İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə48/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   44   45   46   47   48   49   50   51   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
185 
185 
185 
kimsə  bir  şəhərdən  başqa  şəhərə,  bir  kənddən  başqa 
kəndə  köçmək  niyyətinə  düşürdüsə,  bunun  üçün  o 
qədər  dövlət  instansiyalarını  gəzməli,  o  qədər 
məmurlardan  icazələr  almalıydı  ki,  bu  müddət  ərzində 
yerdəyişmə istəyi də ölürdü. 
Beləcə,  ötən  əsrin  iyirminci  illərindən  başlayaraq 
növbəti qırx il ərzində Bakı əhalisi demək olar ki, heç bir 
dəyişikliyə  məruz  qalmamışdı.  O  illərin  Bakı  əhalisini 
milli-etnik baxımdan bu cür qruplaşdırmaq olar. Birinci: 
Bakının  ən  qədim  əhalisi  hesab  olunan  və  İçərişəhərdə 
yaşayan «Ağşalvarlılar» ( bu, demək olar ki, itib-getmiş 
nəslin  qəribə  adının  mahiyyətinə  gələcəkdə  baş 
vurmağa  səy  göstərəcəyik).  İkincisi,  əslən  Abşeron 
kəndlərindən  olan  ailələr.  Üçüncüsü,  Bakıda  neft 
«bum»u  zamanı  ölkənin  müxtəlif  əyalətlərindən  və 
cənubi  Azərbaycandan  bir  tikə  çörək  pulu  qazanmaq 
üçün 
Bakıya 
gələrək 
mədənlərdə 
işləyənlər. 
Dördüncüsü  isə,  Bakıda  məskunlaşan  qeyri-millətlərin 
nümayəndələri, yəni ruslar, yəhudilər, ermənilər və s.  
Qeyd  etdiyimiz  kimi,  sovet  hakimiyyətinin  ilk 
qırx  ili  zamanı  Bakıya  daha  kütləvi  insan  axınları 
olmamışdı və inqilabdan əvvəl şəhərdə məskunlaşan bu 
qrup insanlar da əvvəlki gəlmələr kimi bakılılaşmışdılar 
(bircə  son  qrupdan  başqa.  Burda  yaşayan  qeyri-
millətlərin  nümayəndələri  nə  qədər  özlərini  bakılı  elan 
etsələr  də,  bizimkilər  onları  tam  özünkü  kimi  qəbul 
etmirdilər).                     
 Amma  insafən  heç  kim  öz  əsli  nəsəbini 
xatirindən çıxartmırdı, hamı kişi kimi boynuna alırdı ki, 
bizim  babamız,  tutalım,  Maştağadan  Bakıya  köçüb,  ya 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
186 
186 
Ərdəbildən  qaçıb  gəlib  və  yaxud  Həştərxandan  bura 
sürgün  olunub  və  etiraf  edirdilər  ki,  əsl,  təmiz  bakılı 
onlar  yox,  məhz  İçərişəhərdəki  Ağşalvarlılardır,  bu  da 
təbii ki, əriyib getməkdə olan bu nəslin hörmətini şəhər 
camaatı  içində  artırırdı  (gərək  o  vaxt  qırmızı  kitaba 
salardıq  Ağşalvarlıları,  onda  bəlkə  indiyəcən  bu  nəslin 
daha çox nümayəndəsi qalardı). 
Bu  baxımdan  demək  olar  ki,  yarım  əsr 
müddətində  Bakı  əhli  kompaktlaşmışdı,  kənardan 
kütləvi axınla üzləşməmişdi və insanlar bu durğunluğa 
adət  etmişdilər.  Elə  bilirdilər  ki,  həmişə  belə  olacaq. 
Eyni  məhəllədə,  eyni  həyətdə,  eyni  qonşularla    ta 
qiyamətəcən yaşayacaq, xasiyyətinə öyrəşdiyi insanlarla 
həmişə  bir  yerdə  olacaq  və  bu  qapalı  mühit  heç  vaxt 
dağılmayacaq.                                      
Təxminən əlli il əvvəl Bakı tarixinin ortasından burğu ilə 
yekə  bir  deşik  açdılar,  «çuşka»  sözünü  bürməliyib 
soxdular ora, fitilin ucunu yandırdılar, Bakı tarixi də elə 
partladı  ki,  binayi-qədimdən  bizimkilər  belə  partlayış 
görməmişdi.  
Lakin  düz    demədim,  bu  ilk    partlayış  elə  də 
güclü  deyildi,  çünki  bu    elə  tipli  dinamit  idi  ki,  hissə-
hissə  partlayırdı,  hərdən  bir  az.  Onunçün  də  ilk 
partlayış o qədər dağıdıcı təsirə malik deyildi, yəni Bakı 
tarixini  tamamilə  dağıda  bilmədi,  lakin  təsirsiz  də 
ötüşmədi.  Üstünə  xırda  daş  dəyən  Jiquli  padpresi  kimi 
çat-çat olsa da, bütövlüyünü hələlik saxlaya bildi. Və bu 
«hələliy»in nə qədər – beş il, on il, iyirmi il çəkəcəyini o 
vaxt  Allahdan  başqa  heç  kim  bilmirdi;  nə    bakılılar,  nə 
də qeyri-bakılılar. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
187 
187 
187 
Bir  vaxtlar,  beş-altı  yaşım  olanda  bu  dinamitin 
mənşəyini  çox  axtarmışdım.  Ən  çox  da  babamın 
zəhləsini tökürdüm, baş-qulağını aparırdım ki, ay baba, 
bu «çuşka» sözü hardan pırtdıyıb çıxıb, mənası nədi, bu 
sözün  «çaşka»  sözünə  bir  aidiyyatı  varmı?  və  s  və  i. 
Məhz  babama  qəmiş  olmağımın  səbəbi  isə  o  idi  ki, 
kommunist atamın yanında bu sözü dilimə gətirən kimi 
qulağımın dibindən bir şillə qoyub deyirdi ki, başından 
böyük  qələt  eləmə,  camaat  arasında  ayrı-seçkinlik 
salmaq  əsl  pionerə  yaraşmaz.  Nənəmdən  soruşanda, 
arvad  heç  bir  dəqiq  cavab  verə  bilmirdi,  söhbəti  o  yan-
bu  yana  fırladırdı,  o  ki  qaldı  cüvəllağı  kiçik  əmimə, 
onun  işi  lap  fısqırıq  idi,  bir  dəfə  peşman  olub  ondan 
soruşdum  ki,  əmi,  «çuşka»    nə  deməkdi?    Əmim  də 
damağındakı  kazbeki  çıxarıb  onların  dalıyca  o  qədər 
söydü  ki,  axırı  mən  qulaqlarımı  tutub  aradan  çıxdım, 
çünki  məktəbdə bizə öyrətmişditlər ki, kimsə yanınızda 
söyüş söysə, oranı mütləq tərk eləmək lazımdır. 
Bəli,  qeyd  elədiyim  səbəblərə  görə  də,  mən  öz 
sualımı  həmişə  babama  verirdim,  elə  bil  sövq-təbii  ilə 
hiss  edirdim  ki,  cavabını  o  hamıdan  yaxşı  bilir,  amma 
oturub mənə izah eləməyə hövsələsi çatmır. 
Axırı  əl  çəkmədiyimi  görən  kişi  bir  gün  keyfi 
yaxşı  olanda  (deyəsən,  həmin  gün  uzun  axtarışdan 
sonra  özünə  əntiqə  buxara  papaq  almışdı)  həyət 
qapımızın  sağ tərəfindəki balaca skamyada  oturub sual 
verdiyim  xüsusda  bildiklərini  mənə  danışdı.  Dedi  ki, 
bala,  ən  əvvəl  yadunda  saxla  ki,  bu  «çuşka»  sözünü 
təmiz  bakılılar  icad  eləməyib,  çünki  bu  urus  sözüdü,  o 
da  məlumdu  ki,  bizim  köhnə  Bakı  camaatının  çoxusu 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə