İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə55/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   51   52   53   54   55   56   57   58   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
208 
208 
Əmim  deyir  ki,  bu  «azadlıqdan  məhrumetmə» 
toyuqların  məhsuldarlığına  müəyyən  ziyan  vermiş 
olacaq,  beləliklə,  deyinməkçün  arvadın  əlinə  bəhanə 
düşəcək.    Amma,  eybi  yox,  bəd  ayaqda  dükannan  beş-
on  dənə  yumurta  alıb  peçatını  silərik,  gizdincə  basarıq 
bunnarın altına. 
 
Ertəsi  gün  atam  yataqxanada  yaşayan  dostu 
Mirsəftərə  baş  çəkir,  vəziyyəti  ona  danışır,  razılaşırlar 
ki,  elə  günü  bu  gün  bir  o  qədər  də  çox  olmayan 
avadanlığını bizim həyətə daşısın, köçüb otursun.  
Səhəri  nənəm  kənddən  gələndə  Mirsəftər  artıq 
şələ-küləsini  nənəmin  sevimli  toyuqlarının  keçmiş 
məkanına daşımaqdaydı.  
Arvad örpəyini ağzının üstünə çəkib həyətə daxil 
olanda,  onu  görən    Mirsəftər  hörmətlə  salam  verir, 
arvad isə salamına dodağucu, bəlkə də can dərdi cavab 
verməklə,  onların  gəlişiylə  bir  o  qədər  də  razı 
olmadığını  elə  ilk  görüşdən  hiss  elətdirmək  istəsə  də, 
buna  nail  ola  bilmir,  bakılılara  xas  olan  ədəb-ərkan 
nənəmdən  asılı  olmayaraq  özünü  büruzə  verir,  arvad 
elə bil qeyri– ixtiyari əlavə edir: 
-Xoş gəlmisiz, ay bala. Allah mehriban eləsin. 
Bunu deyəndən sonra, dilini saxlaya bilmədiyinə 
görə  özünü dodağaltı məzəmmətləyir: – hə, də, indi elə 
biləceylər ki, gözüm atırdı olarçun. 
Bunu  əlbəttə  ki,  heç  kəs  eşitmir  və  arvad  öz 
otağının  qapısını  açıb  içəri  girir,  lakin  girməmişdən 
qabaq bayaqkı səhvini düzəltməkçün qaşqabaqla, bir az 
da  qəzəblə  geri  çönüb  Mirsəftərə  baxsa  da,  onun  güc 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
209 
209 
209 
nümayiş etdirmək cəhdi uğursuzluqla nəticələnir, çünki 
həmin an təzə və ilk kirayənişin üzünü çevirib özləriylə 
gətirdiyi  və  yolda  zədələdiyi  yeganə  stullarının 
boşalmış  ayağını  bərkitməklə  məşğul  idi.  Nənəm  bu 
qəzəbli  baxışın  boşa  getdiyindən  bir  az  da  əsəbiləşir  və 
gücü yalnız qapını arxasıyca bərk çırpmağa çatır. 
Eh, arvad ki, arvad. Çox elə başa düşəcəklər sənin 
bu  qapı  çırpmağını.  Uzaqbaşı  elə  biləcəklər  ki,  külək 
çırpıb. Sözün varsa çağır üzünə de. De ki, ay qurumsağ, 
nöş yoldan  çıxartmısan uşağımı? İstəmirəm  də siz  bura 
gələsiz. Rədd olun çıxın gedin hardan gəlmisiz ora. 
Amma  yox,  nənəm  heç  vaxt  belə  şey  eləməz. 
Birincisi ona görə ki, ədəb-ərkanı imkan verməz, ikincisi 
də  ki,  əgər  bu  cür  bir  hərəkətə  yol  versə,  qıraqdan 
gələnlər  elə  bilər  ki,  bu  ailədə  kişilərin  sözünü  sayan 
yoxdu,  arvadlar  hökm  eləyir.  İndiki  arvadlardan  fərqli 
olaraq,  belə  rəyin  yaranmasını  nənəm  istəməz,  heç 
istəməz. 
Təzə  kirayənişin  öz  avadanlığını  daşıyıb  otağa 
doldurandan sonra nənəm paltarını dəyişib həyətə çıxır, 
anbardakı  kisələrdən  əlindəki  balaca  qaba  xeyli  buğda 
doldurub  qapısında  durub  siqaret  çəkən  Mirsəftərin 
yanından  etinasızlıqla  keçərək  şüşəbəndə  girir  və 
toyuqlarına dən səpməyə  başlayır. Bu hərəkətiylə sanki 
demək  istəyir  ki,  bu  evin  sənə  kirayə  verilməsinə 
baxmayaraq,  mən  istədiyim  vaxt  bura  gələcəm, 
touqlarıma baş çəkəcəm. 
Nə  Mirsəftər,  nə  də  onun  yanında  dayanıb 
dərindən  köksünü  ötürən  atam  arvadın  bu  hərəkətinə 
heç  bir  reaksiya  vermirlər,  yəni  buyur,  bu  sən,  bu  da 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
210 
210 
toyuqların,  nə  vaxt  istəsən  gəl,  heyvanları  yedizdir, 
içizdir, hətta istəsən gecə də onların yanında qal. 
Həmişə  belə  şeylərə  görə  mübahisə  edən  atamın 
mütiliyi nənəmdə artıq belə bir fikir yaradır ki, deyəsən, 
bu  dikbaş  da  ağıllanıb  adam  olub,  böyüklərlə  çənə 
boğaza  çıxmağın  daşını  atıb.    Hətta  ürəyində  azca 
sevinir də arvad.  
Toyuqların yanından çıxanda nənəm yenə elə bil 
nəyisə  xatırlayır,  Mirsəftərə  tərəf  çönür,  qəribə,  sınayıcı 
bir    baxışla  onu  süzür,  sonra  da  onun  qapısından  iki 
addım  sağdakı  iri  tut  ağacına  baxır  və      həyətin  başını 
göstərir. 
-Ayaqyolu bax ordadı ya.  
-Hə,  -  atama  işarə  verir,  –  göstərib  mənə; 
ayaqyolunu da, hamamı da. 
Nənəm üç addım  aralansa da, daxili narahatçılıq 
onu  vadar  edir  ki,  bir  də  geri  çönüb  dediyini  təkrar 
eləsin. 
- Bax orda, piləkənin yanındadı ayaqyolu. 
Nə  fikirləşirdi  arvad  bunu  deyəndə?  Yəqin  elə 
zənn  edirdi  ki,  təzə  qonşu  axşam  on  metrlik  yolu 
getməyə  tənbəllik  edər,  elə  bu  tut  ağacının  dibini 
döndərər ayaqyoluya. Hələ bəlkə qorxurdu ki, atam da 
onun  təsiri  altına  düşər  və  dostlar  iki  tərəfdən  işə 
başlayıb  bu  yetmiş  yaşlı  biçarə  tut  ağacının  axırına 
çıxarlar, çürüdərlər onu.  
Hə, Mirsəftər öz arvadını və iki xırda uşağını da, 
gətirib həyətimizdə yerləşdirəndən sonra, nənəm ən çox 
o  tut  ağacının  fikrini  çəkirdi.  Hər  dəfə  onun  yanından 
keçəndə,  elə  bil,  artıq  ölümə  məhkum  olunmuş  bir 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə