İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə46/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   42   43   44   45   46   47   48   49   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
178 
178 
 
            Yenə sənsiz göz ağlar, cism üryan, çöhrə sapsarı, 
            Payızdır:  gur  yağış,  çılpaq  budaqlar,  sarı 
yarpaqlar. 
 
            Deyirlər hər ağac bir aşiqin qəm dəftəri olmuş, 
            Bu  dəftərdən  qopan  solğun  varaqlar  –  sarı 
yarpaqlar 
 
 
Elə  bil  tapdalanmış  haqqıdır  məzlumların 
yerdə, 
 
Bu  az  ömründə  çox  görmüş  ayaqlar,  sarı 
yarpaqlar. 
 
 
Eşitsən bağçada yüngül xışıltı, anla ki, Fəhmi 
 
Bilib talelərin sakitcə ağlar sarı yarpaqlar 
 
 
Bakının adının və əhalisinin Hindistanla bağlılığı  
üç  faktorda  təzahür  edir.  Birinci  faktor,  qeyd  etdiyimiz 
kimi islamdan əvvəlki dövrdə Hindistandan bura gələn 
və  bizim nöyütü Allah bilib ona, daha doğrusu, ondan 
yaranan  Alova  sitayiş    atəşpərəstləri  (belə  məlum  olur 
ki,  nöyütü  «allah»  bilməkdə  qədim  hind  atəşpərəstləri 
indiki ingilisləri, amerikalıları çox-çox qabaqlamışdılar), 
ikinci  faktor  artıq  bu  yaxınlarda,  yəni  iki  yüz  il  əvvəl 
Bakıya  gəlib  Suraxanıda  məskunlaşan  Hindistanın 
krişnaidləri,  üçüncü    faktor  isə  mənim  nənəmin 
Buddaya oxşamasıdır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
179 
179 
179 
Birinci faktor barədə söhbət etmişik, ikinci faktora 
isə  Bakı  memarlığından  danışanda  toxunacağıq.  Hə, 
qalır  üçüncü  faktor,  yəni  mənim  nənəmin  Buddaya 
oxşamağı.  
Bir  neçə  il  bundan  əvvəl  təsadüfən  əlimə  düşən 
bir kitabda Həzrəti- Buddanın şəklini görmüşdüm. Çox 
əntiqə  şəkil  idi:  özü  ortada  hərəkətsiz  oturaraq  ilahi  və 
əbədi bir istirahətlə məşğuldur, bütün kainat – ulduzlar, 
ay,  günəş,  insanlar,  dağlar,  daşlar,  bir  sözlə,  hər  şey 
onun ətrafına fırlanır.  
O  saat  nənəm  yadıma  düşdü  və  təsəvvürümdə 
əntiqə  bir  multfilm    (indiki  dillə  desək,    cizgi  filmi) 
canlandı – nənəm köhnə həyətimizin ortasındakı balaca 
otağında  bardaş  qurub  Quran  oxuyur,  bütün  ailə 
üzvlərimiz  isə  həyət  qarışıq  asta-asta  onun  başına 
fırlanır.  Həm  də  nənəmdən  başqa  hamı  ikiqat 
hərəkətdədirlər, yəni babam buxara papağını təmizləyir, 
atam  kommunizmin  məziyyətlərindən  danışır,  əmim 
kazbeki  damağına  sıxıb  damda  quş  uçurdur,  anam 
corab toxuyur, bibimsə uzun saçlarını hörür.  
Bu multfilmin ən maraqlı detalı isə bu idi ki, hamı 
öz  işini  görməklə  bərabər  gözucu,  hiss  olunmadan  
nənəmə  baxırdı,  elə  bil  onun  qəzəbli  baxışlarıyla 
toqquşmaqdan qorxurdular, ehtiyat edirdilər. 
Yox,  heç  kim  nənəmdən  qorxub  eləmirdi, 
əstəğfürullah,  Əzrayıl  deyildi  ki  qorxaydılar  ondan. 
Ümumiyyətlə,  dünyavü-üqbadə  nənəmdən  qorxan 
yeganə məxluq bizim həyətdəki pişiyimiz idi ki, binayi-
qədimdən nənəmin ondan zəhləsi gedirdi.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
180 
180 
–  Biqiryət  kopoyoğlu,  (pişiyi  deyirdi)  siçan-
siçovul  görəndə  qorxudan  az  qalır  girsin  yerə,  bizə 
çatanda  sinəsini  qabağa  verib  elə  gəzir  ki,  elə  bil 
Rüstəm-Zalın pələngidi.  
Hərçənd, 
Rüstəm 
Zalın 
pələng 
saxlayıb-
saxlamaması barədə tarixi mənbələrdə heç bir məlumat 
yoxdur,  lakin  bizim  pişik  həyətdə  siçan,  ələlxüsus  da 
siçovul  görəndə,  doğrudan  da  tamam  dəyişirdi, 
prezident  müşavirəsində  əyləşən  indiki  nazirlərin 
sifətini alırdı, bu da əlbəttə ki, nənəmin xoşuna gəlmirdi. 
Büzüşmüş  pişiyə  baxıb  deyinirdi  ki,  anası  siçovulları 
cüt-cüt boğurdu, onun qorxusundan həyətə siçovlu yox 
e,  heç  milisaner  də  gəlmirdi.  Qorxurdular  ki,  naqafil 
çıxıb atdanar sifətdərinə. Heyif, maşın altında qalıb öldü 
yazıq. Bu bifər bilmirəm kimə oxşadı. 
Nənəmin  sözündə  müəyyən  qədər  həqiqət  olsa 
da,  şəxsən  mən  pişiyimizi  çox  gözəl  başa  düşürdüm. 
Bakının  mistik  aurasının  təsiri  altında  bizim  yerli 
siçovullar  böyüyüb  elə  qorxunc  görkəm  almışdılar  ki, 
elə  mən  özüm  də,  on-on  iki  yaşınacan  onlardan  it  kimi 
qorxurdum,  o ki qaldı fəqir, arıq bir pişik ola.    
Hə,  sözüm  ondadı  ki,  əslində  ailə  üzvlərimizdən 
heç 
biri 
nənəmdən 
qorxub 
eləmirdi. 
Sadəcə, 
bizimkilərçün  nənəm  müəyyən  mənada  prizma  rolunu 
oynayırdı,  bütün  hərəkətlərinin,  əməllərinin  mahiyyəti 
bu  prizmadan  keçən  zaman  açılırdı,  içi  görünürdü,  heç 
nəyi gizli saxlamaq olmurdu. 
Çox  vaxt  onun  dediklərini  qulaq  ardına  vursalar 
da,  fikir  verməsələr  də  (  ən  çox  da  kommunist  atam) 
hamı  ürəyinin  dərinliyində  bilirdi  ki,  arvad  müəyyən 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
181 
181 
181 
dərəcədə    haqlıdır.    Lakin  onun  həqiqətləri,  bir  növ, 
dünyadan  bixəbər  olan,  qaranlıq  bir  mağaradan  çıxmış 
övliyaların  moizələri  kimi  qəbul  edilirdi,  yəni  bəlkə  də 
sən düz deyirsən, lakin bu dünyada elə yaşamaq olmaz, 
bu  zamanın  öz  hökmü  var,  gərək  məhz  biz  olan  kimi 
olasan, yoxsa aqibətin heç də yaxşı olmaz.  
Beləcə,  ailəmizdəki  bu  cür  qısaqapanmalar 
məndə  ilk  dəfə  dünyavi  həqiqətlərin  nisbiliyi  barədə 
fikir  yaratmış  oldu.  Atam  bir  söz  deyirdi,  fikirləşib 
görürdüm ki, haqlıdı, düz deyir. Sonra nənəmin yanına 
gəlirdim, o öz növbəsində atamın dediyinin əksini israr 
edirdi, fikirləşib baxırdım ki, arvad da düz deyir. Babam 
bu  iki  qütbün  arasında  barışdırıcı  mövqe  tutubdu,  baş 
sındırıb baxırdım ki, ən ağıllısı kişinin fikridir. 
Lap axırda da avara, cüvəlləğı əmim gəlib özünü 
çatdırırdı  və  mübahisə  gedən  mövzuda  elə  bir  naqolay  
fikir deyirdi ki, hamımız çaş-baş qalırdıq, məlum olurdu 
ki, əvvəl deyilənlərin hamısı içiboş fındıq imiş, ən ağıllı 
adam  elə  əmimdi  ki,  ondan  ötrü  dünyada  ən  böyük 
həqiqət kazbekin içini doldurmaqçün şey tapmaqdan və 
sökdüyü  maşın  mühərrikini  necə  lazımdı  yığıb,  tez 
pulunu almaqdan ibarətdir. 
Əslində  bir  fəlsəfi  kateqoriya  olaraq,  «həqiqət»ə 
nifrətim  də  elə  həmin  vaxtlardan  başlamışdı  və  bu 
«həqiqət»  deyilən  məfhum  mənim  təsəvvürümdə    hər 
bir 
potensial 
«klientin» 
şəhvani 
istəklərinə 
uyğunlaşmağa  qadir  olan  fahişə  arvadlar  görkəmində 
canlanmışdı.  Sadəcə,  araşdırdığımız  situasiyada,  kişi 
bədəninin yerini insan şüuru tuturdu.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə