İntellektual-Elektron Kitabxananın təqdimatında



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə53/77
tarix04.02.2018
ölçüsü2,89 Kb.
#23900
1   ...   49   50   51   52   53   54   55   56   ...   77

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
201 
201 
201 
–  Yox,  mən  həyətə  yad  adamın  köçməsinə  razı 
döyüləm, özü də kim-kim – rayonnu. 
–  Ay  arvad,  nədən  qorxursan  e  –  bayaqdan  bəri 
otağın küncündə dinməz oturub təzə düzəltdiyi sümük 
təsbeyi  cilalıyan  kiçik  əmim  də  söhbətə  qoşulur,  –  qoy 
gəlsin də. Yaxşı oğlan olar, qalar, həyətdə iş-güc olanda 
adamın  əlinnən  tutar.  Yox,  əgər  zay  çıxar,  tutub 
çırparam  eşşeycə,  dalınnan  da  bir  təpiy  vuraram, 
atdanar öz rayonnarına. 
Araya yüngülvari bir sükut çökür. Yalnız əmimin 
öz təsbehinə sürtdüyü şkurkanın yüngül xışıltısı eşidilir. 
Nənəm bu dəfə söhbəti ayrı səmtə yönəldir. 
–  Mən  namaz  qılan,  oruc  tutan  adamam.  Həyət-
bacada  paklığa  ,  təmizdiyə  fikir  verirəm.  Onnar  nə 
bilirsən  necə  olacey,  təmizkar  çıxacey,  ya  natəmiz 
olacey.    
– Sən beyəm namazıvı həyətin ortasında qılırsan? 
– Atam təəccüblənir. – Lap istəsən öz otağuva ayrıca su 
çəkərik,  dastamazuvu  da  ayrıca  orda  alarsan.  Üç  metrə 
trubadı da. Buruğdan götüzdirərəm. 
Axırı  nənəm  dözmür,  görür  ki,  yox,  bunlar  əl 
çəkən  deyil  və  bayaqdan  bəri  demək  istəmədiyi  sözü 
dilinə gətirməli olur.  
–  Əşi,  nə  yapışmısuz  yaxamnan  e.  Nöş  məcbur 
eliyirsüz  ki,  hər  şeyi  diyim.  İyrənirəm  olardan,  bildüz? 
Murdaldular hamısı. Ayaqyoluya gedmillər. 
Hə,  bu  açıqlama,  deyəsən,  otaqdakıların  hamısı 
üçün  gözlənilməz  olur.  Təəccüblə  baxışırlar.  Nə  danışır 
bu  arvad,  necə  yəni  ayaqyoluna  getmirlər?  Adam 
deyillər bəyəm? 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
202 
202 
Birinci babam etiraz edir: 
–  Sən  də  söz  danışdın,  ay  Həsənağanın  qızı, 
pravadnik işdiyəndə neçə il rayonnara gedib gəlmişəm, 
–  bir  anlıq  susur,  bəlkə  də  nəyisə  xatırlamağa  çalışır  – 
heç sən deyəni görməmişəm.  
–  Olmuyan  şeyin  neyini  görəceysən.  Onnarın 
həyətində  ayaqyolu  olmur.  Özüm  şahidiyəm,  -  nənəm 
uşaq  vaxtı  əyalətə  etdiyi  yeganə  səfərindən  epizod 
səsləndirir, – hələ təzə çatmışdıq ora ki, rəhmətdik atam 
Həsənağanın  qulağına  utana-utana  pıçıldadım  ki,  bəs, 
yoldan  gəlmişik,  bayıra  çıxmaq  istiyirəm.  Atam  da 
qonaq  getdiyimiz  evin  sahibindən  yavaşca  soruşdu  ki, 
uşaq  ayaqyoluya  getmək  istiyir,  hansı  tərəfdədi?  Ev 
sahibi  də,  əlinin  yellədib  ucu-bucağı  görünməyən  
həyəti göstərdi, dedi ki, rəhmətdiyin oğlu, versin özünü 
həyətin o başına , ağacdardan birinin altında otursun da. 
Atam    dedi  ki,  yox,  elə  şeyə  öyrəşmiyiblər.  Kişi  dedi, 
zərər  yoxdu,  öyrəşər,  çünki  bizdə  sən  deyən  ayaqyolu 
tikmək  adəti  yoxdu.  Müxtəsəri,  qaldım  kəsilə-kəsilə. 
Başıma oyun gəldi o üç gündə.  
Bəs  özdəri  neynirdilər?  –  Dayım  başını 
qaldırmadan  soruşur,  deyəsən  söhbət  ona  da  maraqlı 
gəlir. 
–Elə  özdəri  də  harda  gəldi  otururdular.  Bir  də 
görürdün  yekə  arvad  özünü  ağacdardan  birinin  altına 
verib uzun tumanının əteylərini açıb oturub, heç dünya 
aləm vecinə də döyül.  
–  Eh,  rəhmətdiyin  qızı,  -  əmim  zarafata  salır,  - 
day  əteylərini  uzadıb  oturubsa  deməli  heç  yeri 
görsənmir də. Nədən utansın ki. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
            İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj 
203 
203 
203 
– Gic-gic danışma, - nənəm onun ağzınnan vurur, 
–  bəs  qanacaq-qabliyyət?  Arvad  yüz  dənə  adamın 
qabağında  döşünü  çıxardıb  uşağın  ağzına  tutursa  day, 
nə gözdiyim elənçiyinnən. Yox, mən həyitə qırağ adam 
buraxmağ istəmirəm. 
– Eh, ay arvad, – atam bezmiş halda ayağa qalxır. 
– Sən də əlli il bundan qabaq bir dəfə rayon görmüsən, 
beynüvə yeriyib ki, elə hamısı elədi.  
– Elə döyül beyəm? – Nənəm qəribə bir hikkəylə 
mızıldanır. 
–  Əlbəttə,  elə  döyül.  O  vaxtlar  hələ  kəndistan 
yerləri  Nikalayın  vaxtındakı  kimiydi,  indi  Sovet 
hökuməti  hər  cür  şərait  yaradıb,  təmizdik,  səliqə-
səhman.  
– Təmizdik adamın gərək canında olsun, – nənəm 
israr edir. 
Yenə  də  ortaya  ağır  sükut  çökür.  Atam  bu  dəfə 
nənəmin  şüuruna  hansı  istiqamətdən  hücum  eyləməyi 
düşünür,  əmim  təsbehi  daha  yaxşı  ağartmaq  barədə 
fikirləşir,  babam  isə,  ümumiyyətlə,  heç  nə  fikirləşmir, 
eləcə  yerdə  bardaş  qurub  bığlarını  tumarlıyır.  O  da 
məlumdur  ki,  bizim  köhnə  kişilər  ki,  bığ-saqqal 
tumarlamağa  başladı,  daha  heç  nə  düşünə  bilməzlər, 
yəni  beyinlərində  yüngülvari  tormozlanma  gedər,  çün 
bığ-saqqal onların fikrincə insan bədəninin elə mistik bir 
hissələridir  ki,  onlarla  təmasda  oldunsa,  gərəkdi  bütün 
dünyanı  beynindən  siləsən,  bir  sən  qalasan,  bir  də 
sifətindəki  tüklər  (onlara  xüsusi  qulluq  etməklərinin 
səbəbi  də  bu  olub.  Şəxsən  mənim  yadıma  gəlir  ki, 
məsəlçün,  babam  hər  dəfə  hamamdan  çıxanda  ağzının 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
         
İlqar Fəhmi             Qədim miniatür və xəttatlıq sənəti. Bakı tarixindən kollaj
 
204 
204 
üstündən  nazik  bir  dəsmal  bağlıyıb  bığlarını  tarım 
sıxardı  ki,  quruyandan  sonra  yaxşı  görünsünlər).  Bəlkə 
də  əcdadlarımızın  müəyyən  sahələrdə  qərbliləri  irəli 
buraxmalarının  səbəbi  də  olub  ki,  bütün  günü  heç  nə 
eləmiyiblər,  elə  oturub  bığ-saqqallarıyla  mistik  təmasa 
girməklə məşğul olublar<. 
Birdən-birə  əmim  əlindəki  təsbehi  bir  kənara 
qoyub  düz  nənəmin  gözünün  içinə  baxır  və  hamı  hiss 
edir  ki,  arvadı  yola  gətirməkçün  nəsə  fikirləşib  və 
sonradan  atam  təəccüb  edəcəkdi  ki,  necə  olub,  belə  bir 
fikir onun yox, məhz bu cüvəllağının ağlına gəlib. 
–  Ay  arvad,  özün  dimirdin  ki,  Quranda  belə 
yazılıb,  əgər  hər  müsəlman  heç  olmasa,  bir  kafiri  din 
yoluna gətirsə, böyük-böyük savablar qazanar? Hə, sən 
də  hesab  elə  ki,  bu  kirayənişin  də,  arvadı  da,  dinnən 
bixəbər  avam  adamlardı,  arvadını  çəkərsən  öz  yanuva, 
öyrədərsən  ona  paklığı,  təmizdiyi,  orucu,  namazı, 
kəlmeyi-şəhadəti  –  əmim  çaşsa  da  özünü  o  yerə 
qoymur,  -  nə  bilim,  imamların  addarını.  O  da  gedib 
kişisinə  başa  salar,  dönüb  sən  istiyən  adam  olarlar,  sən 
də  savab  qazanarsan.  Görmürsən  oğlanın  adı  da 
Mirsəftərdü,  seyid-peyğəmbər  övladıdu.  Yox,  əgər 
öyrədmey 
istəmirsənsə, 
onda 
deməli 
allahın 
buyruğunnan çıxırsan, elə özün kafir kimi bir şeysən. 
Hə,  bu  artıq,  türkün  sözü,  qurşaqdan    aşağı 
zərbəydi  və  nənəmin    dodağaltı  «əstağfurullah» 
deməyindən  və  barmaqlarının  arasındakı  təsbehin 
şaqqıltısının  qəfildən  surətlənməsindən    hiss  olunur  ki, 
bu  cüvəllağı  oğlunun  dedikləri  arvadı  əməlli-başlı 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə