İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə52/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   48   49   50   51   52   53   54   55   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
198 
198 
–  Burnuvuzdan  gəlsin  o  yumurtalar.  –  Nənəm 
azca  qəzəblənsə  də,  bu  kəlməni  demək  tərzindən 
anlayırıq  ki,    məqsədi  heç  də  bizim  bütün  ailə 
üzvlərimizin 
burnundan 
toyuq 
yumurtalarının 
gəlməyini,  yaxud  çıxmağını  seyr  etmək  deyil,  sadəcə 
arvad  onun  toyuqlarının  məskəninə  qəsd  elədiklərinə 
görə ürəyini boşaldır. 
–  Əşi,  guya  yumurta  qəhətdi  başımıza,  -  atam 
dillənir,  –  dükanlar  doludu  yumurtaynan,  nə  qədər 
istəsən al bişir də. 
Nənəmin  elə  bil  atasını  söyürlər.  Ya  da  yox,  elə 
bil  onun  hansısa  qiymətli  bir  qızıl  əşyasını  dəmir-
dümürlə müqayisə edirlər.  
– Çox sağ ol. – Əcayib bir tərzdə deyir. – Sən o içi 
ağappaq  inqubator  yumurtalarını  mənim  gül  kimi 
toyuqlarımın  qoyduğu  sapsarı  yumurtalarnan  bir 
tutursan? Elə o peçattdı yumurtalardan yemisən ki, indi 
üzümə ağ olursan da.  
Nənəm  düz  deyirdi  o  vaxtkı  camaatın  çoxunun 
yadına  gələr  ki,  hökumət  fermalarının  yumurtalarına 
keyfiyyət  nişanı  adlanan  balaca  bir  möhür  vururdular. 
Amma  hamıya  məlumdur  ki,  biçarə  sovet  höküməlinin 
xalqın  xeyrinə  nəzərdə  tutduğu  bütün  qərarlar  əks 
effekt  verirdi.  Məsəlçün,    camaat  yumurtanın  üstündə 
həmin  bu  keyfiyyət  nişanı  deyilən  göy  rəngli  möhürü 
görən kimi anlayırdı ki, inkubator yumurtasıdı, içindəki 
sarısı  da  heç  ağından  fərqlənmir,  özü  də  kapron 
kalqotka dadı verir.  
-Sən  də,  ay  Həsənağanın  qızı,  çox  da  zilə 
qaldırma  bu  yumurta  söhbətini,  –  babam  öz  mülayim 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
199 
199 
199 
səsiylə  aranı  soyutmağa  çalışır.  –  Guya  sənin  o  cüllütə 
oxşuyan  toyuqların  olmaseydi  acınnan  öləceydik. 
Maşallah, hələ mən də işdiyirəm, uşaqların da əli çöreyə 
çatıb.  Ala-babat  dolanırıq  də.  Boşalt  o  otağı  ,  qoy  o 
rayonnu  tifil  hökumətdən  ev  alaneycən  gəlib  bir-iki  il 
qalsın burda. Sakit oğlandu, beş-altı dəfə bura da gəlib, 
özün  görmüsən.  Həm  də  gədənin  dostudu  da.  Fərri 
adam olmasa uşaq məsləhət bilməz ki. 
– Bu ya? – Nənəm təəccüb və bir az da kinayəylə 
atamı  göstərir.  –  Sən  diyirsən  mən  indi  bunun  sözünə 
etibar  eliyim?  Adə,  bu  sabah  murdar  urusun  birini  də 
götürüb  salar  boğazımıza  ki,  bunu  yidizdirib  içizdirün, 
qəmsəmoldu, nə bilim, piyanardu. Bunun ipinin üstünə 
odun yığmağ olar?  
– Yox da, sən də bizim camaatı urus ərməniynən 
nöş  tay  eliyirsən?  Noolsun  ki  bakili  döyül.  –  Babam 
uzun  müddət  dəmiryolunda  bələdçi  işləmişdi,  bütün 
rayonlarımızı  gəzmişdi,  onun  üçün  də  bilirdi  ki, 
mahiyyət  etibariylə  bizim  camaat  elə  bizim  camaatdı, 
istər rayonda yaşasın, istər şəhərdə. Fərq olsa olsa bir-iki 
adətdə, ənənədə olacaq. 
– İstəmirəm, - nənəm müqavimət göstərir, – lazım 
döyül  mənə  onnarın  ayda  verdiyi  otuz  manat. 
İstəmirəm  gətirdiyləri  pay-puçu.  Mən  öz  toyuqlarıma 
öyrəşmişəm.  Həm  də,  nə  əziz-xələf  olub  süzünçün  bu 
rayonnı balası. Ciyərparavuzdu bəyəm? 
-Dostumdu  da,  –  atam  səsini  bir  az  yumşaldır,  – 
ay məmə, hesab elə ki, bu saat sənin köhnə padruqan, - 
atam  bu  sözü  deyəndə  azca  gülümsünür,  –  Molla 
Məsməxanımın  evi  yandı,  ya  ayrı  şey  oldu,  düşdü 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
200 
200 
küçələrə. Sən indi ona o boş otağı qıymıyaceysən ki, nə 
var-nə  var  toyuq  saxlıyırsan  orda?  Mən  də  elə  də. 
Dostumdu,  can-ciyərimdi,  görürəm  obşejitdə  əziyyət 
çəkir, istəyirəm bir az kömək eliyim də.  
– Adə, mənə bax, - nənəmin qaşları yığılır. – Sən 
Molla  Məsməxanımı  o    qurumsağa  tay  eliyirsən?    O 
ağzıdualı,  orucdu,  namazdı  arvaddı,  əlinnən  Quran 
düşmür.  Molla  Məsməxanım  evsiz  qalsa,  toyuqların 
evinə  köçürdmərəm,  Onu  öz  otağıma  salıb  özüm 
köçərəm  toyuqların  yanına.  –  Sonra  da  dodağaltı 
deyinir: – qurumsağın danışığına bax. Gör kimi kimnən 
bir  tutur.  –  yenə  nəyisə  xatırlayıb  ürəyi  açılır.  –  Adə, 
Molla  Məsməxanımın  duaları  olmasa,  Allah  bilir,  hansı 
dərədə,    harda  olarduz  hamuvuz.  Hər  ay  süzün 
salamatdığıvuzçün filan qədər nəzir-niyaz verirəm ona, 
Quran oxutdururam. Çoxsağoluvuzdu mənə? 
Atamın yaralı yerinə dəydilər elə bil. 
–  Hə  də.  Zülümnən  qazandığımız  köpük-quruşu 
bizdən gizdin apar tök Molla Məsməxanımın qabağına, 
o da yedizdirsün o avara gədəsinə.  
Nənəm ah çəkir, bir az kövrəlir və övlad sarıdan 
bəxti gətirməyən «padruqasını» fikirləşir. 
– Hə , o yazıq da bir cür çəkir. Bir dənə oğlun ola, 
o  da  belə  bifər,  nəşəxor.  Nə  bilim  əşşi,  Allah  bilən 
məsləhətdi. 
–    Öz  işidi,  özü  bilər.  Vaxtında  arvad 
məclislərində  veyillənib  qırt  toyuqlar  kimi  boş-boş 
mərsiyə  oxumaqdansa  oğlunu  tərbiyə  eliyərdi.  -  atam 
mövzunu  yenə  əvvəlki  axara  qaytarır:  –boşaldırsan 
otağı, ya yox? 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə