İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə51/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   47   48   49   50   51   52   53   54   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
194 
194 
prikola  tutub  məzələnməkçün  xam  adam  lazım  idi, 
bilirdi  ki,  onların  həyətində  məskunlaşdığına  görə 
kirayənişin  onun  hər  cür  prikoluna,  zarafatına  dözməli 
olacaq  (  düzdü,  bu  zarafatlar  heç  vaxt  ədəb-ərkan 
həddini keçməzdi, mənim özüm də uşaq olanda həmişə 
kirayənişinimizə  sataşardım,  adını  dəyişib  Mirdəftər 
əmi  deyərdim).  Bu  baxımdan,  kiçik  əmimlə  babamın 
maraqları müəyyən mənada üst-üstə düşürdü.  
Bibimlə  anam  isə  belə  söhbətlərə  heç  vaxt 
qoşulmazdılar, abır-həyalı ev qadınları kimi  böyüklərin 
dediyinə  Allahın  əmri  tək  baxardılar,  hansı  məsələ 
barəsindəsə öz fikirlərində israr etmək  adətləri yox idi. 
Anam  bütün  günü  ev  işləriylə  məşgul  olardi,  bibim  də 
bir küncə çəkilib sakitcə kitab oxuyardi. 
 
 
Gecə ruhumda yanan şam ki sönər sakitcə
Isti göz yaşı donub daşə dönər sakitcə. 
 
Tək buraxmam səni ölsəm də əgər, kölgən olub 
Daim ardinca xəyalım sürünər sakitcə. 
 
Sərsəri duygularım diqqəti cəlb etmək üçün  
Yenə şer adlı libasın geyinər sakitcə. 
 
Gecə göylərdə soyuqdurmu ki mən yandıqca 
Atəşim üstə mələklər isinər sakitcə. 
 
Bu qədər qəm yükünü çəksə də biçarə ürək 
Səsi çıxmaz, gecə-gündüz döyünər sakitcə. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
195 
195 
195 
 
Nakam aşiqlərinin ruhudu, qar şəklin alıb 
Saçına qonmaq üçün göydən enər sakitcə. 
 
Kimsəsizlik soyugundan büzüşəndə Fəhmi 
Yenə eşq oduna, yarım, bürünər sakitcə.  
 
 
Hə,  qalırdı  bircə  nənəmin  razılığı  və  burda 
məsələ  xeyli  qəlizləşirdi.    Ümumiyyətlə,  kirayənişin 
məsələsi  ortaya  çıxan  kimi  nənəmin  davranışında, 
xasiyyətində 
əmələ 
gələn 
metomorfozalar 
ailə 
üzvlərimizin  hamısı  üçün  gözlənilməz  olmuşdu.  Neçə 
illərdən  bəri  hamının  tanıdığı  mülayim,  nurani,  ağıllı 
arvad  birdən-birə  dönüb  olmuşdu  tərs  və  aqressiv  bir 
məxluq.  Elə  bil  içindəki  hansısa  knopkanı  basmışdılar 
və  üzü  çönmüşdü  arvadın.  Əlbəttə  ki,  istər  dünyada, 
istərsə də insan psixologiyasında səbəbsiz heç bir hadisə 
baş vermir və nənəmin belə dəyişməsinin səbəblərini də 
mən çox-çox sonralar araşdırıb öz-özlüyümdə dərk edə 
bildim. 
Şəxsən mən bu dəyişikliyi bu cür başa düşürdüm. 
Arvad  cəmi  bircə  dəfə  ,  on-on  iki  yaşında  olarkən 
Abşerondan  kənara  çıxmışdı,  atası  onu  hansısa  rayona, 
bir  dostugilə  aparmışdı,  qalan  bütün  ömrünü  Bakıda 
yaşamışdı, 
buranın 
camaatına, 
 
adət-ənənəsinə 
öyrəşmişdi  və  hətta  öyrəşmək  desəm  az  olar,  məncə 
bütün qapalı mühitlərdə yaşayan insanlar kimi, onda da 
belə bir təəssürat formalaşmışdı ki, bütün dünya, nəinki 
dünya  ,  bütün  kainat  elə  Bakıdan  və  Bakı  ətrafı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
196 
196 
kəndlərdən  ibarətdir.  Ünsiyyətdə  olduğu  adamlar  da, 
elə öz qonşularımız, qohumlarımız, bir də toyda, yasda 
gördüyü yerli camaat idi.  
Əslində  cəmiyyətdəki  dəyişikliklər  Bakıda  rus 
hökmranlığı  qurulandan  bəri  artıq  tam  sürətlə  gedirdi, 
lakin onu da demək lazımdır ki, nə çar hökuməti, nə də 
Sovet  quruluşu  Bakı  kəndlərinə  və  şəhərin  yerli  əhali 
yaşayan  köhnə  məhəllələrinə  çox  da  nüfuz  edə 
bilməmişdi, yəni bu zonalar ta altmışıncı illərə qədər öz 
qayda-qanunlarına, 
adət-ənənələrinə 
uyğun 
yaşayırdılar,  şəhərin  başqa  hissələrindəki  dəyişikliklər 
müəyyən  mənada  bu  məhəllələrdən,  burda  yaşayan 
camaatdan,  ələlxüsus  da  yaşlı  sakinlərdən  yan  keçirdi. 
Nənəm də bu cür həyat yaşayan köhnə bakılılardan idi 
və birdən-birə bu qapalı mühitə tamam kənar bir şəxsin 
daxil  olması  və  nəinki  daxil  olması,  lap  onun 
qabırğasında,  qaldığı  otağın  divarının  o  biri  üzündə 
məskunlaşması  fikri  ona  qorxulu  bir  şey  kimi 
görünürdü.  Bu  qorxu  isə  onunla  bağlıydı  ki,  dediyim 
kimi,  cəmi  bircə  dəfə  Bakıdan  kənara  çıxan  arvadın 
rayon  yeri,  rayon  camaatı  barədə  təəssüratı  bir  o  qədər 
də  xoşagələn  olmamışdı  (  bu  barədə  də  onun  öz 
dilindən eşidəcəyik) və onunçün heç bir dəxli yox idi ki, 
bunlar o vaxt uşaq olan , hər şeyi öz uşaq təfəkkürünün 
prizmasından 
keçirən 
bir 
qızın 
təəssüratlarıydı. 
Nənəmin  beynində  rayon  deyilən  şey,  məhz    həmin 
yeganə  səfəriylə,  orda  gördüyü  adamlarla,  mühitlə 
qeyri-ixtiyari  assosasiya  yaradırdı  və  ona  elə  gəlirdi  ki, 
bütün əyalət camaatı eyni cür tipdədirlər, ayrı cür ola da 
bilməzlər. Bütün deyilənlərə onu da əlavə edək ki, artıq 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
197 
197 
197 
həmin  ərəfələrlə  Bakıya  əyalətdən  böyük  axın 
başlamışdı  və  orda-burda  az-çox  rastına  çıxan,  hələ 
Bakının davranış qaydalarına alışmağa macal tapmamış 
əyalət  adamlarının  bir  çox  hərəkətləri  təpədən 
dırnağacan  konservator  olan  nənəmin  heç  xoşuna 
gəlməmişdi. 
Beləcə, 
əslində 
arvadın 
psixoloji 
vəziyyətində  əmələ  gələn  dəyişikliyi  anlamaq  bir  o 
qədər də çətin deyil.  
Onun  qəfil  aqressivliyinin  bir  səbəbi  də,  məncə 
qorxu  faktoruyla  bağlıydı.  Çünki,  onun  fikrindən 
keçənlər  o  zamanlar  nəinki  bizim  o  biri  ailə 
üzvlərimizin, hətta deyərdim ki, bütün Bakı camaatının 
fikrindən  keçmişdi,  amma  nənəmdən  fərqli  olaraq  bir 
çoxları  başa  düşürdü  ki,  qarşılaşdıqları  proseslər,  yəni 
bir məkandan başqa bir məkana kütləvi axın, kimlərinsə 
gəlməsi,  kimlərinsə  getməsi,  hansısa  mədəni  auranın 
dağılması  ,  onun  yerinə  başqa  bir  auranın  yaranması– 
bütün  bunlar  hamısı  təbii  prosesdir,  heç  nə  dünya 
durduqca  öz  ilkin  formasını  olduğu  kimi  saxlamır, 
dəyişiklik labüddür. Nənəmsə artıq yaşı keçdiyindənmi, 
ya  həddən  ziyadə  qapalı  mühitdə  böyüyüb  ömür 
sürdüyündənmi,  ya  nədənmi,  bütün  bunları  anlamaq 
istəmirdi  və  bu  səbəbdən  də  içində  belə  bir  şüuraltı 
qorxu  yaranmışdı  ki,  bu  gəlmələr  bizim  bütün  həyat 
tərzimizi  korlayacaqlar,  adət-ənənəmiz,  abır-həyamız 
ayaq altında qalıb məhv olacaq, əvvəlki cənnət Bakıdan 
heç  nə  qalmayacaq.  Buna  görə  iradəsindən  asılı 
olmayaraq  arvadda  özünümüdafiə  instinkti  yaranmışdı 
və  həyətimizdə  əyalət  adamının  məskunlaşmasına 
bacardıqca mane olmağa çalışırdı. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə