzüşür,  bir  az  da 
balacalaşır,  üzündəki  xəyali  tüpürcək  sanki  kislotaya 
dönüb dərisini daha çox yandırmağa başlayır< 
Və  nəhayət,  nənəm  də  heyvanların  səs-küyünə 
başını  qaldırır,  təbii  ki,  nəzəri  həyətin  ortasında  uzanıb 
qalmış çil toyuğa sataşır və <   
Beş  saniyəlik  sükut..  nənəmin  yorğun  şüuru  
gördüyünü  dərk  eləməyə  çalışır,  bəlkə  də  onu  qara 
basdığını düşünür< 
öz  qədim  təfəkkürünün  müasir  gənclərin  şüurundan 
daha sürətlə işlədiyini nümayiş etdirir.  
-  Buna  bax  a,  –  kişi  əllərini  yellədərək  təəssüflə 
dillənir, – neçə vaxt idi o kopoyoğlu siçovulların kökünü 
kəsmişdik, indi diyəsən, yenə həyətə dadanıblar.  
Bunu deyib nəzərlərini yerdəki çil toyuğa dikir: 
–  Heyif,  gül  kimi  toyuq  idi,  Allah  bilir  hansı 
siçovul boğub onu< 
Hə, siçovul, əlbəttə ki< 
Atamla  əmim  asudəliklə  nəfəs  dərirlər  və  bir  az 
da  təəccüblənirlər  ki,  necə  olub,  belə  bir  inandırıcı 
bəhanə  bu vaxta qədər onların ağlına gəlməyib. Axı bir 
il  əvvəl,  doğrudan  da  siçovullar  nənəmin  bir  neçə 
cücəsini  boğub  öldürmüşdülər  və  məsələyə  heç  dəxli 
yoxdur ki, bu çil toyuq həmin cücələrdən üç dəfə böyük 
idi  və  yazıq  heyvanın  boynunda  heç  bir  diş  yarası 
görünmür;    həm  də  ki,  necə  olur,  bir  il  qabaq 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
220 
220 
həyətimizdən ayağı kəsilmiş bu murdar heyvanlar məhz 
indi,  Mirsəftər  bizim  həyətə  köçəndən  sonra  peyda 
olublar.  Əlbəttə,  bütün  bunlar  əhəmiyyətsiz  şeylərdir, 
əsas  odur  ki,  həm  bu  ölmüş  toyuğun  ,  həm  də  artıq 
atamla əmim tərəfindən ölümə məhkum olunmuş o biri 
toyuqların  qətlinə  haqq  qazandırmaqçün  tutarlı  bir 
bəhanə tapılıb. Bəli, siçovlular yenə də siçovullar. 
Arvad buna inanacaq, mütləq inanacaq. 
Bunu  sınamaq  üçün  həm  atamın,  həm  də 
Mirsəftərin  ümid  dolu  baxışları  nənəmin  yüngülcə 
qırışmış  üzünə  dikilir  və  onun  gözlərinin  ifadəsindən 
növbəti hərəkətini əvvəlcədən tapmağa çalışırlar. 
–  Yəqin  çıxacağımız  var  imiş    -Arvad  baxışlarını 
toyuq  cəsədindən  ayırıb  çox  biganəliklə  cavab  verir  – 
Təki ölən elə toyuq-cücə olsun, adam olmasun. 
Bunu  deyib  otağına  tərəf  addımlayır,  lakin 
qapısını  açıb  içəri  keçməmişdən  əvvəl  bir  kəlmə  də 
deyir: 
–  Onsuz  da,  Molla  Məsməxanıma  demişəm 
iyirmi-otuz dənə də cücə tapsun mənimçün. – Və qapını 
ardıyca örtür. 
Bu  sözlər  bayaqdan  bəri  sevincək  olmuş  atamın 
üzünə  yenə  də  narahatlıq  qığılcımları  səpir.  Arvad 
demək  istəyir  ki,  bunların  axırına  çıxsaz  da  təzələrini 
alacam,  o  şüşəbənddə  həmişə,  ta  qiyamət  gününəcən 
toyuq-cücə  saxlıyacam,  istəyirsiz  dalınızla  divara  çıxın, 
xeyri yoxdu.  
Həyətdəkilərin  hamısı  bu  dəfə  nədənsə  kiçik 
əmimə  baxır,    gözlərindən  bu    sual  oxunur  ki,  əgər 
arvad təzədən cücə çıxardıb toyuq saxlayacaqdısa, onda 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə