İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə50/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   46   47   48   49   50   51   52   53   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
191 
191 
191 
lüzum  yoxdur.  Şəxsən  məni  əsəbləşdirən  bu  idi  ki, 
bizim  rayon  camaatı  bütün  bu  işlərin  səbəbini  biz 
bakılılarda  görürdü  və  böyük  bir  qisminin  ürəyində 
bakılılara  qarşı  elə  bir  nifrət  yaranmışdı  ki,  indiyəcən 
bunun əlamətləri özünü büruzə verir. Lakin bu o demək 
deyil ki, bizim əsl bakılılarla əyalətdən gələnlər arasında 
heç  bir  konflikt  olmurdu.  Olurdu  və  mənim  əsl 
məqsədim,  məhz  bu  konfliktlərin  kökünə  getmək, 
onların səbəblərini axtarmaqdır. Bunun üçünsə yenə də 
öz ailəmizin tarixinə baş vurmalı olacam.  
 
 
Beşinci fraqment 
 
Bizim ailənin əyalət camaatıyla ilk köklü kontaktı 
təxminən  altmışıncı  illərin  əvvəllərində  baş  vermişdi. 
Şəxsən mən özüm o vaxtlar hələ dünyada olmasam da, 
hər  şey  çox  yaxşı  yadımdadır.  Deməli,  soyuq  bir  fevral 
axşamıydı  və  bütün  ailəmiz  nənəmin  yanında    yığışıb 
həyətdəki  boş  otaqlardan  birini  kirayə  verib-verməmək 
barədə məşvərət keçirdirdilər.  
Həyətə  kirayənişin  buraxmaq  ideyası  atama 
məxsus  idi.  Ümumiyyətlə,  bizim  həyətdə  iki  boş  otaq 
var  idi,  birində  əvvəllər  babamın  atası  yaşayırdı,  o 
rəhmətə  gedəndən  sonra  boş  qalmışdı  və  kiçik  əmim 
buranı  özüyçün  anbara  döndərmişdi,  çilingərlik 
alətlərini,  maşınlarçün  az  tapılan  ehtiyat  hissələrini  ora 
yığırdı.  Qarşısında uzun şüşəbəndi olan o biri boş otaq 
isə  əvvəllər  babamın  əmisi  Ağaverdinin  idi,  amma 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
192 
192 
öncəki yazılarımda danışmışdım ki, hökumət onu Sibirə 
sürgün etmişdi və bundan sonra nənəm bu otağa beş-on 
dənə  toyuq  buraxmışdı  ki,  əlimiz  aşağı  olanda 
yumurtasından, ətindən yeyək.  
Atam  da  məhz  bu  otağı  kirayə  vermək  fikrinə 
düşmüşdü. Neft daşlarında işlədiyi müddətdə Mirsəftər 
adlı  bir  oğlanla  dostlaşmışdı.  Bu  Mirsəftər    hansısa 
rayondan  gəlib  burda  AZİ-ni  bitirmişdi,  neçə  il  idi  ki, 
atamla  bir  buruqda  qazmaçı  işləyirdi,  amma  hələ 
hökumət  ona  mənzil  verməmişdi,  yataqxanada  qalırdı. 
Evli  adam  idi,  ailəvi  yataqxanada  min  cür  əziyyət 
çəkirdi  və  atam  qərara  gəlmişdi  ki,  nənəmin  toyuq 
saxladığı  həmin  otağı  boşaldıb  mənzil    alanacan  onlara 
verək.  Ümumi  həyətdə  nə  qədər  narahatçılıq  olsa  da, 
yataqxana  qədər  olmaz,  burda  balaca  da  olsa  öz 
mətbəxləri, öz soyuducuları, qaz plitələri olacaqdı. Bircə 
ayaqyolu ilə hamam ümumi qalacaqdı.  
Mirsəftərin  özü  atamın  təklifinə  çox  sevinmişdi, 
amma  atam  onu  da  demişdi  ki,  sənin  bizim  həyətə 
köçməyinçün  əvvəlcə  gərək  atamla  anamın  razılığını 
alım. Atam bir söz deyən deyil, amma anamın xasiyyəti 
bir az ağırdı, yola gətirmək asan olmayacaq. 
Atam  düz  deyirdi.  Bizim  ailədə  heç  kim  həyətə 
kənar  adamın  köçməyinə    etiraz  etmirdi,  üzdə  lap  açıq 
hiss  elətdirməsələr  də,  daxilən  hamısı  razıydı.  Atam  öz 
yaxın dostunun mənzil şəraitini azca yaxınlaşdırmaqçün 
çalışırdı,  onun  kommunist  vicdanı  heç  cür  qəbul 
eləmirdi  ki,  dostu  yataqxanada  əziyyət  çəkdiyi  halda 
həyətdəki  gül  kimi  otaqda  toyuqlar  məskunlaşsın 
(əlbəttə,  əgər  toyuqlar  da  Mirsəftər  kimi  kommunist 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
193 
193 
193 
olsaydılar,  atam  onların  öz  məskənlərindən  dərbədər 
düşməyinə  razı  olmazdı,  amma  heyvanları  kommunist 
partiyasına qəbul eləmirdilər və məlum məsələdir ki, əsl 
sovet  vətəndaşı  kimi,  atamın  nəzərində  bakılı  olmayan 
kommunist  bakılı  toyuqlardan  daha  üstün  idi).  Babam 
da  Mirsəftərin  həyətimizə  köçməyinə  etiraz  eləmirdi,  
bu  yaxınlarda  təqaüdə  çıxmağa  hazırlaşırdı,  bilirdi  ki, 
bütün  günü  evdə  bekar  oturacaq,  onunçün  də  xam 
adam  axtarırdı  ki,  darıxanda  çənəsinin  altına  salıb  
aramla,  tələsmədən  qədim  xatiratından,  nə  bilim, 
Bakının  keçmişindən,  köhnə  kişilərdən  və  s.  belə 
şeylərdən  danışıb  vaxtını  öldürsün.  O  da  məlum 
məsələdir  ki,  qərib  adam  məskunlaşdığı  yerin  tarixinə, 
adət-ənənəsinə  həmişə    maraq  göstərir,  nəyisə 
öyrənməyə çalışır, ən azı ona görə ki, yerli camaata asan 
qaynayıb  qarışsın,  başqalarından  çox  da  seçilməsin. 
Babam  da  bunları  bilirdi  və  Mirsəftərə,  bir  növ,  baş-
qulaq  aparmaqçün  potensial  namizəd  kimi  baxırdı.  Bir 
az qabağa qaçıb onu da demək istiyirəm ki, bu mənada 
Mirsəftər  babamın  ümidlərini  həqiqətən  də  doğrultdu, 
yerli  camaatın  artıq  əzbərdən  bildiyi  və  qulaq  asmaq 
istəmədiyi  söhbətləri  Mirsəftər  çox  həvəslə  dinləyirdi, 
heç vaxt babamın sözünü kəsmirdi və hərdən haqqında 
söhbət  gedən  hansısa  adətin,  ənənənin  öz  rayonlarında 
hansı  şəkildə  olması  barədə  informasiyalar  da  əlavə 
edirdi  ki,  bu  da  onların  söhbətini  xeyli  maraqlı  edirdi. 
Mən  özüm  də,  uşaq  olanda  çox  oturardım  onların 
yanında. 
O  ki  qaldı  kiçik  əmimə,  o  da  öz  razılığını  atama 
bildirmişdi,  çünki  ona  da  uyanda,  keyfi  kök  olanda 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə