İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə54/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   50   51   52   53   54   55   56   57   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
205 
205 
205 
çaşdırıb, indi də götür-qoy eliyir, həm də, deyəsən etiraz 
etməyə bir bəhanə tapa bilmir.  
Bir  xeyli  fikirləşir  və  doğurdan  da  kiçik  əmimin 
sözünün qabağında bir şey deyə bilmir. Mızıldanır. 
– Bəs toyuqları neyniyəceysüz? 
– Çölə atmıyıceysən ki? Kəsib yiyərik də – əmim 
gülümsünür, - ya da beş-  on dənə Molla  Məsməxanım 
kimi  arvad  yığıb  ölənnərivün  ruhuna  bir  yasin 
oxutdurarsan, ehsan vərərsən. 
Həmin  axşam  nənəm  dəqiq  fikrə    gələ  bilmir, 
yalnız  səhər  durub  bütün  ailə  üzvlərimizə  öz  son  və 
dəyişməz qərarını elan edir. 
–  İçəri  otağı  kirayə  verirəm  dostuvuza,  amma 
şüşəbənddə yenə də toyuq saxlıyacam<            
Nənəmin  bu  kəlməni  deyim  tərzindən,  duruş 
pozasından,  toqquşan  qaşlarından  çıxan  qığılcımlardan 
bütün  ailə  üzvlərimiz  anlayır  ki,  bu  saat  nənəmin  ən 
yaxın  «padruqası»  Molla  Məsməxanım  yox,  lap  onun 
Allahı də Göydən enib nənəmə yüz dəfə «sən öl» vursa 
da, 
arvad 
fikrini 
dəyişən 
deyil, 
–Toyuqlar 
toxunulmazdı, vəssalam. Arvad böyük bir minnətlə elan 
elədi ki,  eybi yox, on beş kvadrat metrlik otağı da iyirmi 
kvadratmetrlik  şüşəbəndin  yarısını,  hətta  yarısından 
çoxunu  da  sizə  güzəştə  gedirəm,  amma  şüşəbəndin 
başında  bir  çəpərfason  şey  çəkin,  orda  toyuqlarım 
qalacaq.  Cəhənnəmə  ki,  bir  az  heyvanların  yerləri 
darısqal olar. Dözərlər. 
Nənəmin  son  qərarı  öz  absurdluğu  ilə  ən  əvvəl 
atamı heyrətləndirir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
206 
206 
– Necə yəni evi verirəm, amma şüşəbənddə toyuq 
saxlıyacam?  Bəs  bu  bedbaxtdar  quş  peyininin  iyində 
yatıb dursunnar?  
– Dünya dağılmaz, onsuz da rayonda çoxusu elə 
tövlədə,  mal-qareynan  bir  yerdə  yatıllar.  Odey,  Molla 
Məsməxanımı inişil meclisə aparmışdılar rayona, özü öz 
göziynən  görmüşdü  ki,  damın  bu  başında  ineyləri 
saxlıyıllar, bu birsi başında özdəri yatıllar. İndi diyirsən 
mənim toyuqlarım o ineylərdən beşbətər olacey? 
–  Əşşi  ,  Molla  Məsməxanımın  da<  –  Atam 
birtəhər  əsəbini  cilovluyub    sözünün  dalını  saxlayır, 
cibindən  bir  «Kosmos»  siqareti  çıxardıb  yandırmaq 
istəyir,  amma  birdən  görür  ki,  damağında  artıq  bir 
siqaret var və baş verən hadisələrə tamamilə biganə bir 
şəkildə bala-bala tüstüləməyindədi. Qutudan təzə çıxan 
siqaret  böyük  sürətlə  pəncərədən  aşağı  uçur  və  atam 
ağzını  açıb  nəsə  demək  istədiyi  zaman  şapgəsini 
gözünün  üstünə  basmış  kiçik  əmim  ona  yaxınlaşıb 
qulağına  nəsə  pıçıldayır.  Atamın  üzü  gülür,  dodaqları 
qaçır,  amma  sevincini  büruzə  verməməkçün  tez  özünü 
yığışdırsa da, nənəm, deyəsən, nəsə anlayır, başa düşür 
ki, bu kiçik gədə işə qarışdısa nəsə sarsaq, əndrabadi bir 
şey 
fikirləşəcək, 
onun 
bütün 
fikirlərini 
qatıb 
qarışdıracaq. 
Oğlanlarının 
 
xosunlaşmasından 
ehtiyatlanan  arvad  əvvəl  nəsə  soruşmaq  istəyir,  lakin 
anlayır  ki,  ona  heç  nə  demiyəcəklər  onunçün  də  susur, 
sadəcə 
özü 
özlüyündə 
daha 
diqqətli 
olmağı 
qərarlaşdırır. 
–Yaxşı.  -  atamın  səsindəki  narazılıq  tonlarının 
qəfildən itməsi nənəmin narahatlığını bir az da artırır. – 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
207 
207 
207 
Onda  bu  subbota  uşaqları  səsdiyərəm,  bir  yerdə 
kömeyləşib  o  şüşəbəndin  başına  setka  çekərig, 
toyuqlarıvı  salarsan  ora,  sonra  içəri  otaqları  yuyub 
təmizdiyərik, o yazıq da köçüb oturar. 
Nənəmin 
qaşlarının 
arasından 
yenə 
də 
qığılcımlar tökülür. 
–  Süz  nöşün  yuyursuz?  Qoy  özü  gəlsün,  canı 
çıxıb təmizdəsin içərini. Atasının hambalısuz begəm? 
Atam yenə bir az əsəbləşsə də, əmim bu dəfə də 
onun  qudağına  nəsə  pıçıldıyır  və  bu  dəfə  mən  onun 
sözlərini çətinliklə də olsa eşidə bilirəm. 
–  Baş  qoşma.  Subbota    əminəvəsi  Eynulla 
rəhmətdik atasıyçün il verir, arvad meclisdə olacey. Qoy 
getsün, sonra rahat işimizi görərik də. 
Atam  yenə  sakitləşir  və  nənəmin  qaşqabaq 
sallatmağından hiss olunur ki, o biri uşaqlarından üstün 
tutduğu  kiçik  oğlunun  məhz  bu  dar  məqamda  ona, 
müəyyən  mənada,  xəyanət  edib  əks  cəbhəyə  meyl 
göstərməsi  heç  ürəyinə  yatmır.  Amma  narazılığını  açıq 
şəkildə  büruzə  verməyi  də  şəstinə  sığışdırmır.  Eləcə 
uzun  donunun  ətəklərini  yığıb  «  Ya  Allah!»  deyərək 
ayağa  durur,  taxçadan  canamazını,  möhürünü  götürüb 
namaz  qılmaq  niyyətində  olduğunu  hiss  elətdirərək 
söhbəti xətm eliyir. 
Şənbə  günü  nənəm  təğyiri-libas  olub  kəndə,  yas 
məclisinə gedir, atamla əmim və bir neçə məhəllə uşağı 
isə  köməkləşib  şüşəbəndin  başında  altı  kvadrat  metrlik 
sahəyə  nazik    məftildən  setka  çəkib  balaca  tövləfason 
yer düzəldirlər, bu vaxta qədər yekə otaqda keyfə baxıb 
partapartnan yumurtlayan toyuqları orda yerləşdirirlər.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə