İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə61/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   57   58   59   60   61   62   63   64   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
227 
227 
227 
istiqamətini  dəyişdilər.  Bakılılar  rayondan  gələnlərdə 
bəyənmədiyi  hansısa    keyfiyyətləri  tapıb  qabartmağa, 
rayon  əhli  isə  bakılıların  zay  xasiyyətlərini  şişirtməyə 
başladılar və bu üsulla öz nifrətlərinə, qəzəblərinə haqq 
qazandırmış oldular.  
Belə kontaklar zamanı ya gələnlər düşdüyü yerin 
mühitində  əriyirlər,  ya  da  düşdükləri  mühiti  öz 
içərilərində əridirlər. Bu zaman son nəticə hansı qrupun 
daha  çox  passionarlığa  malik  olmasından  asılıdır,  yəni 
«Cəngəllik  qanunu»na  uyğun  olaraq  təbii  seçim  gedir; 
qaliblər  yaşamaq  hüququ  əldə  edir,  məğlublar  isə  hər 
şeydən  məhrum  olur.  Müəyyən  mənada,  buna  ölüm-
dirim mübarizəsi kimi də baxmaq olar. Fərq ondadır ki, 
bu mübarizə zamanı məhv olan insanlar yox, onların öz 
içində  daşıdığı  hansısa  stereotiplər,  komplekslər, 
normalar olur. 
Konkret olaraq bakılı və qeyri-bakılı kontaklarına 
da  məhz  bu  müstəvidən  yanaşıb  aradakı  konfliktləri 
təbii qəbul etmək lazımdır və etiraf edim ki, bakılılar bu 
mübarizədə  əvvəlcədən    məğlubiyyətə  məhkum  idilər. 
Çünki  son  yüz  il  ərzində  Bakı  şəhəri  inkişaf  etdikcə  
bakılıların  passionarlıq  dərəcəsi  kəskin  surətdə  aşağı 
düşmüşdü  və  camaatımızın  şüurunda  durğunluğun 
əlamətləri  açıq  şəkildə  özünü  büruzə  verirdi.  Paytaxt 
şəhəri  üçün  dövlət  tərəfindən  yaradılan  hər  cür  şərait  - 
evlərdəki 
kommunal 
rahatlıq, 
orta, 
ali 
təhsil 
müəssisələrinin  lap  yaxında  olmağı,  külli  miqdarda  iş 
yerləri,  möhtəşəm  mədəniyyət,  istirahət  ocaqları,  bir 
sözlə,  həyatda  nəyəsə  nail  olmaq  və  rahat  yaşamaqçün 
bir  o  qədər  də  böyük  zəhmətə,  əziyyətə  ehtiyacın 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
228 
228 
qalmaması  -  bütün  bu  faktorlar  bakılılarda  həyat 
uğrunda mübarizə əzmini öldürüb tənbəlləşdirdiyindən 
onların  daha  aktiv,  daha  enerjili  qruplar  tərəfindən 
həzm olunmaları labüd idi.  
İndi  isə  əyalət  adamlarının  psixoloji  durumuna 
nəzər salaq. Ən əvvəl onu qeyd edim ki, burada da təbii 
seçimsiz ötüşmədi, yəni rayondan Bakıya passiv, tənbəl 
adamlar  yox  (passiv  olanlar  paytaxta  gəlib  hər  şeyi 
sıfırdan  başlamaqdansa,  rayonda  qalıb  mövcud  şəraitlə 
qane  olurdular),  məhz  yüksək  passionarlığa,  mübarizə 
əzminə,  tükənməz  daxili  enerjiyə  malik  adamlar  gəldi. 
Həyatda  özünü  təsdiq  etməyə  olan  hədsiz  həvəs, 
inadkarlıq, 
zəhmətkeşlik, 
dözüm, 
səbr 
– 
bu 
xüsusiyyətlər  ötən  əsrin  altmışıncı  illərində  paytaxta 
gələn  əyalət  adamlarının  böyük  hissəsində  müşahidə 
olunan xüsusiyyətlər idi və əgər belə olmasaydı yamaqlı 
şalvarda  Bakıya  gəlib  ölüm-zülümlə  ali  məktəbə  daxil 
olan,  yeri  gələndə  günlərlə  ac  qalan,  şəhərdə  evi-eşiyi 
olmayan, müxtəlif çətinliklərlə üzləşən bu adamlar beş-
on  ildən  sonra  cəmiyyətdə  özlərinə  yer  edib  mənsəb, 
hörmət sahibi olmazdılar.   
Yazımın bu yerində adıçəkilən qruplar arasındakı 
konfliktlərin  bir  səbəbini  də  açıqlamaq  istərdim. 
Məlumdur  ki,  insan  başqasının  ondan  nədəsə  üstün 
olduğunu  çox çətinliklə  qəbul edir, qıcıqlanır, əsəbləşir, 
həsəd  aparır,  paxıllıq  edir,  qeyri-ixtiyari  içində  həmin 
adama nifrət yaranır. Bakılılarla qeyri-bakılılar arasında 
da  eyni  münasibətlər  müşahidə  olunurdu  -  əyalət 
adamları  bakılıların  paytaxtdakı  şəraitinə,  rahat, 
əziyyətsiz  həyatına,  müasir  düşüncəsinə  gizli  şəkildə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
229 
229 
229 
həsəd  aparır,  qibtə  edir,  bakılılar  isə  zahirən  hiss 
etdirməsələr  də  rayondan  gələnlərin  elmə,  təhsilə  olan 
həvəsinə, 
zəhmətkeşliyinə, 
inadkarlığına 
paxıllıq 
edirdilər. Təbii ki, belə olan halda hər iki tərəf öz xəyali 
üstünlüyünü  gözə  çarpdırmaqla  ruhani  rahatlıq 
tapmağa  çalışırdı  və  bu  da  dediyim  kimi,  arzuolunmaz 
konfliklərlə nəticələnirdi. 
Amma bir şey də var ki, bütün bu danışdıqlarım 
yalnız  insan  ağlına  təsir  edə  bilər,  hissiyyat  isə  tamam 
başqa  qanunlarla  yaşayır.  Əslində,    mənim  izahatlarım 
heç  nəyi  dəyişməyəcək,  həm  bakılıların,  həm  də  qeyri-
bakılıların  qarşılıqlı  münasibətləri  elə  əvvəlki  kimi 
qalacaq, nifrət edən yenə də nifrət edəcək, kin saxlayan 
yenə də kin saxlayacaq, çünki Allah insanı belə yaradıb 
və  qiyamətəcən  də  belə  qalacağıq.  Beləliklə,  mənim 
allahlıq  iddiasına  düşən  bəzi  başdanxarab  dahilərimiz 
kimi  bir-iki  cızma  qara  ilə  nə  dünyanı,  nə  də  insanları 
dəyişmək niyyətim də yoxdur, oxuculara ağıl öyrətmək 
fikrindən  də  uzağam  (əmim  demişkən,  mənim  elə 
özümə  ağıl  öyrədən  lazımdır).  Əsas  məqsədim  isə  həm 
bizim  camaatın,  həm  də  əyalətdən  gələnlərin  qarşılıqlı 
narazılıqlarının  zahiri,  bəli,  məhz  zahiri  səbəblərinin 
bəziləri  barədə  danışmaqdır,  çünki  bütün  mövcudatın 
daxili  bircə  Allahın  hökmündədi,  bizsə  yalnız  zahiri 
əlamətləri  araşdıra  bilərik.  Bunun  üçünsə  yenə  konkret 
hadisələrə, konfliktlərə keçməliyik ki, kimin hansı halda 
daha  çox  haqlı  olduğuna  araşdıraq.  Konkret  hadisə 
deyəndə  mən  əlbəttə  ki,  öz  ailəmizlə  bağlı  olan 
hadisələri  nəzərdə  tuturam  və  uzun,  darıxdırıcı 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə