İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə59/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   55   56   57   58   59   60   61   62   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
221 
221 
221 
indiki    bədbəxt  toyuqları  zəhərliyib  öldürməyin  nə 
mənası var?  
Əmim  hər  şeyi  başa  düşsə  də,  yenə  təmkinini 
itirmir,  başını  yellədib  gülümsəməklə  həyətdəkiləri 
arxayın  edir  ki,  fikir  eləmiyin,  arvad  elə-belə,  ürəyini 
boşaltmaqçün  o  sözü  dedi,  təzədən  cücə  saxlamaq 
niyyəti yoxdur. 
 
Bu məqamda mən kadrı saxlayıb diqqəti yenə də, 
kiçik  əmimə  yönəltmək  istəyirəm.  Bütün  bu  toyuq 
əhvalatı  zamanı  əmimin  soyuqqanlı,  hətta  arxayın 
olmasının  səbəbi,  o  zaman  həyətdəkilərin  çoxuyçün 
qaranlıq qalsa da bircə mən dəqiq bilirdim ki, hər halda 
kiçik  oğul  öz  doğma  anasını  o  biri  övladlarından  daha 
yaxşı  tanıdığını  açıq  şəkildə  nümayiş  etdirmişdi.  Dəqiq 
əmin  olmasa  da  sövqi-təbii  ilə  hiss  eləmişdi  ki,  əvvəl 
inadkarlıq  göstərməsinə  baxmayaraq,  arvad  beş-on 
toyuğa  görə  həyətdə  qanı  qaraçılıq  salıb,  həm  özünü, 
həm  də  külfətini  camaat  içində  hörmətdən  salan  deyil. 
Elə buna görə də o biri ailə üzvlərimiz həyəcan keçirdiyi 
zaman  əmim  müəyyən  mənada  soyuqqanlıdı  idi,  yəni 
həmişəki kimi dünya-aləm vecinə deyildi. 
Lakin  görünür  ki,  ilk  baxışdan  sakit  görünən 
nənəm  ürəyini  hələ  tam  boşaltmayıbmış,  çünki  əmim 
rəhmətlik çil toyuğun ayaqlarından yapışıb zibil qabına 
tullamaqçün  küçəyə  aparanda  nənəm  bir  də  başını  öz 
qapısından çıxarıb qəribə bir əda ilə deyir: 
–  Həyifdi,  tullamıyın  onu.  Filan  qədər  ət  var 
üstündə.  Ver  bunun  arvadına,  –  təbii  ki  Mirsəftəri 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
222 
222 
göstərir,  –  axşama  çığırtma  bişirsün  süzə,  Üç  qərdeş 
bala-bala arağdan vurub yiyərsüz. 
Nənəm  son  kəlməsini  dilinə  gətirən  kimi 
Mirsəftər  növbəti  dəfə  yüngülcə  diksinir  (  yazıq  bu  bir 
saatın içində o qədər diksinmişdi ki, sonra arvadı onun 
canındakı qorxunu götürmək üçün  güclə dartıb çıldağa 
aparmalı  olmuşdu),    heç  cür  anlaya  bilmir  ki,  bu  «üç 
qərdeş»  ifadəsini  nənəm  kinayəylə  deyir,  yoxsa 
həqiqətən də  onu öz oğlanlarıyla bir tutur. 
Əmimin isə bu ideya əvvəlcə, deyəsən bir o qədər 
də xoşuna gəlmir, nənəmə etiraz edir: 
-Əşi  tullıyıram  getsin  də.  Ölü  toyuğun  neyini 
bişirib yeyəcəyik e. 
-Nöşün  ki?  -  Nənəmin  sifətində  büzüşmüş  bir 
təbəssüm  peyda  olur.  –  Bütün  günü    dükannan  baş-
ayağı  üstündə  qalan  ölü  hökumət  toyuqlarını  alıb 
yimirsüz? Qəmsəmol  qərdeşün ölür onların ətiyçün ki. 
Mənim çil toyuqum əskiydu olardan? 
«Qəmsəmol» sözü atamı yenə də qıcıqlandırır, ən 
əsas  da  ona  görə  ki,  artıq  on  ildən  çox  idi  ki, 
komsomoldan  komunistliyə  tullanmışdı,  amma  nənəm 
bu  sözü  tələffüz  etməyə  çətinlik  çəkdiyindən,  ya  da 
qəsdən, elə həmişə atama «qəmsəmol» deyirdi. 
–  Doğurdan  a.  –  Əmim  başına  alma  düşən 
Nyuton  kimi  qaşlarını  qaldırır.  –  Bəlkə  bişirib  yeyək 
bunu. Öləndə nə olar ki?  
Bu  yerdə  yaşı  az  olan  oxucularçün  bir  arayış 
vermək  istəyirəm:  İndikilərdən  fərqli  olaraq  Sovet 
dövründə  dövlət  mağazalarına  çıxarılan  toyuqların  çox 
hissəsi həqiqətən də baş-ayağı üstündə satılırdı. Camaat 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
223 
223 
223 
arasında  söz  gəzirdi  ki,  rəngi  adətən  göm-göy  olan  və 
konslager  əsirlərinə  oxşayan  bu  arıq  toyuqları  elektrik 
cərəyanıyla  öldürürlər,  qaynar  suya  basıb  tüklərini 
yoluşdururlar,  sonra  da  elə  baş-ayağı  üstündə 
göndərirlər  mağazalara.  Yəqin  ki,  bunun  səbəbi 
tullanmalı olan toyuq başının və ayaqlarının pulunu da 
camaatın  cibindən  çıxartmaq  idi,  amma  hər  nə  idisə 
qiyməti  ucuz  olduğundan  bazardan  əl  toyuğu  almağa 
pulu  çatmayan  zəhmətkeş  kütlələr  bu  göyərmiş  toyuq 
meyitləriylə  qane  olurdu.  Şəxsən  mən  özüm  də,  uşaq 
olanda  çox yemişəm, insafən deyim ki,  bişəndən sonra 
onların başqa toyuqların ətindən heç bir fərqi olmurdu. 
Lakin  nənəm  kimi  namaz  qılan,  oruc  tutan  adamlar  bu 
toyuqları 
yemirdilər, 
murdar 
sayırdılar, 
çünki 
bildiyimiz  kimi,  heyvanın  ətinin  halal  olmağı  üçün  o 
gərək  müsəlman  qaydasına  uyğun  kəsilib  təmizlənsin, 
daha  baş-ayağı  da  üstündə  dükana  göndərilməsin. 
Sözümün  məğzi  odur  ki,  nənəm  ölü  hökumət  toyuğu 
deyəndə məhz bunları nəzərdə tuturdu). 
–  Hə  də,  –  nənəm  təkrar  edir,  –  bişirün,  yiyün, 
həm də  istiyirsüzsə,  bir-iki dənə o ölü toyuqlardan alıb 
qatun buna ki, tavada tək darıxmasın. 
Əmim  sual  dolu  baxışlarını  atama  və  Mirsəftərə 
dikir, onların üzündə razılıq nişanələri görən kimi, o da, 
sevinir. Artıq onlar bu çil toyuğu və eyni zamanda, hələ 
diri olan o biri toyuqları da, tavada qızarmış vəziyyətdə 
təsəvvür edirlər,  ağızları da yüngülvari sulanır. 
Əmim  geri  qayıdır,  əlindəki  heyvanı  Mirsəftərə 
uzadanda  nənəm  yalançı  bir  təəssüflə  həyətdəkilərin 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə