İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə47/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   43   44   45   46   47   48   49   50   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
182 
182 
«Həqiqət» 
məfhumu 
bu 
qədər 
amorf 
olduğundan,  dünyada    tarix  boyu  bir  belə  filosoflar, 
fəlsəfi  cərəyanlar,  qollar,  əllər,    ayaqlar,  burunlar, 
qulaqlar  yaranıb  və  hər  biri  də  bu  «milyon  üzlü 
həqiqəti» özlərinin ən yaxın silahdaşı elan ediblər.  
Dünyada  insanların  şüuruna  uyğunlaşmayan 
yeganə  həqiqət  var  ki,  o  da  «mütləq  ilahi  həqiqət»dir. 
Onun  da  belə  əlçatmaz  olmasının  səbəbi  öz  sifətinin 
yalnız  bir  tərəfini  göstərməsi,  ona  yalnız  bir  rakursdan 
baxmağın  mümkün  olmasıdır.  Yəni  o  biri,  dünyavi 
həqiqətlərdən  fərqli  olaraq    «ilahi  həqiqət»i  əlimizə 
götürüb  ora-burasını  əlləşdirmək,  hər  dəlmə-deşiyinə 
burun  soxmaq  imkanımız  olmadığına  görə,    başqa 
rakursdan  baxanda,  onun  həqiqət  olmadığını  sübut 
eləmək  də mümkün deyil.  
Məhz  bu  «ilahi  həqiqət»ə  münasibət  baxımından 
da dünyanın ağıllı adamlarını iki qismə bölmək olar. Bir 
qism insanlar iddia edir ki, bu ilahi həqiqət də o birilərin 
tayıdır,  nisbidir  və  əgər  əlçatmaz  olmasaydı,  başqa 
rakurslardan  baxmaq  mümkün  olsaydı,  onun  da  min 
dənə  eybi  tapılardı,  heç  də  «mütləq»,  «ilahi»  olmadığı 
aşkara  çıxardı,  çünki  dünyada,  ümumiyyətlə,  mütləq 
həqiqət yoxdur, heç ola da bilməz. Hər şey nisbidir.  
Bu  düşüncə  tərzi  daha  çox    müasir  qərblilərə 
məxsusdur.  
İkinci  qism  ağıllı  adamlar  isə  iddia  edir  ki,  yox, 
elə deyil. Dünyavi həqiqətlər ilahi həqiqətin zərrələridir 
və ona görə də nisbidirlər. İlahi həqiqət isə  bu zərrələrin 
vəhdəti  olduğuna  görə  mütləqdir.  Mütləq  olduğuna 
görə  də,  hətta  ələ keçirmək,  hərtərəfli  gözdən  keçirmək 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
183 
183 
183 
mümkün  olsa  belə  onun  hər  üzündə  eyni  həqiqəti 
görmüş  olarıq.    Bu  düşüncə  tərzi  isə  daha  çox  şərq 
millətlərinə xasdır. 
Mən  yeniyetmə  olanda  diskotekalarda  üzərinə 
çoxsaylı  xırda  güzgü  qırıntıları  yapışdırılmış    plastmas 
kürələr  olardı  və  tavandan  asılmış  bu  güzgülü  kürələr 
asta-asta  fırlandıqca  öz  üzərinə  düşən    işığı  çoxlu  kiçik 
zərrələrə  parçalayıb  ətrafa  səpələyərdi,  biz  də  bu 
romantik  işıq  zərrələrinin  içində  üzərək  qızlarla  rəqs 
eliyərdik,  sir-sifətimizdə  oynayan  işıqlardan  ləzzət 
alardıq. 
Obrazlı dillə desək, «Mütləq ilahi həqiqət» həmin 
o  güzgülü  kürəyə,  onun  ətrafa  səpələdiyi  işıq  zərrələri 
isə dünyavi, nisbi həqiqətlərə bənzəyir.  
Biz  insanların  bədbəxtliyi  də  ondadır  ki,  hər 
birimiz öz nisbi həqiqətimizi mütləq kimi qəbul etmişik 
və bu səbəbdən də düşünmüşük ki, başqalarının həqiqət 
kimi  təqdim  etdikləri,  əslində  saxta  imitasiyadan  başqa 
bir  şey  deyil.  Heç  cür  anlamaq  istəməmişik  ki,  heç 
birimizdə    mütləqlik  yoxdur,  hamımızın  həqiqəti 
əslində 
həmin 
mütləqin 
zərrələri 
olan 
nisbi 
həqiqətlərdir. 
«Hamı günahkardır dünyada, amma  
Dünyada  heç  kimin  günahı  yoxdur.»  –  tezisi  də, 
məncə, dediklərimi bir daha təsdiq edir.  
Bizim ailə üzvlərinin də, hərəsinin öz həqiqəti var 
idi,  amma  fərq  ondaydı  ki,  bütün  ailə  üzvlərimiz 
hərdənbir  də  olsa  dərk  edirdilər  ki,  məhz  nənəmin 
həqiqəti  həmən  mütləq  həqiqətə  daha  yaxındır.  Eyni 
fikri  bakılı-qeyri  bakılı  konfliktlərinə  də  şamil  etmək 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
184 
184 
olar. Hər iki tərəf özünü haqlı, əks tərəfi isə haqsız saysa 
da,  əslində  hər  ikisi  haqlı,  eyni  zamanda  da,    hər  ikisi 
haqsız idilər.  
Son  otuz-qırx  ildə  təzahür  tapan  bu  konfliktləri 
düzgün  araşdırmaqçün,  məncə,  bakılıların  məhz 
iyirminci əsrdəki etnik tərkibinə nəzər salmaq lazımdır.  
Bir çox ucqar məkanlardan fərqli olaraq Bakı kimi 
mərkəzi  şəhərlərin  əhalisi  əsrlər  boyu  tərkib  etibariylə 
fasilə  vermədən  dəyişikliklərə  məruz  qalıb,    müxtəlif 
istiqamətlərdən şəhərə insanlar axışıb, kimisi çörək pulu 
qazanmaqçün, kimisi təhsil almaqçün, kimisi də nöyütə 
yaxın  olmaqçün.  Və  bu  gələnlər  də  vaxt  keçdikcə  yerli 
camaata  qaynayıb  qarışıblar,  Bakının  spesifik  aurasına 
düşüb  bakılılaşıblar.  Keçmişdə  yerli  və  gəlmələr 
arasında  hansısa  münaqişələrin  olmasına  dair  dəqiq 
tarixi  faktlar  yoxdur,  amma  yəqin  ki,  yüngülvari 
narazılıqlar  olub.  Bu  da  təbii  haldır.  Məsəlçün, 
İçərişəhərdə  yaşayan  elitanın  nümayəndələri  Qala 
divarlarından 
kənarda, 
yəni 
Bayırşəhərdə 
məskunlaşmağa 
başlayan 
gəlmələrə, 
rişxəndlə 
«ayaqyalın bayırşəhərli» deyərdilər.  
Ölkəmizdə  sovet  hakimiyyəti  bərqərar  olduqdan 
sonra  şəhərə  axınların  qarşısı  demək  olar  ki,  alındı. 
Kəndlilər 
müəyyən 
mənada 
torpağa 
təhkim 
olunduqlarından 
azad 
yerdəyişmə 
hüququndan 
məhrum 
edildilər, 
məcburi 
surətdə 
kolxozlara 
bağlandılar  və  ümumiyyətlə,  sovet  vətəndaşlarının 
böyük hissəsinin əlindən bu hüquq alındı, evlər dövlətin 
sərəncamına  keçdi.  İnsanların  çoxunun  yaşadığı  evi 
satıb  harasa  başqa  yerə  köçmək  imkanı  qalmadı.  Əgər 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə