İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə49/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   45   46   47   48   49   50   51   52   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
188 
188 
heç  indiyəcən  urus  dilini  fərri  qanmır,  budey  ,  xırda 
əmin,  urus  dilində  bildiyi  ancaq  «  yob  tvayu  mat» 
sözüdü,  ayrı  şey  bilmir.  Urusdar  donuz  balasına  çoşqa 
deyərlər.  Əlli-altmış  il  əvvəl,  mən  də  sənin  kimi  xırda 
uşaq  olanda  bizim  nöyüt  mədənnərində  işdiyib  çörək 
pulu  qazanmaqçün  Urusyətdən  də  çoxlu  sarışkə 
gəlmişdi bura. Olar da ki, ölür donuz ətiyçün, hansının 
balaca  həyət-bacası  olurdusa  iki-üç  dənə  donuz 
saxlıyırdı. Razin tərəfdə lap çox idilər. Hə, biz də baxıb 
görürdük  ki,  onların  «çoşqa»    didiyi  bu  donuz  balaları 
bütün günü palçığın  içində ağnayıllar,  zir-zibilin  içində 
eşələnillər.  Bu  sözü  birinci  dəfə  o  vaxtlar  eşitdi  Bakı 
camaatı.  Hə,  sonra,  nə  diyim,  onu  diyirdim  axı,  bu 
urusdar  möhkəm  vuran  olullar.  Adam  vurmağı 
dimirəm,  elə  şeylərdə  fərasətdəri  yoxdu,  araq  vurmağı 
diyirəm.  Mədənnərdən    çıxan  kimi  elə  qara-qura, 
nöyütdü  pal-paltarda  doluşardılar  meyxanalara,  o 
vaxtkı  stalovılara,  gecə  yarıyacan  araqdan-çaxırdan 
içərdilər  eşşek  kimi,  sonra  da  bir-birinnən  sallana-
sallana çıxardılar küçələrə, urus mahnıları oxuya-oxuya 
gedərdilər  qaldıqları  evlərə  tərəf.  Az  içmiş  olannarı 
birtəhər  gedib  çıxa  bilirdi  evlərinə,  amma  hansıları  ki, 
lül-qəmbər  idilər,  heç  evlərinin  yolunu  da  tapa 
bilməzdilər,  yıxılıb  qalardılar  Bakı  küçələrindəki 
nohurların,  palçığın,  zir-zibilin  içində.  Bizim  camaat  da 
onnara  baxıb  deyərdi  ki,  bu  sarılar  içəndə  elə  öz 
«çoşka»larına  oxşıyırlar,    ölürlər  palçığın  içində 
eşələnməkçün. 
Beləliklə,  babamın  mənə  verdiyi  informasiyadan 
belə məlum olurdu ki, bizdə «çuşka» epiteti ilk dəfə 19-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
189 
189 
189 
cu  əsrin  sonlarında  bura  köçüb  gəlmiş  ruslara  şamil 
edilib.  Yaxşı,  bunu  öyrəndik.  İndi  keçirik,  bu  dinamit 
xislətli sözün sonrakı taleyinə.  
Qeyd  etmişdik  ki,  əllinci  illərin  sonlarında  sovet 
hökumətinin  qərarına  əsasən  əyalətdə  yaşayan  əhaliyə 
sərbəst  şəkildə  ali  təhsil  almaq,  yaxud,  ümumiyyətlə 
yaxşı  iş  tapmaqçün  kənddən  çıxmaq  hüququ  verildi  və 
elə  həmin  ərəfədə  də  Bakıya  böyük  bir  axın  başladı. 
Kimisi  oxumağa  gəlirdi  paytaxta,  kimisi  işləməyə, 
kimisi də elə-belə gəzməyə. 
Bəs  onda  necə  oldu  ki,  əvvəllər  eşşək  kimi  içib 
palçıq  içində  eşələnən  alkaşlara  şamil  edilən  bir  epitet 
birdən-birə  bizim  əyalətdən  gələn  camaatımıza  aid 
edilməyə  başladı?  Kim  onlara  ilk  dəfə  «çuşka»  dedi? 
Bakılılar?  Yox,  bayaq  dedik  ki,  təmiz  bakılıların  rus 
diliylə  çox  araları  yox  idi.  Bəs  kim?  Əlbəttə  ki, 
psevdobakılılar  -  yəni  Bakıda  yaşayan  rusdilli  əhali  ( 
Əvvəl qeyd etmişdik ki, bunların içinə SSRİ-də yaşayan 
başqa  millətlərin  nümayəndələri  və  Rusiyada  təhsil 
almış azsaylı rusdilli azərilər daxil idi).             
Bu  zümrəyə  məxsus  şəxslər  özlərini  daha  çox 
Avropalı  hiss  etdiklərinə  görə,  bizim  əyalət  adamlarına 
yuxarıdan  aşağı  baxırdılar,  onları  geridə  qalmış  hesab 
edirdilər  ki,  bu  da  məlum  məsələdir  ki,  çoxlarının 
xoşuna  gəlmirdi.  O  ki,  qaldı  binəva  bakılılara    (əsl 
bakılıları  nəzərdə  tuturam),  adı  çəkilən  «inkişaf  etmiş» 
zümrəyə  məxsus  ali  şəxslərin  gözündə  biz  bakılılar  o 
rayonlardan  gəlmiş  camaatdan  da  beşbetər  çuşkaydıq, 
sadəcə bizim gəmidə oturduqlarına görə bu sözü bir çox 
hallarda  üzümüzə  deyə  bilmirdilər,  deyəndə  də 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
190 
190 
bizimkilər  cavab  verirdilər  ki,  xoşunuza  gəlmirsə  rədd 
olun  çıxın  gedin  hardan  gəlmisiz  ora,  Urusyetə,  nə 
bilim, hara. Öz şəhərimizdi, özümüz bilərik neynirik. 
Amma əyalətdən gələn, özünü bir növ, qəriblikdə 
hiss edən adamlar bu cür cavab verə bilmirdilər və ona 
görə də, adıçəkilən epitet nə qədər xoşlarına gəlməsə də, 
onu udmalı olurdular. 
Bəlkə  də  camaatımızın  arasına  bu  cür  ayr-
seçkiliyin  düşməsi  də  «parçala  və  hökm  sür»  siyasəti 
yeridib  əsarət  altında  saxladığı  xalqları  daha  rahat 
istismar edən imperiyanın bir siyasətiydi. Yəqin ki. Əgər 
belə  olmasaydı  bakılı-qeyri  bakılı  konfliktləri  rus 
imperiyasından əvvəllər də olardı, amma olmamışdı.  
Şəxsən  mənim  özümün  də  yadıma  gəlir  ki,  ta 
səksəninci illərə qədər bizim yuxarı məhəllənin uşaqları 
başlarında  şapgə,  əllərində  təsbey  şəhər  içinə  düşəndə 
«yuxarı»  zümrəyə  mənsub  cavanlar,  ən  çox  da  qızlar, 
bizimkilərə  baxıb  gülürdülər,  «fu,  çuşka»  deyə  lağa 
qoyurdular.  
Əcəbdi,  gəlib  məmləkətimizdə  yaşamaqları  bəs 
deyildi,  hələ  bir  öz  heyvanlarının,  daha  dəqiq  desək, 
özlərinə  oxşayan  heyvanın  adını  bizə  qoydular.  Bizim 
bəzi  başıboş  həmvətənlərimiz  də,  bir  balaca  qabağa 
gedən  kimi  düşdülər  onların  küyünə,  başladılar 
özününkülərə  yuxarıdan  aşağı  baxmağa,  öz  dilimizdə 
danışmağı  özlərinə  sığışdırmadılar,  onlara  baxıb 
başladılar 
kənddən-bucaqdan 
gələn 
qohum-
əqrabalarına «çuşka» deməyə. 
Bütün  bu  deyilənlər  hamıya  məlumdur,  bu 
barədə  çox  yazılıb  ,  çox  söhbətlər  gedib,  uzatmağa 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə