İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə56/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   52   53   54   55   56   57   58   59   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
211 
211 
211 
məxluq  görürdü,  biixtiyar  yazığı  gəlirdi  ağaca  ,  hətta 
qaçılmaz saydığı bu qətlin qarşısını ala bilmədiyinə görə 
vicdan əzabı içində qovrulurdu.  
Ancaq  öz  sevimli  toyuqlarının  hamısının  birdən 
kəsilib  yeyilməsiylə  barışmadığı  kimi,  bu  həyətə  gəlin 
gələndən  bəri  gözünün  qabağında  olan  bu  əzəmətli  tut 
ağacının  dibinin  ayaqyoluya  dönməsiylə  də  barışa 
bilməzdi  və  onu  qorumaqçün  gördüyü  ilk  tədbir    kiçik 
əmimi  ağacın  kötüyünün  dövrəsinə  adam  boyunca 
setka  çəkdirməyə  məcbur  etməyi  olur.  Əmim  əvvəlcə 
bunun  səbəbini  anlamasa  da,    nənəm  öz  dediyindən  əl 
çəkmir. 
-Onnara  etibar  yoxdu.  Bir  də  gördün  gecə  biz 
yatannan sonra murdalladılar ağacın dibini. 
-O  boyda  ayaqyolu  olan  yerdə  neynillər  ağacın 
dibini? –Əmim təəccüblənir. 
-Sən  bilmirsən,  buların  ayaqyolunnan  zəhlələri 
gedir.  Ağac  dibini  xoşduyullar.  –  Nənəm  elə  ağıllı  bir 
tərzdə  cavab  verir  ki,  əmim  biixtiyar  inanır,  hətta  tut 
ağacına  yazığı  gəlməyə  başlayır  və  nənəmin  dediyinə 
əməl edir. 
Tut  ağacının  ətrafına  setka  çəkilməsindən  sonra 
da  nənəm  arxayınlaşmır.  Gecə  ərzində  beş-altı  dəfə 
yuxudan  hövlnak  ayılıb  paltarını  əyninə  geyir,  həyətdə 
yanan  yeganə  lampanın  işığında  gəlib  diqqətlə  tut 
ağacının 
dibini 
yoxlayır, 
yaş 
olub-olmadığını 
müəyyənləşdirməyə  cəhd  göstərir,  hətta  əyilib  ağcın 
kötüyünü  iyləməyə  də  tənbəllik  etmir.  Bir  sözlə, 
narahatçılıq içində qovrulur< 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
212 
212 
Çox  təəssüf  ki,  nənəm  bütün  diqqətini  tut 
ağacının  müdafiəsinə  yönəltdiyi  bir  dövrdə  zərbə  ona 
tamam  ayrı  bir  istiqamətdən  dəyir.  Mirsəftər  bizim 
həyətə  köçəndən  bir  həftə  sonra  həyətdə  vay-şüvən 
qopur ki, gecəykən nənəmin  toyuqlarından biri ölüb. 
Elə bu vaxt çox qəribə bir hadisə baş verir. Bütün 
haqqında  danışdığım  hadisələrin  cərəyan  etdiyi 
müddətdə  dinməz  oturub  öz  sevimli  «İtkin  gəlin» 
kitabından  ayrılmayan  və  heç  bir  səslə,  sözlə,  hətta 
deyərdim 
nəfəslə 
də 
öz 
mövcudluğunu 
hiss 
elətdirməyən  bibim  yuyulmamış  çömçə  kimi  özünü 
soxur  ortalığa,  gecəykən  ayaqlarını  çox  əcaib  şəkildə 
uzadıb  dünyadan  köçmüş  toyuğun  cəsədi  üstündə  heç 
kəsin gözləmədiyi bir həyasızlıq nümayiş etdirir. 
– Vaxsey, bu nə zibildi düşdüy, arvad gəlib görsə 
özünü  öldürəcey,  bu  çil-çil  toyuğu  atasınnan  çox 
istiyirdi.   
Bibim  öz  qardaşlarının  fırıldağından,  yəni 
əmimin cibindəki sarı rəngli mənhus həblərdən bixəbər 
olduğundan  çil  toyuğun  rəhmətə  getməyinin  səbəbini 
təbii  ki,  Mirsəftərdə  görür  və  bu  gecə    kənddə  xeyir 
işində olan nənəmin bir azdan evə dönəndə bu hadisəyə 
necə  reaksiya  verəcəyini,  bəlkə  də    əməlli-başlı  dava-
qırğın  salacağını  gözünün  qabağına  gətirdikcə  əsim-
əsim əsir. 
–  Öldürəcey  hamımızı,  –  elə  bil  nənəm  barədə 
yox,  onun  həmişə  üstündə  bıçaq  gəzdirən  atası 
Həsənağa  haqqında danışır, – doğram  doğram eliyicey, 
ən  birinci  də  bax  bunu,  təbii  ki,  mağmın-mağmın 
dayanıb başını aşağı dikən Mirsəftəri göstərir. Nə qədər 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
213 
213 
213 
gec döyül, qoy köçüb getsünnər, elə bu saat, nə qədər ki, 
arvad gəlmiyib. 
Bu  gözlənilməz  müdaxilədən  həm  atam,  həm  də 
əmim  bir  anlıq  özlərini  itirirlər,  təəccüblə  biri-birinə 
baxırlar,  bir  müddət  susandan  sonra,  nəhayət,  kiçik 
əmim bibimə çönüb əsəbiliklə əlini yellədir: 
–  Əşi,  səni  kim  vəkil  eliyib  arvadın  adınnan 
danışasan e. Ged otur «İtkin gəlin»ivi oxu da. 
Bibim  özünə  xas  olmayan  inadkarlığı  ilə 
qardışlarını bir az da çaşdırır. 
-Kitab  vaxtıdı?  Sən  di  görüm  bu  toyuğa  nə  olub 
belə? Diyandığı yerdə nöş ölməlidi ki? Nə bilirsən, bəlkə 
elə bir-iki günə hamısı qırıldı?   Allah bilir bular, –yenə 
də  Mirsəftəri  göstərir,  –  nə  töküblər  heyvannarçün, 
zəhərriyiblər yazıqları. 
Bibimin  sonu  görünməyən  monoloqunun  bu 
yerində Mirsəftər altdan- altdan günahkarcasına əmimə 
baxır və elə bil demək istəyir ki, axı mən  səni xəbərdar 
eləmişdim  üstü  açılacaq,  gərək  atmazdın  o  zəhrimar 
tabletkaları heyvannarçün. 
Bibim  isə  susmaq  bilmir  və  onun  ağlamsınaraq 
dediyi son sözləri əmimi lap özündən çıxardır. 
–  ..hə  də  ,  bu  gün  toyuqların  başını  yiyəcəylər, 
sabah  da  bizim  hamımızın  axırına  çıxaceylər.  Gəlib 
oturaceylər yurd-yuvamızda. 
–  Mənə  bax,  sən  lap  ağını  çıxartdun  a.  Davay, 
sürüş yuxarı evə, səsivi çıxartson qulaqlarıvı mıxlıyacam 
divara. 
Əmimin  səsində  əmələ  gəlmiş  zəhm  notları 
bibimi  özünü  yığışdırmağa  məcbur  edir  və  yerdə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
214 
214 
uzanmış  toyuq  cəsədinə  bir  də  baxıb  köksünü  ötürür, 
yəqin  bu  rəhmətliyin  deyib-gülüb,  oynayan  vaxtlarını 
yadına  salır,  ya  da  qardaşlarının  belə  hərəkətini  görüb 
dünyanın vəfasızlığını fikirləşir, bir sözlə, nə düşünürsə, 
qəzəblə  «Allah  cəzavızı  vericey,  baxarsuz»  deyərək 
pilləkənə  doğru  gedir  və  qəfil  oyanmış  hikkəsindən 
taxta pillələri iki-iki çıxaraq yuxarı mərtəbədəki otağına 
girir. 
Atamla  əmim  isə  daha  bir  neçə  dəqiqə  təəccüblə 
gah  biri-birinə,  gah  da  yerdəki  çil  toyuğun  cəsədinə 
baxırlar.  Bəlkə  doğurdan  da  səhv  eliyiblər,  bəlkə  bu 
fırıldağın  axırı  doğrudan  da  pis  qurtaracaq.  Əgər 
hamının  quzu  balası  kimi  sakit  bildiyi  on  səkkiz  yaşlı 
bibim  toyuqlardan birinin ölməyinə bu cür sərt reaksiya 
verirsə,  onda  arvad  gələndə  heç  qabağında  dayanmaq 
olmayacaq ki? 
Bu qəribə baxışların səbəbini təxmini də olsa hiss 
eləyən  Mirsəftər  həyəcandan  qurumuş  boğazını  azca 
yaşlamaqçün  bir-iki  dəfə  udqunmağa  çalışır,  yalnız 
üçüncü  cəhddən  sonra  buna  nail  olub  yavaşca 
pıçıldayır: 
–  Bəlkə  bacı  düz  deyirdi?  Uşaqları  da  götürüb 
qayıdım yataqxanaya.  
– Uje gejdi, – atam başını yellədir. 
Elə  bu  vaxt  Mirsəftərin  səkkiz  yaşlı  oğlu  və  beş 
yaşlı qızıyla birgə bazardan qayıdan arvadı  Güləbətin ( 
kiçik  əmim  elə  ilk  gündən  onun  adını  «Kəlbətin  bacı» 
qoymuşdu,  amma  sözü  elə  tələffüz  edirdi  ki, 
Mirsəftərgil  bu  ibarəni  əmimin  yox,  Bakı  ləhcəsinin 
ayağına  yazmağa  məcbur  olurdular)  həyətə  daxil  olur, 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə